• 23:52 – Tramp seçilsə, Avropanı İFLİC EDƏCƏK: "Qoca qitə" şoklara hazır olmalıdır 
  • 23:42 – Fransa universitetində Bakının siyasətindən danışıldı 
  • 19:48 – Ermənilər xəritə yaydı: Azərbaycan ordusu bu istiqamətlərdə irəliləyəcək - FOTO/VİDEO 
  • 19:43 – Rusiyadakı terror aktının bənzərini Türkiyədə törətmək istəyənlər var - Ərdoğan 

Tbilisidəki "Alyans" Gənclər Mərkəzində Novruz bayramı qeyd olunub

Martın 14-də Tbilisidəki "Alyans" Gənclər Mərkəzində (AGM) Novruz bayramı münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) və Azərbaycan Diasporuna Dəstək Fondunun (ADDF) əməkdaşları azərbaycanlı və gürcü ictimaiyyətinin nümayəndələri, tələbələr və məktəblilər iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Mərkəzdə təhsil alan şagirdlərin Novruz bayramı ilə əlaqədar çəkdikləri rəsmlərdən ibarət sərgiyə baxıblar.

“Alyans Gənclər Mərkəzi”nin sədri Leyla Əmrahova tədbiri açdıqdan sonra torpaqlarımızın azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

L.Əmrahova Novruz bayramı və xüsusən də çərşənbələr haqqında ətraflı məlumat verib, xalqımızı bu gözəl gün münasibətilə təbrik edib.

Sonra Fondun icraçı direktoru Əkrəm Abdullayev çıxış edərək Azərbaycan dövlətinin Gürcüstanda yaşayan soydaşlarımıza göstərdiyi diqqət və qayğıdan danışıb.

Bildirib ki, Komitə Gürcüstanda yaşayan soydaşlarımızın inteqrasiyası, tariximizi, milli-mənəvi dəyərlərimizin öyrənərək təbliğ etmələri üçün bir sıra layihələr həyata keçirib. Bu dəstək bundan sora da davam edəcək.

Komitənin şöbə müdirinin müavini Şəfəq Binnətova çıxışında deyib ki, Komitə Gürcüstanda yaşayan soydaşlarımızın qayğı və problemlərini daim diqqət mərkəzində saxlayır. Soydaşlarımız hər zaman Komitəyə müraciət edə bilərlər və onların müraciətləri cavabsız qalmayacaq.

Bahar qızı Ayla Məmmədova Novruza aid şeir söyləyib.

“Başti-buba” gürcü rəqs qrupu, “Ceyran” rəqs ansamblının üzvləri maraqlı konsert proqramı ilə çıxış ediblər.

Eyni zamanda, böyük ədib M.F.Axundzadənin Brüsseldə təhsil alan oğlu Rəşid bəyə Novruz bayramı ilə bağlı yazdığı məktub əsasında səhnəcik nümayiş etdirilib.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →