• 22:48 – NATO Ukraynanın Rusiya ərazisinə zərbələrinə icazə verdi 
  • 22:39 – İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi 
  • 22:35 – Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi 
  • 20:22 – Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu 

Əlcəzair portalı X Qlobal Bakı Forumundan yazıb

Əlcəzairin “Əl Hərir” portalında martın 9-11-də Azərbaycan paytaxtında keçiriləcək mötəbər beynəlxalq tədbir – X Qlobal Bakı Forumu haqqında geniş xəbər və videomaterial yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, portalın materialında Azərbaycan Respublikası Prezidentinin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya bu gün: çağırışlar və ümidlər” mövzusunda təşkil olunacaq forumda dünya gündəminin aktual mövzuları, qlobal problemlərin müzakirə ediləcəyi diqqətə çatdırılıb.

Ərəb oxuculara məlumat verilib ki, qlobal təhlükəsizlik çağırışları, sülh naminə sağlamlıq, effektiv multikulturalizm islahatları, Azərbaycan vasitəsi ilə Avropa və Asiyanı birləşdirəcək nəqliyyat dəhlizləri, Afrika və Afrikanın gələcəyi, Çinin qlobal inkişafda rolu, elm, texnologiya və innovasiyalar və s. mövzularda panel müzakirələri təşkil ediləcək.

Materialda qeyd edilib ki, forumda 50-dən çox ölkədən 400-ə yaxın nümayəndə, o cümlədən dövlət və hökumət başçıları, siyasətçilər, ekspertlər, vətəndaş cəmiyyəti təmsilçiləri, həmçinin ərəb ölkələrinin nüfuzlu ictimai-siyasi xadimləri iştirak edəcəklər.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →