• 22:48 – NATO Ukraynanın Rusiya ərazisinə zərbələrinə icazə verdi 
  • 22:39 – İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi 
  • 22:35 – Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi 
  • 20:22 – Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu 

Ruslar itirilmiş mövqelərini ələ keçirmək üçün hücuma keçdi



Rusiya ordusu bu günlərdə Baxmut, Şaxtyor və Zaporojye istiqamətlərində itirilmiş mövqelərini bərpa etməyə çalışsa da, nəticə əldə edə bilməyib.

XEBERTV.AZ   xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

"Həmin günlərdə cəbhə xətti boyunca ümumilikdə 24 toqquşma baş verib.

Düşmən Donetsk vilayətində Andreyevkanın cənubunda və Yaqodnoyenin qərbində yerləşən ərazilərdə itirilmiş mövqelərini bərpa etmək üçün uğursuz cəhdlər edib. Donetsk vilayətinin Kleşçiyevka bölgəsinə hava zərbəsi endirilib.

Avdeyevka istiqamətində düşmənin ağır hava və artilleriya atəşi altında müdafiəçilərimiz rus qoşunlarının irəliləyişini dayandırmağa davam edirlər. Düşmən Avdeyevka bölgəsinə də hava zərbəsi endirib. Liman və Xerson istiqamətlərində də hava zərbələri həyata keçirilib. Eyni zamanda, Ukrayna Müdafiə Qüvvələri Melitopol və Berdyansk istiqamətlərində hücum əməliyyatını davam etdirir, əldə olunan xətlərdə möhkəmlənir və əks-hücum tədbirləri həyata keçirir",- məlumatda deyilir.


Axar.az




Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →