• 22:33 – Vətən sevgisi 
  • 20:50 – Makronun Bakıdakı səfirini bu tərzdə çağırması… - Video 
  • 20:37 – Aprelin 23-dən 26-dək sərbəst və yunan-Roma güləşi üzrə U-17 Azərbaycan çempionatı keçiriləcək. 
  • 16:03 – Lunyev “Qarabağ”dakı maaşından danışdı 

İraq Baş nazirinin müavini: Rəsmi Bağdad Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyib

Fevralın 27-də Azərbaycanın İraqdakı səfirliyinin müvəqqəti işlər vəkili Nəsir Məmmədov bu ölkənin Baş nazirinin müavini-xarici işlər naziri Fuad Hüseyn ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin mövcud vəziyyəti və perspektivləri müzakirə olunub. Qeyd edilib ki, Azərbaycan ilə İraqın əlaqələri daha da genişləndirmək üçün böyük potensialları var və bu potensialdan səmərəli istifadə etmək lazımdır.

Nəsir Məmmədov diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Qarabağı işğaldan azad etdikdən sonra bölgədə geniş abadlıq və quruculuq işləri başlayıb. Bu gün Qarabağda müasir standartlara uyğun “ağıllı” kənlər salınır, infrastruktur bərpa edilir. Artıq Qarabağda beynəlxalq hava limanları tikilib istifadəyə verilib və işlər davam edir.

Görüşdə iş adamlarından ibarət şuranın yaradılması, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, həmçinin təhsil sisteminin inkişafını nəzərə alaraq iraqlı gənclərin Azərbaycan universitetlərində təhsil almaları da müzakirə mövzusu olub.

Söhbət zamanı Azərbaycanın nəqliyyat infrastrukturunun inkişafına da toxunulub.

Görüşdə Azərbaycanda istehsal olunan malların İraq bazarına çıxarılması, “Made in Azerbaijan” brendinin təşviqi, “Elektron hökumət”, tikinti-bərpa işlərinin aparılması sahələrində təcrübə mübadiləsinin həyata keçirilməsi və əməkdaşlıq əlaqələrinin qurulması müzakirə olunub.

İraqın Baş nazirinin müavini-xarici işlər naziri Fuad Hüseyn Azərbaycan ilə münasibətlərin inkişaf etdirilməsini rəsmi Bağdad üçün prioritet siyasi xətt olduğunu diqqətə çatdırıb. Bildirilib ki, İraq daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və beynəlxalq təşkilatlar, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində yaxından əməkdaşlıq edib və bu əlaqələrin yüksələn xətlə inkişafında maraqlıdır.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →