• 16:44 – Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər 
  • 23:54 – Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO 
  • 23:48 – “Haber Global”: “Azərbaycan həm meydanda, həm də masada qələbə qazandı” - VİDEO 
  • 23:43 – Bakcell bütün ölkəni Bulvardakı konsertə çağırır 

Moldova mətbuatı Prezident İlham Əliyevin Qlobal Bakı Forumunda səsləndirdiyi fikirlərə geniş yer ayırıb

Moldovanın nüfuzlu KİV-ləri martın 9-da Bakıda keçirilən “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumuna geniş yer ayırıb.

AZƏRTAC xəbər verir ki, “Realitatea”, “Rupor”, “Jurnal1”, “Noi” və digər xəbər portallarında dərc edilən məqalələrdə Azərbaycan Prezidenti İlham Əliyevin forumun rəsmi açılışındakı çıxışındakı fikirlər işıqlandırılıb.

Məqalələrdə dövlət başçımızın çıxışına istinadla Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə, hazırkı geosiyasi vəziyyətdə Avropa istehlakçılarının təbii qaza çıxışının təmin edilməsində etdiyi yardım, ixrac boru kəmərlərinin genişləndirilməsində Azərbaycanın atdığı addımlar vurğulanıb. Azərbaycanın Avropanın etibarlı tərəfdaşına çevrildiyi qeyd olunub.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →