Xəbər lenti
Axtar
Ən çox oxunan
  • ABŞ-ın Əliyevə açıq dəstəyi İrəvanı silkələyir...
  • Əliyevin o cür qarşılanması Nikola siqnal idi - Solonnikov
  • Nikolun Bakıya qarşı 15 may hazırlığı - Yıldırım işarə etdi
  • Səfirliyimizə hücum təşkil edilmiş terror aktı idi
  • İranda hər kəs anlamalıdır ki... - Prezident
  • Vəkillər Kollegiyası bu assosiasiyaya üzv qəbul olundu
  • Dini radikalizmin təbliğinə cəlb olunan 16 nəfər həbs olundu
  • Cocuq Mərcanlıda çoban minaya düşdü
  • Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatı qəti surətdə təkzib edirik.
  • Laçın yolunda ekofəallar bu işi görəcəklər
  • Bu ölkə TÜRKPA-ya müşahidəçi üzv seçildi
  • Anar Bağırov vəkillərə xəbərdarlıq etdi
  • Rəsmən təsdiqləndi: Qarabağda yeni rus komandan...
  • İrəvan son 43 gün ərzində heç bir cavab verməyib
  • İran casus şəbəkəsinə qarşı əməliyyat gedir: həbs var
  • Azərbaycan türk dünyasının gücünü göstərdi - Çavuşoğlu
  • FETÖ-nün Azərbaycan üzrə rəhbərlərindən biri həbs edildi
  • Hansısa yolla bu tələdən çıxa biləcəyimizi düşündük
  • Ermənistanla sülh müqaviləsi üzərində iş başlanıb - Prezident
  • Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şurası yaradılır
  • Azərbaycanda Qazaxıstan telekanalları yayımlanacaq
  • ham Əliyevin Qazaxıstana səfəri başa çatdı
  • Azərbaycanla İran arasında razılıq əldə olundu
  • Bayramov Abdullahianla danışdı: İki ölkə arasında ixtilaflar...
  • Ermənilərin minaları məcburi köçkünlərə əngəldir - Ekspress
  • 20 Nis 2023, 21:26   
        81
    Şəki: Uşaq bağçası qəzalı və antisanitar binada fəaliyyət göstərir

    Ciddi siqnal
    BAKI-XEBERTV.AZ
    Şəkildə görünən bina 30 il ərzində Ermənistanın işğalından qalan və düşmənin vandal siyasəti sayəsində dağıdılaraq məhv edilən ərazilərə oxşayır. Ancaq nə qədər acınacaqlı olsa da, Şəki şəhərində yerləşən bu qəzalı və antisanitar binada uzun illərdir ki, şəhərin 10 saylı körpələr evi və uşaq bağçası fəaliyyət göstərir. Valideynlər tərəfindən dəfələrlə narazılıq edilməsinə baxmayaraq, buna bu günə qədər ciddi reaksiya verən yoxdur. Bu səbəbdən də istismara yararsız olan bina hələ də qanunsuz olaraq körpələr evi və uşaq bağçası kimi fəaliyyətini davam etdirir. Binanın vəziyyəti barədə isə danışmağa heç bir ehtiyac yoxdur. Çünki fakt göz qabağındadır.

    Körpələr evi və uşaq bağçasında yaranmış vəziyyətlə bağlı məlumat almaq üçün ötən ilin avqust ayında Şəki-Zaqatala Regional Təhsil İdarəsinə getmişdim. İdarədən suallarıma yalnız email vasitəsilə cavab verməli olduqlarını bildirdilər. Yazılı sorğuma 25 avqust 2022-ci il tarixdə idarənin məsul əməkdaşı Yəmən Abbasovanın rəsmi cavabını olduğu kimi diqqətinizə çatdırıram:

    “Sorğunuza cavab olaraq bildiririk ki, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Şəki şəhər 10 nömrəli uşaq bağçası-bina 2 mərtəbəlidir, yalnız birinci mərtəbədə bir korpusdan istifadə olunan uşaq bağçasında 2 qrup fəaliyyət göstərir.

    Qeyd olunanlara əsasən, məktəbəqədər təhsil müəssisələrində Şəki-Zaqatala Regional Təhsil İdarəsi tərəfindən mütəmadi olaraq müxtəlif istiqamətlərdə yoxlama və monitorinqlər aparılır. Əsaslı təmir-tikinti işlər barədə müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur”.

    Bir neçə gün əvvəl körpələr evi və uşaq bağçasının yerləşdiyi binanın vəziyyəti ilə yaxından və yerində tanış olmaq üçün növbəti dəfə ora getdim. Binaya daxil olduqda xeyli təəccübləndim. Axı necə ola bilər ki, respublikamızın əksər bölgələrində, şəhər və kəndlərində son dərəcə müasir tipli məktəblər, uşaq bağçaları və körpələr evi tikildiyi və əsaslı təmir olunduğu indiki bir vaxtda, tarixi və müasirliyi ilə yerli və xarici turistlərin böyük diqqətini cəlb edən və dünyanın tanınmış onlarla şəhəri ilə qardaşlaşan Şəkidə körpələr evi və uşaq bağçası hələ də qəzalı binada antisanitar vəziyyətdə fəaliyyət göstərir? Müvafiq quruma rəhbərlik edən şəxslər isə hələ də susurlar.

    Körpələr evi və uşaq bağçasının real vəziyyəti və ağlasığmaz bərbad şəraiti ilə tanış olarkən qəribə vəziyyətlə qarşılaşdım. Adlarının çəkilməsini istəməyən əməkdaşlar mövcud durumdan utandıqları üçün susmağa məcbur oldular. Bu işə cavabdeh olan qurumların rəhbərləri isə hələ də körpələrin və uşaqların taleyi ilə oynayırlar. Regional təhsil idarəsindən isə indiyə qədər heç kimdən tutarlı cavab ala bilməmişəm.

    Vəziyyət isə hələ də acınacaqlı olduğu kimi qalır, heç bir yenilik edilməyib və deyilən təmir-tikinti işlərindən əsər-əlamət yoxdur. Əlavə məlumat almaq üçün regional idarə ilə yenidən əlaqə saxladım. Yenə də eyni cavabı eşitdim: “Suallarınızı email vasitəsilə göndərə bilərsiniz”. Elə də etdim. Ancaq hələ də zənglərimizə və rəsmi sorğumuza cavab verilməyib. Körpələrimizi və uşaqlarımızı isə hər anı təhlükəli olan və dünyada pandemiyanın son illər hökm sürdüyü bir vaxtda antisanitar və qəzalı binada qalmağa məcbur edirik. Görəsən bu acınacaqlı vəziyyət nə vaxta qədər davam edəcək?







    mənbə\“Respublika”.
    loading...