Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Onlar məhv olacaq, biz isə cənnətə düşəcəyik - Putin
  • Ermənilər Tərtərdəki futbol stadionunu Avropa çempionatına hazırlayır - FOTOLAR
  • DTX-dan sosial şəbəkələrlə bağlı MÜHÜM ADDIM
  • “Bu yol çox böyük bir yolun davamıdır” Aqil Acalov
  • Millət vəkili Q.Paşayeva AŞPA-da çıxış edərək Ermənistan baş naziri Paşinyanın öz oğlunu hərbi xidmət üçün Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarına göndərməsindən danışdı.
  • Görünməyən silah HAZIRLANIR – Hamı yüksək radiasiyaya MƏRUZ QALACAQ
  • Piramidalar haqda şok: 1922-ci ildə araşdırma zamanı...
  • Rəsmi Bakıdan Əliyev-Paşinyan görüşü ilə bağlı açıqlama
  • İnfarkta səbəb olan energetik içkilər - Video
  • SON DƏQİQƏ: Azərbaycan ordusu irəliləyir - Ermənilər Dağlıq Qarabağı boşaldır - VİDEO
  • Ayın bu görüntüsü böyük maraq doğurdu - Foto
  • Millət vəkili Q.Paşayeva Dünya Müsəlman-Türk və Suriya Türkmənləri qurultayında çıxış edib
  • Qadınlar niyə kişilərdən çox yaşayır? Təəccüblü səbəb
  • 7 ilə 58 milyon iş yeri açılacaq - Hesabat
  • İnsan bədənində gələcəyi görən vəzi - Üçüncü göz
  • Ərdoğan: Türkiyə Azərbaycana hər cür dəstəyi göstərməkdə davam edəcək
  • Ənvər Paşanın nəvəsi,Nuru Paşanın qardaşı nəvəsi Arzu Ənver Bakının işğaldan azad edilməsinin 100-cü ildönümündə iştirak etmək üçün ölkəmizdədir
  • Azərbaycanda Bilik Günüdür
  • Azərbaycan düşməni lərzəyə salan yeni qırıcılar alır
  • "Hər kəs ayıq-sayıq və dövlətin yanında olmalıdır" - Cavid Qurbanov
  • Həsənbəy Zərdabi küşəsi çirkab suları işində
  • Gənc Kikbokscu qadın Gunay Sun Moon Haciyeva niyə qəzəbləndi?
  • Ermənilər Abdal- Gülablıda da qaz yandırdılar... - Bu saatlarda isə Bərdə qaza həsrət qalıb
  • ÖLKƏDƏ TƏLATÜM: Rüşvətxor məmurların HƏBSİ başlayır - Prezidentin yeni proqramının şok sirri
  • Azərbaycan Türkmənistandan "hava hücumuna" məruz qaldı
  • 26 Nis 2016, 17:08   
        354
    Sərkisyanın generalları qovmasının - Səbəbi

    Çox güman ki, erməni prezident həmin generallara ordu ilə bağlı müəyyən bir tapşırıq verib. Generallar isə həmin əmri yerinə yetirə bilməyəcəklərini və bunun mümkünsüzlüyünü deyiblər.
    Bunu ANS-ə Ermənistan Prezidenti Serj Sərkisyanın generalları ordudan qovmasının səbəblərini şərh edən sabiq hərbi birlik komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov deyib.

    General Aydəmirov bildirib ki, Ermənistan prezidentinin belə bir addım atmasına səbəb onun həmin generalların qarşısına qoyduğu tapşırığın qovulan şəxslər tərəfindən icra edilə bilməməsi ilə bağlıdır.

    General-leytenantın sözlərinə görə, işdən azad edilən hərbçilərin Sərkisyanın əmrinə qarşı çıxmalarının səbəbi ordudakı real vəziyyətdir. "Həmin generallar isə orduda olduqları üçün real vəziyyətdə Sərkisyanın tapşırığının qeyri-mümkünlüyünü bilirlər və bunu da ona məruzə ediblər. Bu isə erməni prezidentin xoşuna gəlməyib”.

    Y.Aydəmirov hesab edir ki, Sərkisyan bundan sonra ona sadiq və dediyini yerinə yetirən kadrları iş başına gətirmək istəyir: “Lakin onun bu islahatları da uzunmüddətli olmayacaq. Çünki orduya gələcək şəxslər də Ermənistan ordusundakı bərbad vəziyyəti görüb Serjə məruzə edəcəklər, o da yenə həmin addımı atacaq".

    "Qarabağda müharibə istənilən an başlaya bilər"

    General-leytenant Ermənistan prezidentinin müharibə çağırışları etməsinin səbəblərini də açıqlayıb: “Yəqin ki, Sərkisyan bir-iki topu, tüfəngi görərək öz güclərinə arxayın ola biləcəyini düşünür. Ancaq onun cəbbəxanasında olan silahlar Azərbaycan ordusu ilə bacarmaq qüdrətində deyil. Cəbhədə Dördgünlük müharibə zamanı ordumuzun qarşı tərəfə endirdiyi o qədər də böyük olmayan zərbələr nəticəsində, qarşı tərəfdə böyük həyəcan yarandı. Əgər ordumuz daha böyük zərbə endirsə, onların halı necə olacaq?”

    Y.Aydəmirov onu da əlavə edib ki, ermənilərin yaşayış məntəqələrimizi atəşə tutması da elə Sərkisyanın fikridir. Belə ki, o, bununla azərbaycanlı sakinlərdə həyəcan yaratmaq, qarşı tərəfin vətəndaşlarını isə sakitləşdirmək istəyir.

    Qeyd edək ki, bu gün Serj Sərkisyan bir neçə yüksək rütbəli hərbçini işdən qovub. Onun əmri ilə Ermənistanın müdafiə nazirinin maddi-texniki təchizat üzrə müavini Alik Mirzəbekyan işdən çıxarılıb.

    İşdən qovulanlar arasında Baş Qərargahın Kəşfiyyat İdarəsinin rəisi general-mayor Arşak Karapetyan, Rabitə qoşunlarının və avtomatik idarəetmə sistemlərinin rəisi general-mayor Komitas Muradyan da var.

    Bu tədbirlərin Qarabağda aprelin əvvəllərində gedən döyüş əməliyyatları zamanı Ermənistan ordusunun uğursuzluqları ilə bağlı olduğuna heç bir şübhə yoxdur.
    loading...