Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Mehriban Əliyevadan Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
  • Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi - FOTO
  • Türk dünyası ilə bağlı dərsliklər qəbul edildi - FOTO
  • Xaricdə təhsil almaq istəyənlərin nəzərinə...
  • İlham Əliyev: "Özbək və Azərbaycan xalqları bir yumruq kimi birlikdə olacağıq"
  • Şok iddia: ölülərlə danışmaq mümkün olacaq
  • Xaricdən idarə olunan feyk hesablarla şantaj halları var - XƏBƏRDARLIQ
  • İlkin Süleymanovun məhkəməsi: Nərmin Quliyevanı sonuncu dəfə görən şahid DANIŞDI
  • Rövşən Əkbərovun səhhətində PROBLEM YARANDI
  • ŞƏHİD İLQAR VERDİYEVİN "ANDINA SADİQ OĞUL"FİLMİNİN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLİB
  • "Əziz Şuşa, Sən Azadsan!".
  • Fitrə zəkatı nə qədər verilməlidir? - Video
  • İlham Əliyev Emmanuel Makronu təbrik etdi
  • “WhatsApp”a yeni funksiya əlavə edilib - Gizli fotolara giriş...
  • Soyqırımdan danışanlar Xocalıya baxsınlar – Hulusi Kılıç
  • "Azərbaycan-Türk Xalqları Qardaşlığı" İctimai Birliyinin fəaliyyətindən bəhs edən jurnalın təqdimatı keçirildi
  • Dünya azərbaycanlılarının Şuşa Zirvəsi: Diasporumuzun tarixi inkişaf yolu
  • Qədr gecələri nə vaxtdır? - QMİ
  • Deputat: "Operativ Qərargahdan xoş xəbərlər veriləcək" - VİDEO
  • Azərbaycanla 10 mühüm saziş imzalandı - Japarov
  • Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun ictimaiyyət nümayəndələri Fəxri Xiyabanda görkəmli oftalmoloq-alim, əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad etdilər.
  • Özbəkistanda Azərbaycan şöləni - Foto
  • Ailəsindən gizli döyüşə gedən əsgərimiz ŞƏHİD OLDU-ŞƏHİDİM_01
  • Tanınmış qələm ustadı Nəcibə İlkinin "Şəhidliyin Əli və İslam zirvəsi" adlı kitabının təqdimatı keçirildi
  • Dünyada Ərdoğan kimi siyasətçi azdır - Peskov
  • 11 May 2022, 00:17   
        146


    Qaxda şəhid bulağının açılışı olub

    Qaxda şəhid bulağının açılışı olub
    Qax rayonunda Vətən müharibəsi şəhidinin xatirəsi əbədiləşdirilib.

    XEBERTV.AZ -bildirir ki, bu barədə "Report"un Şimal-qərb bürosunun məlumatına görə, şəhid Nəzir Rahib oğlu Osmanovun adına inşa edilən bulağın açılışı olub.

    Açılış mərasimində rayon icra hakimiyyətinin rəsmiləri, şəhidin doğmaları, döyüşçü yoldaşları, hüquq-mühafizə orqanları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Tədbirdə şəhid N.Osmanovun şərəfli həyat yolundan və onun Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlarından söz açılıb, ruhuna dualar oxunub.

    Qeyd edək ki, N.Osmanov 1998-ci ildə Qax rayonunun Qıpçaq kəndində doğulub. Osmanovlar ailəsinin sonbeşiyi olan Nəzir orta təhsilini doğulduğu Qıpçaq kənd tam orta məktəbində alıb. Məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb və Daxili Qoşunların "N" saylı hərbi hissəsində xidmət edib.

    N.Osmanov Vətən müharibəsi başlayan gündən Hadrut, Horadiz və Füzuli istiqamətlərində gedən döyüşlərdə əsl qəhrəmanlıqlar göstərib. Noyabr ayının 1-də Şuşa ətrafında gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə “Vətən uğrunda”, "Şuşanın azad olunmasına görə”, "Kəlbəcərin azad olunmasına görə" və Azərbaycan Respublikası müdafiə nazirinin 28 dekabr 2020-ci il tarixli müvafiq əmri ilə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalları ilə təltif edilib.



    loading...