• 18:48 – Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqladı 
  • 23:47 – Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan 
  • 23:07 – Qırğızıstandan sonra Qazaxıstanda da “TikTok” qadağan edilə bilər 
  • 22:54 – Rusiya sülhməramlıları Qarabağdan Ermənistana getdi 

Dünya çempionatı: Azərbaycanın 3 sərbəst güləşçisi bürünc medal qazana bilər


 


Dünya çempionatı: Azərbaycanın 3 sərbəst güləşçisi bürünc medal qazana bilər

Azərbaycanın 3 sərbəst güləşçisi İordaniyanın paytaxtı Ammanda start götürən U-20 dünya çempionatında bürünc medal qazana bilər.

XEBERTV.AZ bildirir ki,bu barədə "Report" xəbər verir  mübarizəyə 1/8 finaldan qoşulan Ruslan Abdullayev (57 kq) almaniyalı David Kiferə tam üstünlüklə qalib gəlib – 10:0. Avropa çempionu növbəti mərhələdə iranlı Əhməd Mohammadnejadcavanı “tuş”la üstələyərək yarımfinala yüksəlib. ABŞ təmsilçisi Luk Lilledalla görüş gərgin mübarizə şəraitində keçib. Son saniyələrə qədər 9:5 hesabıyla öndə olan Abdullayev bir səhvin qurbanı olub və “tuş”la uduzub. O, avqustun 15-də bürünc medal uğrunda güləşəcək.

Ramik Heybətov (65 kq) debütdə rusiyalı Dalqat Abdulkadirovla bacarmayıb – 0:7.

Mircavad Nəbiyev (70 kq) 1/8 finalda ABŞ-dan olan Meyer Şapirova 4:6 hesabıyla məğlub olub. Rəqib finaladək irəlilədiyi üçün Nəbiyev təsəlliverici görüşdə iştirak hüququ qazanıb. O, sabah yaponiyalı Yuma Tomiyama ilə qarşılaşacaq.

Ali Tsokayev (79 kq) polşalı Mateuş Pedzitski (10:0), avstriyalı Lukas Lins (10:0) və gürcüstanlı Otari Adeişvilini (13:2) vaxtından əvvəl mübarizədən kənarlaşdırıb. Ancaq yarımfinalda rusiyalı İbrahim Kadiyev keçilməz olub – 4:8. Tsokayev bürünc medal görüşünə çıxacaq.

Zəfər Əliyev (97 kq) ilk mərhələdə ermənistanlı Xaçatur Xaçatryana (7:0) heç bir şans tanımasa da, 1/8 finalda qazaxıstanlı Kamil Kuruqliyevə 2:5 hesabıyla uduzub.

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →