• 22:48 – NATO Ukraynanın Rusiya ərazisinə zərbələrinə icazə verdi 
  • 22:39 – İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi 
  • 22:35 – Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi 
  • 20:22 – Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu 

Azərbaycan Yazıçılar Birliyində Sankt-Peterburq yazıçıları ilə görüş keçirilib

Sankt-Peterburq yazıçılarının Azərbaycan Yazıçılar Birliyinin (AYB) rəhbəri və üzvləri, rusiyalı həmvətənlilər, Bakının yaradıcı ziyalıları ilə görüşü keçirilib.

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirilib ki, AYB-də keçirilən görüş Sankt-Peterburq xarici əlaqələr komitəsinin təşkilatçılığı, Rusiyanın Azərbaycandakı səfirliyinin, Bakıdakı Rus evinin və Azərbaycan Dillər Universitetinin “Rusiyaşünaslıq Mərkəzi”nin dəstəyi ilə reallaşan “Maslenitsa bayramını Sankt-Peterburqla birlikdə qeyd edirik” layihəsi çərçivəsində təşkil olunub.

Görüşdə Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, Azərbaycanın Xalq yazıçısı Çingiz Abdullayev, AYB-nin beynəlxalq əlaqələr üzrə katibi, şair, tərcüməçi Səlim Babullaoğlu, Sankt-Peterburqun xarici əlaqələr komitəsi sədrinin birinci müavini Sergey Markov çıxış ediblər.

Peterburqlu yazıçı və şairlər Yevgeni Lukin ilə Vladimir Şemşuçenko qonaqlara öz yaradıcılıqları barədə söhbət açıb, planlarını bölüşüb, əsərlərindən parçalar səsləndiriblər.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →