• 22:48 – NATO Ukraynanın Rusiya ərazisinə zərbələrinə icazə verdi 
  • 22:39 – İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi 
  • 22:35 – Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi 
  • 20:22 – Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu 

Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olmuşdur və bundan sonra da belə olacaq.

Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olmuşdur və bundan sonra da belə olacaq.

Beynəlxalq siyasi münasibətlərdə son dövrlər baş verən proseslər yeni dünya düzənin başlanğıcı hesab edilə bilər. Azərbaycan respublikasının yürütdüyü xarici siyasət kursu belə bir situasiyada dövlətimizin maraqlarını qoruması və qlobal arenada mövqelərinin möhkəmləndirilməsinə xidmət etdiyindən yeni siyasi düzənin bütün spekterləri üzrə fəal iş aparılır. Təbii ki, beynəlxalq münasibətlərdə Azərbaycanın mühüm rol oynadığı platformalardan biri də Türk Dövlətləri Təşkilatıdır. Belə ki, qardaş Türkiyə ilə strateji müttəfiqliyin əsasında yaradılan Türk Dövlətləri Təşkilatı dünyada yeni bir güc mərkəzinə çevrilməklə yanaşı, həm də regional iqtisadi-siyasi proseslərə ciddi təsir imkanlarına malik nüfuzlu bir qurumdur. Bu baxımdan prezident İlham Əliyevin cari ilin 16 mart tarixində Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə iştirakı bir sıra tarixi məqamlarla diqqəti çəkdi və eyni zamanda həmin tarixi görüş yeni yüksəliş dövrünün başlanğıcı olaraq mühüm əhəmiyyət kəsb etdi.
Məlum zəlzələ faciəsindən sonra prezident İlham Əliyevin təşəbbüsü ilə Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü xüsusi əhəmiyyət kəsb edirdi. Görüşdə Azərbaycan – Türkiyə münasibətlərinə toxunan dövlətimizin başçısı qeyd etdi ki, ölkələrimiz həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olmuşdur və bundan sonra da belə olacaqdır. Cənab prezident tariximizin şərəfli səhifəsi olan Vətən müharibəsindən bəhs edərək 44 günlük müharibə dövründə Türkiyə xalqının Azərbaycanın yanında olduğunu qeyd edərək Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın ilk anlardan başlayaraq son günə qədər göstərdiyi siyasi və mənəvi dəstəyin Azərbaycana əlavə güc verdiyini xüsusi vurğuladı.
Prezident İlham Əliyev daha sonra qardaş Türkiyədə çoxsaylı insan tələfatına səbəb olan dəhşətli zəlzələnin, onun yaratdığı ağır fəsadların Azərbaycan dövləti və xalqı tərəfindən ürək ağrısı ilə qarşılandığını bildirdi. Cənab prezidentin qeyd etdiyi kimi, ilk andaca Azərbaycan dövləti bütün varlığı ilə Türkiyənin yanında oldu. İstər dövlət, istər vətəndaşlarımız bir ürəkdə döyünən Türkiyəyə hümanitar yardımlar etmək üçün hamılıqla səfərbər olundu.
Cənab prezidentin çıxışında həmçinin diqqəti çəkən məqamlardan bu gün dünyada Türkiyənin nüfuzu və etimadı ilə bağlı səsləndirdiyi fikirləri oldu. Türkiyə ölkə başçımızın qeyd etdiyi kimi, son 20 ildə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə böyük və şərəfli yol keçmiş, dünyada söz sahibi olmuş, güc mərkəzinə çevrilmişdir. Bu gün dünyada Türkiyə ilə hesablaşırlar və ona hörmət edirlər. Türkiyənin hərbi gücünü, müdafiə sənayesi sahəsində böyük uğurlarını indi dünyada hər kəs görür. Bu illər ərzində Türkiyədə davamlı sabitliyin təmin olunması, ölkənin inkişafı bütün türk dünyası üçün önəmli şərtdir.
Prezident İlham Əliyev çıxışında keçən il Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilmiş Zirvə görüşünə də toxunaraq bildirdi ki, Rəcəb Tayyib Ərdoğanın Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsi Türkiyə liderinin türk dünyasının gücləndirilməsində böyük xidmətlərinin daha bir sübutudur. Bundan sonrakı fəaliyyətində də Rəcəb Tayyib Ərdoğan Türk dünyasının inkişafına, əlaqələrin daha da möhkəmləndirilməsinə böyük töhfələr verəcəkdir.
Prezident İlham Əliyev daha ağrılı və vacib problemlərdən danışaraq Türk dünyasının Türk dövlətlərinin hüdudları ilə məhdudlaşmadığını, daha böyük coğrafiyanı əhatə etdiyini bildirdi. Belə ki, dünyada yaşayan azərbaycanlıların 50 milyondan çox olduğunu bəyan edən ölkə başçısı cəmi 10 milyonun Azərbaycanda yaşadığını, qədim türk yurdu olan Qərbi Zəngəzurun Sovet hökümətinin qərarı ilə Azərbaycandan ayrılıb Ermənistana verilməsini Türk dünyasının coğrafi cəhətdən ayrılması kimi səciyyələndirdi. Eləcə də cənab prezident deportasiya siyasətinin fəsadlarına da toxunaraq 1991-ci ilə qədər bütün azərbaycanlıların indiki Ermənistan ərazisindən zorla qovulduğunu diqqətə çatdırdı. Prezident İlham Əliyev eyni zamanda Qərbi Azərbaycanda etnik təmizləməyə məruz qalmış həmvətənlərimizin indi Qərbi Azərbaycan İcmasında birləşdiyini vurğulayaraq onların tarixi torpaqlara sülh yolu ilə qayıdışını qarşılarına məqsəd qoyduqlarını qeyd etdi.
Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü Türkiyə-Azərbaycan müttəfiqliyinin və bütövlükdə Türk dünyasının inkişafında önəmli rol oynayacaq. Son Zirvə görüşü TDT-nın yüksəlişində Azərbaycan prezidenti İlham Əliyevin və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın həm beynəlxalq müstəvidə, həm də türk dünyasında liderliyini təsdiq etmiş oldu.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →