
BAKI-XEBERTV.AZ
Ermənistandan Gürcüstana külli miqdarda qiymətli metalın qanunsuz keçirilməsinin qarşısı alınıb
28 Aprel , 2022 11:18
Ermənistandan Gürcüstana külli miqdarda qiymətli metalın qanunsuz keçirilməsinin qarşısı alınıb
Ermənistan vətəndaşı Gürcüstana gömrük nəzarətindən gizlədilmiş xüsusilə külli miqdarda qiymətli metal keçirməyə cəhd edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətindən bildirilib.
“Sadaxlı” gömrük məntəqəsində həmin şəxsdən qaçaqmalçılıq yolu ilə Ermənistandan Gürcüstana keçirdiyi 631 qram polladiumdan olan məmulatlar aşkarlanıb.
Məmulatların dəyəri 110 027 lari (təxminən 36 min ABŞ dolları) təşkil edib.
Aşkarlanan mal müsadirə edilib.