• 22:48 – NATO Ukraynanın Rusiya ərazisinə zərbələrinə icazə verdi 
  • 22:39 – İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi 
  • 22:35 – Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi 
  • 20:22 – Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu 

BMT-də planetin yaşlanan əhalisini dəstəkləmək üçün konkret tədbirlər təklif olunur

BMT-nin proqnozuna görə, yaxın onilliklərdə bütün dünyada 65 və yuxarı yaşda olan insanların sayı iki dəfədən çox – 2021-ci ildə olan 761 milyondan - 2050-ci ildə 1,6 milyarda qədər artacaq. 80 yaşdan yuxarı insanların sayı daha sürətlə artacaq. AZƏRTAC BMT-nin Xəbərlər xidmətinə istinadla xəbər verir ki, bu barədə BMT-nin iqtisadi və sosial məsələlər Departamentinin dərc olunan məruzəsində deyilir.

Məruzənin müəllifləri qeyd edirlər ki, çoxsaylı böhranların baş verdiyi dünyada, o cümlədən həyatın dəyərinin artması da daxil olmaqla, yaşlı insanların hüquqlarının və rifahının qorunması problemi dayanıqlı gələcəyə nail olunması üzrə kollektiv səylərin mərkəzində olmalıdır.

Məruzədə qeyd olunur ki, əhalinin yaşlanması dövrümüzün müəyyənedici qlobal tendensiyası olaraq qalır. 2021-ci ildə doğulan uşaq, 1950-ci ildə doğulmuş bir insandan orta hesabla, çox güman ki, 25 il çox yaşayacaq. Eyni zamanda, orta ömür uzunluğuna görə qadınlar kişiləri orta hesabla beş il qabaqlayacaqlar.

Məruzədə deyilir ki, müasir dünyada ömür uzunluğuna gəlir, təhsil, cinsi, etnik mənsubiyyət və yaşayış yeri əhəmiyyətli dərəcədə təsir edir. Bu amillərin əlverişsiz kombinasiyaları çox vaxt erkən yaşda başlayan sistemli uğursuzluğa səbəb olur.

Planetin inkişaf etmiş bölgələrində dövlət yaşlı insanların ehtiyaclarının üçdə ikisindən çoxunu təmin edir. Daha az inkişaf etmiş bölgələrdə yaşlı insanlar, bir qayda olaraq, daha çox işləyirlər və öz əmanətlərinə və yaxınlarının köməyinə daha çox güvənirlər. Bundan əlavə, belə ölkələrin əksəriyyətində dövlət xərcləri uzunmüddətli qayğıya artan tələbatı ödəmək üçün kifayət deyil.

Onların qarşısını almağa yönəlmiş siyasət olmadan sistemli mənfi amillər insanların həyatı boyu bir-birini gücləndirir və yaşlı dövrdə əhəmiyyətli sosial bərabərsizliyə səbəb olur. Belə vəziyyət DİM 10 “Bərabərsizliyin azaldılması" da daxil olmaqla, Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olunmasında irəliləməni ləngidir.

Sənədin müəllifləri əmindirlər ki, gözümüzün önündə baş verən demoqrafik dəyişiklik qurulmuş sosial-iqtisadi siyasət və təcrübənin təkrar dərk edilməsi ilə müşayiət olunmalıdır. BMT-nin Baş katibi Antonio Quterreş "ümumi gündəliyimiz" adlı proqram məruzəsində bütün ömür boyu keyfiyyətli təhsilə, səhiyyəyə və layiqli işə çıxışın təmin edilməsinə kömək edən uzunmüddətli təşəbbüslərin həyata keçirilməsinə çağırıb.

Bir çox ölkələr artıq bütün ömür boyu öyrənmə imkanlarını tətbiq edir, müxtəlif nəsillərin nümayəndələri tərəfindən yaradılan əmək resurslarının üstünlüklərindən tam istifadə edir və geniş spektrli konkret vəziyyətləri və şəxsi üstünlükləri nəzərə alan çevik pensiya yaşını tətbiq edirlər.

Məruzədə deyilir ki, hökumətlər cəmiyyətdəki bərabərsizliyi azaldaraq, eyni zamanda, balanslı büdcələr yaratmalı və pensiya fondları da daxil olmaqla sosial müdafiə sistemlərində islahatlar aparmalıdır.

"Yaşlanan dünyada davamlı və inklüziv iqtisadi artımın təmin edilməsinin ən vacib elementi əmək bazarının arxasında qalan qadınlar və digər qruplar üçün layiqli iş imkanlarının genişləndirilməsi olmalıdır", – deyə BMT məruzəsinin müəllifləri əminliklə bildiriblər.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →