• 22:48 – NATO Ukraynanın Rusiya ərazisinə zərbələrinə icazə verdi 
  • 22:39 – İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi 
  • 22:35 – Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi 
  • 20:22 – Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu 

ASTARA MƏHKƏMƏSİNDƏN İNANILMAZ QƏRAR!

BAKI-XEBERTV.AZ
Astara təhsilində son baş verənlər və şəhər 6 saylı məktəbin direktoru ilə bağlı bir çox saytlarda gedən məlumatlarla yəqin ki, tanışsınız və xüsusi bir şərhə ehtiyac görmürük. Nümunə: https://musavat.com/news/astara-seher-6-sayli-orta-mektebde-katibe-ile-direktor-arasinda-qalmaqal_952330.html
Sözügedən xəbər və məlumatlardan ciddi əndişələnən direktor, etirazçı işçilərin ən cəsarətlisini, məhkəmə vasitəsilə susdurmaqdan başqa çarə düşünməyib və bunun üçün "lazım olan prosedurları" da həll edib. Nəticədə, məhkəmə, inanılmaz və tam absurd bir qərar verərək, direktorun qanunsuzluqlarını araşdırmaq yerinə, işçinin iddialarının böhtan olmasına qərar verib! Yəni işçilər direktorun onlardan pu tələb etməsini iddia edirlər, məhkəmə isə bunu araşdırmaq yerinə, onların böhtan atmasına qərar verib. Üstəlik də mediada gedən bütün iddia və məlumatlar, işçinin məsuliyyəti kimi tövsif olunub..
Konkret olaraq, katibə Validə Məmmədovanın məsuliyyətə cəlb olunması və məvacibinin tutulması barədə qərar verilib. Digər işçinin (Aysel İsmayılova) isə ifadəsi təzyiq yoluyla dəyişdirilib.
Hüquqşünasların fikrincə zərrə qədər olsun hüquq məntiqi olmayan bu qərar, təbii ki, ciddi mübahisələrə səbəb olub. Haqsızlıqlarla bağlı son pənah yeri kimi "Təhsil Araşdırmalar Mərkəzi"nə müraciət edən katibənin araşdırıb, məqalə hazırlamışıq. 
Əməkdaşımız bu işlə birbaşa olaraq məşğul olduğu üçün, ehtiyac olsa, bütün digər sübut və məlumatları təqdim edə biləcəyimizi də bəribaşdan qeyd edək.Qarşıdakı günlərdə Ülviyyə Bayramova barədə ciddi kompromatlar açıqlanacağını proqnozlaşdıra bilərik.
_____
P.S. Təəssüf ki, qarşı tərəf, yəni direktor Ülviyyə Bayramova fikir bildirməkdən yayındığı üçün onun mövqeyini ala bilmədik.
______
______
______

“Təhsil Araşdırmalar Mərkəzi,” aktiv QHT olaraq mediaya çağırış edir: Astara təhsilindəki özbaşınalıqlarda, bizim cəsarətli işimizə, uğurlu fəaliyyətimizə dəstək olan mediamız, maksimum şəkildə bu məntiqsiz qərarı işıqlandırsa, çoxlu saytda dərc olunsa, növbəti məhkəmə instansiyası rəhbərliyi, artıq katibənin “zəif” olmadığını görüb, ilkin instansiyanın absurd qərarını ləğv edə bilər. 

Gəlin, güclünün deyil, haqlının yanında olaq! Yoxsa daha bir məktəb, əldən gedəcək və daha da pisi odur ki, digər nihilist direktorlar üçün də pis presedent güclənəcək.

_____

Sizə həm müfəttişliyin ədalətli qərarının, həm də məhkəmənin ədalətsiz qərarının surətini göndəririk.

_________ Dövlət Əmək Müfəttişliyi Xidmətinin direktorla bağlı verdiyi qərar

 

Astara Rayon Məhkəsinin verdiyi absurd və inanılmaz qərar

 

 

                   ASTARA MƏHKƏMƏSİNDƏN İNANILMAZ QƏRAR!

 

Qurum, işçinin haqqının pozulmasını təsbit edən Dövlət Əmək Müfəttişliyi Xidmətinin əleyhinə qərar verib. Nəticədə, işçidən pul tələb edən direktor yox, işçinin özü cəzalandırılıb.

 

Astara şəhər F. Əliyarov adına 6 saylı tam ora məktəbdə baş verən anormallıqlar, feysbukda təhsillə bağlı qruplarda səs-küy yaradıb, elektron mediaya sıçradıqdan sonra, hadisələrin gedişatı, başqa vektora doğru yön alıb. Belə ki, kreslosunun “laxladığını” hiss edən direktor Ülviyyə Bayramova, “ənənəvi məmur taktikasını” izləyərək, özünü deyil, güzgünü hədəf alıb. Nəticədə o, şikayətçi işçilərin ən cəsarətlisi olan katibə Validə Məmmədovanı “yox etməyə” qərar verib. “Şikayətçi olmasa, şikayət də olmaz” məntiqi ilə, özünə vəkil tutaraq, katibəsinə qarşı məhkəmə iddiası qaldırıb. İlk baxışda adi görünə bilər, lakin bununla o, çox hiyləgər bir niyyət güdüb: mediada və sosial şəbəkədə öz əleyhinə gedən bütün faktları, Validə Məmmədovun iddiası qismində tanıtdıraraq etibarsızlaşdırmaq və həm də Validə Məmmədovanı zərərsizləşdirmək!

Və çox təəssüflər olsun ki, hansısa yolla, direktor bu istəyinə çatıb. Bəli, Astara Rayon Məhkəməsi, inanılmaz və mübahisəli bir qərar verərək, ən az 2 absurdluğa imza atıb! Birincisi, saytlarda və qruplarda direktor barəsində gedən məlumat və fikirləri, araşdırmadan, böhtan və yalan hesab edib. İkincisi də, katibəni, saytların və qrupların məsulu (!) qismində tanıyaraq, orda yazılanların məsuliyyətini də Validə Məmmədovanın boynuna qoyub.

Adi məntiq qaydalarına belə, zidd olan bu qərar, hüquqşünasların nəzərinə görə, yüngül desək, mübahisəli bir qərardır. Hətta, dövlət tərəfindən Validə Məmmədovaya ayrılan vəkil Allahverən Əbilov da bu qərarın, birmənalı şəkildə ifadə azadlığına zidd olduğunu deyir: “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 10.1-ci əsasən, hər kəs öz fikrini ifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2008-ci il tarixli qərarında da bu xüsus təsdiq edilmişdir. Avropa Məhkəməsinin presedent halları bunu deyir ki, böhtanla bağlı proses və qərarlar, vəzifəli şəxslərin qanuni şəkildə tənqid olunmasına və ya vəzifə pozuntularını və korrupsiya hallarını üzə çıxarmağa mane olmaq məqsədini daşıyırsa və ya belə təsirə malik olarsa, onlara bəraət qazandırıla bilməz.”

Qeyd edək ki, cəmi 2 il öncə, bənzər hüquqi prosedur, Astara şəhər 4 saylı məktəbin psixoloqu Daşqın Əliyevlə, məktəbin direktoru Rəna HüseynovaAstara Rayon Təhsil şöbəsi rəhbəri Rəşad Həsənov arasında da olmuşdu. Həmin zaman, psixoloqla, daimi müqavilə yerinə, silsilə müddətli müqavilələr bağlanmış və 11 ay sonra gənc alim, işdən çıxarılmışdı. Direktorun arxasında gizlənərək psixoloqla “savaş” aparan və məhkəməyə güvənən Rəşad Həsənovun qanunsuzluqlarını “Gənc Alimlər” təşkilatı ifşa etmişdi və mediada gündəmə gətirmişdi. Nəticədə, Astara Rayon Məhkəməsi, Təhsil şöbəsinin verdiyi qərarın qanunsuz olduğunu etiraf etməli olmuş və psixoloq-alimi işə bərpa etmişdi. Və o zaman məhkəmə, bu qərarı, Dövlət Əmək Müfəttişliyi Xidmətinin, işçinin haqqının pozulması barədəki qərarına əsasən vermişdi.

Eyni məhkəmənin və eyni hakimin (Mübariz Məmmədov), bu dəfə haqlını müdafiə etməməsi və müfəttişliyin qərarını görməzdən gəlməsi, olduqca şübhəlidir.

Məsələni, müxtəlif yönləriylə tədqiq edən “Təhsil Araşdırmalar Mərkəzi”nin nümayəndəsi Emin Mirzəli deyir:

“Əslində, məhkəmə, Ülviyyə Bayramova barədə edilmiş şikayətləri araşdırsaydı, bunların bir əsasa söykəndiyini təsbit edə bilərdi. Hər halda, Validə Məmmədovadan başqa işçilər də “direktor bizdən pul yığıb” deyirlərsə, deməli ortada ciddi əsaslar var. Amma, çox əcaibdir; məhkəmə “məndən pul alıb” deyənlərin iddiasını bir kənara qoyub, “mən pul almamışam” deyənin sözünü etibarlı hesab edib! Hələ üstəlik də “məndən pul alıb” deyəni cəzalandıraraq, onun əmək haqqısından tutulmaq barədə qərar verib! Yəni məhkəmə işçiyə deyir ki, “Direktorun səndən pul almasını açıqlama, ictimai yerdə söyləmə, əks halda başına iş gələr!”

 Düşünün, Dövlət Əmək Müfəttişliyi, işçinin şikayətini haqlı hesab edərək, direktor Ü.Bayramovanı məsuliyyətə cəlb edib və onu cərimələyib. Lakin, məhkəmə isə deyir ki “Yox, Ülviyyə xanım qətiyyən qanunsuzluq eləməz, əksinə, bunu iddia edən, cinayət edir”.

Yaxşı, deyək ki, Ülviyyə xanımın rüşvət alması, tam sübuta yetirilməyib, amma V. Məmmədovanın və digər işçilərin böhtan atması da sübuta yetirilməyib axı?...

Məhkəmə isə bohtan sübuta yetirilmiş kimi qərar verərək, katibəni cinayət məsuliyyətinə cəlb edib. Digər ifadəçi-müəllim Aysel İsmayılovanın niyə birdən-birə ifadəsini inkar etdiyini və hansı təzyiqə məruz qaldığını isə məhkəmə görməzdən gəlir! Halbuki, onu təzyiqdən qorumaq və təsirə məruz qalmadan ifadəsini almaq, elə məhkəmənin vəzifəsidir!

Bu qədər absurdluq və nihilizm ola bilməz!

Yəqin ki, hakim bu qərarı verərkən, katibə Validə Məmmədovanın zəif və müdafiəsiz olmasına güvənib yaxud da xüsusi merkantil maraqlar, araya girib. Hər halda, heç bir “adamı” olmayan və minium miqdardakı əmək haqqının belə, bir qismini itirən (direktora verən) bir işçi, məhkəmə üçün “sanballı müştəri” ola bilməz. Qarşı tərəfdən fərqli olaraq...

Məsələyə hüquqi-ictimai aspektdən baxsaq, faktiki olaraq, burda iki dövlət qurumunun qərarının toqquşması var. Məhkəmə hələ də əsaslı bir açıqlama verməyib ki, müfəttişlik niyə və hansı əsasla haqsızdır.

Amma birmənalı şəkildə deyirik ki, biz hər zaman olduğu kimi, məzlumun yanındayıq və bu absurd qərarı ifşa edəcəyik. Bu gülməli qərarla, Astara Rayon Məhkəməsi, Ülviyyə Bayramovanı ağa çıxartmaq, “təmizləmək” istəyib, amma əksinə, daha da “batırıb”...

Məsələnin təqibçisi olacağıq.”

____________________

“Təhsil Araşdırmalar Mərkəzi,” aktiv QHT olaraq mediaya çağırış edir: Astara təhsilindəki özbaşınalıqlarda, bizim cəsarətli işimizə, uğurlu fəaliyyətimizə dəstək olan mediamız, maksimum şəkildə bu məntiqsiz qərarı işıqlandırsa, çoxlu saytda dərc olunsa, növbəti məhkəmə instansiyası rəhbərliyi, artıq katibənin “zəif” olmadığını görüb, ilkin instansiyanın absurd qərarını ləğv edə bilər. 

Gəlin, güclünün deyil, haqlının yanında olaq! Yoxsa daha bir məktəb, əldən gedəcək və daha da pisi odur ki, digər nihilist direktorlar üçün də pis presedent güclənəcək.

 

“Təhsil Araşdırmalar Mərkəzi”

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →