• 20:22 – Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu 
  • 19:58 – Türkiyənin güclü zəlzələ silkələdi bu Şəhərdə dağıntılar var 
  • 19:53 – Konfrans Liqasında 1/4 finala yekun vurulur 
  • 19:46 – Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb” 

“Uber” - Makron sövdələşməsi - Fransa Prezidentinin növbəti ifşası



 


“Uber” - Makron sövdələşməsi - Fransa Prezidentinin növbəti ifşası


ABŞ-ın “Uber” taksi şirkəti ilə Fransa prezidenti Emmanuel Makronun gizli sövdələşməsinə dair məlumatlar bu gün, demək olar ki, dünya mediasının əsas gündəmini təşkil edib. Başqa sözlə, Fransa Milli Assambleyanın “Uber faylları” ilə bağlı araşdırma komissiyası tərəfindən hazırlanan və bu gün dərc edilən 500 səhifəlik hesabat Makronun iç üzünü növbəti dəfə açmış oldu. 

XEBERTV.AZ   Report-a istinadən xəbər verir ki, bununla da Makrona qarşı onsuz da qəzəblə dolmuş Fransa xalqının indi ona nifrət bəsləməyə daha bir əsaslı səbəb yarandı.

Belə ki, sözügedən hesabat parlament üzvlərinin 120-yə qədər şəxslə müsahibə apardığı 6 aylıq işin nəticəsində ərsəyə gəlib. Sənəddə dövlət qurumlarının Fransada “Uber” və digər oxşar şirkətlərin inkişafına necə reaksiya verdiyinə dair çoxsaylı çatışmazlıqlara diqqət çəkilir. Araşdırmadakı məlumatlar şirkətin xüsusən də iqtisadiyyat naziri olduğu vaxtda Emmanuel Makronla yaxın münasibət qurduğu, Fransada taksilərə və onların nüfuz strategiyasına qarşı özünə yer hazırlamaqla bağlı qaydalardan qəsdən necə yayındığını üzə çıxarır.

Radikal solçu “La France Insoumise” (LFI) partiyasının deputatı və komissiyanın əsas təsisçisi Daniel Simonnet bildirib ki, “Uber faylları” məsələsi zamanı vəzifədə olan keçmiş sosialist Baş nazir Manuel Valls və daxili işlər naziri Bernard Kazenev (Bernard Cazeneuve) komissiyaya demişdilər ki, hökumət şirkətin "şübhəli hərəkətləri" ilə qarşılaşdıqda qətiyyətli mövqe göstərib: “Lakin onlar deputatları inandıra bilmədilər və deputatlar hökumətin "qanunları yerinə yetirməkdə uğursuz olduğu" qənaətinə gəldilər. Onlar qeyd edirlər ki, “Uber” şirkəti 2014-cü ilin əvvəlindən 2015-ci ilin iyul ayına qədər Fransada “UberPop” özəl sürücü xidmətini açıq şəkildə qanunsuz olduğu bir vaxtda istifadəyə verib”.

Simonnet qeyd edib ki, hökumət 2017-ci ildə Makronun prezident seçilməsindən sonra “Uber” şirkətinin fikirlərini daha geniş şəkildə qəbul edib: “Hökumətin narahat olduğu məqam Fransa qanunlarının qaydalarını şirkətin tətbiq etdiyi vəziyyətə uyğunlaşdırmaq idi”.


Hesabata əsasən, Makron “Uber” taksi xidmətinin ölkədə xüsusi üstünlüklü müstəqil fəaliyyətinə “yaşıl işıq” yandırmaqla vəzifəsindən sui-istifadə edib. “Uber” şirkətinin rüşvətxorluğu ilə bağlı açıqlanan son sənədlərə əsasən, Makron şirkətin rəsmiləri ilə ictimaiyyətdən gizli sövdələşmələr əsasında şirkətin sürücülərinin ölkə qanunlarına əsasən sürücü kimi işə alınmaq üçün keçməli olduqları təlim saatlarının azaldılmasına razılıq verib. Bu isə ciddi pozuntu halıdır. Bunun qarşılığında “Uber” rəhbərlərinin ona nə təklif etdikləri çox maraqlıdır!

Makron hələ iqtisadiyyat naziri olanda “Uber” şirkəti üçün çox geniş miqyasda müstəsna imkanlar yaradıb. Təsadüfi deyil ki, “Uber”in 2014-cü ildən Fransa qanunlarına zidd bir şəkildə ölkə ərazisində “özəl sürücü” xidmətini aktivləşdirməsi də məhz onun nazir kimi ilk fəaliyyət ilinə təsadüf edir.

Aşkarlanan sənədlərə əsasən, Emmanuel Makron 2015-ci ildə ABŞ şirkəti “Uber” ilə gizli sövdələşmə imzalayaraq şirkətin onun ziyarətinə gələn lobbiçilərinin çox asanlıqla təsirinə düşüb. Fransa hökməti “Uber”ə heç bir güzəştə getməyəndə təkcə Makron onlara qucaq açıb. Bu isə onun öz hökumətinə belə sadiq olmadığını göstərir. Beləliklə, Makronun xarici ölkələrin lobbi qruplarının əlində bir oyuncağa çevrilməsi elə buradan bəlli olur.

Nə yazıq ki, bu gün belə bir şəxs Fransa müstəmləkəsində olan xalqlara xoşbəxtlik vəd edir. Halbuki, o, öz xalqının rifahını belə düşünməkdə çətinlik çəkir və ya bunu istəmir. Belə bir adam başqa xalqlara nə vəd edə bilər ki?!


Bir siyasətçi olaraq illərdir özünü doğrulda bilməyən və fransızların sevgisi əvəzinə nifrətini qazanan bu şəxsin əhali arasındakı aşağı reytinqini və son olaraq ortaya çıxan “Uber” sövdələşmələrini nəzərə alsaq, onu Fransanın legitim prezidenti hesab etmək çətindir. Onun yalnız bir çıxış yolu var - istefa. Təbii ki, bunun üçün də cəsarət lazımdır, bu isə Makrona uzaq olan bir xarakterdir.

Bu arada onu da qeyd edək ki, Makron hələ iqtisadiyyat naziri olduğu dövrdə onun “Uber” taksi xidməti ilə qurduğu gizli yaxın əlaqələr barədə xəbərlər Fransa mediasının da diqqət mərkəzindədir. Deməli, Prezident kimi yarıtmaz siyasi xətti ilə fransızları boğaza yığan Makron iqtisadiyyatı çökdürməyə elə o dövrdən başlayıb.

Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra məğlub ermənilər üçün “ədaləti bərpa etməyə” söz verən Makronun öz xalqı qarşısında “məsuliyyət daşımaq” anlayışı da elə bu qədərmiş. Öz millətinə qarşı dürüst olmayan bir siyasətçi başqa millət üçün necə can yandıra bilər?!

Odur ki, ədalət axtarışında olan Makronun hökuməti və xalqı iqtisadi böhran və işsizliklə üz-üzə qalmalarının, sosial müdafiə xidmətlərindən faydalana bilməmələrinin səbəbkarı kimi Emmanuel Makronu məsuliyyətə cəlb etməlidir. Gec-tez, bu, baş verəcək!





Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →