• 23:54 – Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO 
  • 23:43 – Bakcell bütün ölkəni Bulvardakı konsertə çağırır 
  • 23:36 – Zirə" finalada - Video 
  • 18:48 – Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqladı 

Adıyaman və Şanlıurfada daşqınlar nəticəsində 10 nəfər həlak olub

Türkiyənin Adıyaman və Şanlıurfa vilayətlərində leysan yağışları güclü daşqınlara səbəb olub. Təbii fəlakət nəticəsində azı 10 nəfər həyatını itirib.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Türkiyənin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) məlumatına görə, Adıyaman vilayətinin Tut rayonunda bir nəfər ölüb, 3 nəfər itkin düşüb. Şanlıurfada isə 9 nəfərin həlak olduğu, iki nəfərin isə itkin düşdüyü bildirilir.

Həlak olanlardan beşi suriyalı qaçqınlardır. Onların cəsədləri yaşayış binalarından birinin su altında qalan zirzəmisində aşkarlanıb.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →