• 19:48 – Ermənilər xəritə yaydı: Azərbaycan ordusu bu istiqamətlərdə irəliləyəcək - FOTO/VİDEO 
  • 19:36 – Ölkədə 12 min məktəbliyə bu risklər barədə məlumat veriləcək 
  • 19:31 – “Crocus City Hall” terroru qurbanlarından 84 nəfərin kimliyi müəyyənləşdirilib 
  • 19:23 – 763-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi 

Şəhid qardaşlar yad edildi!



 

BAKI-XEBERTV.AZ


Şəhid qardaşlar yad edildi!
Xocalı soyqırımının qurbanlarından söhbət düşəndə Etibar, Habil və Mobil Abışovların da adları hörmətlə yad edilir. Ataları Mövsüm dayı əzab-əziyyətlə böyütmüşdü uşaqlarını.Lənətə gəlmiş erməni terrorçuları öz havadarlarının dəstəyilə bu ailənin də sinəsinə dağ çəkdilər.
Məlum soyqırımın tanıdılması missiyasını öz üzərinə götürmüş “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin təşkilatçılığı ilə şəhidlər- Etibar, Habil və Mobil Abışovların xatirəsinə həsr edilən tədbir keçirildi. Tədbiri Birliyin sədri, şəhid xanımı Ceyran Əzizova açdı. Respublikamızın ərazi bütövlüyü uğrunda gedən savaş zamanı şəhid olan soydaşlarımızın xatirəsi 1 dəq.sükutla yad edildi. Aparıcı- jurnalist Sevinc Vaqifqızı Abışovlar ailəsi haqda məlumat verdi.Xocalı sakini, şəhid mayor Ruslan Cəfərovun anası Alimə xanım, Xocalı soyqırımının şahidi, soyqırım zamanı erməni terrorçuları tərəfindən girov götürülmüş Valeh Hüseynov, Şəhid Etibar Abışovun həyat yoldaşı Aidə xanım, şəhid Etibar Abışovun bacısı Solmaz xanım, Şuşa Həbsxanasının sabiq rəisi Aydın Abbasov, "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin Qadınlar Şurasının sədri Ayna Allahyarqızı və başqaları Xocalı soyqırımının qurbanlarının daim yad edildiyini diqqətə çatdırdılar.
Çıxış edənlər bu cür tədbirlərin ictimai əhəmiyyətini də qeyd etdilər.
Şamil Sabiroğlu, jurnalist.
Bakı, 17.08.2023.

 
Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →