Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Kamil Nəzərov bu möcüzəsi ilə Krıma səs saldı
  • Bir gündə Rusiyadan Antalyaya 80 təyyarə turist gəldi...
  • Yüz min gənc Qarabağ üçün 1 milyon tvit atdı
  • “Ermənistan Azərbaycan torpaqlarını tərk etməlidir” - Türkiyədən tələb
  • Millət vəkili Razi Nurullayev söz verdiyi adları açıqladı...Kimlər, kimlər
  • Operativ Qərargahın brifinqi - Canlı
  • Heydər Əliyev Fondu imkansız ailələrə yardım payladı!
  • İsveçrə təsdiqlədi: Elektrik təyyarələri dövrü başlayır
  • İbrahim Məmmədovdan toyların keçirilməsi ilə bağlı AÇIQLAMA
  • Rayona getmək istəyənlərin diqqətinə - Baş nazir qərar verdi
  • Biləsuvarlı məşhur döyüşçü Qədir Musayev dünyasın dəyişdi...
  • "Başımıza gələn bəlalar günahlarımızı təmizləyir..."
  • Rusiya bu ölkənin vətəndaşları üçün sərhədlərini açdı
  • Gürcü bloger erməni xalqına: Oğrular, həyasızlar... – Video
  • Beş aylıq fasilədən sonra aviabiletlərin satışı başlayır - VİDEO
  • İslam Ələsgərli- Şəhid Generalımızın xatirəsinə. Mahnı həsr etdi
  • Orduya könüllü yazılanlara Səfərbərlik Xidmətindən ZƏNG EDİLMƏYƏ BAŞLADI - RƏSMİ AÇIQLAMA
  • "Paşinyan, istirahət zamanı deyil, Türklər üstümüzə gəlir..."
  • “9336 şəhidimizin, 24 Milli Qəhrəmanımızın məzarı erməni tapdağında qalıbsa…”
  • Ukrayna Təhlükəsizlik Xidməti Azərbaycana könüllü döyüşçülər və zabitlər göndərməyə hazırlaşır – ŞOK İDDİA
  • "Xalqın Qarabağ istəyi lazimi səmtə yönəldilməli, vahid iradə nümayiş etdirilməlidir" - VİDEO
  • Hərirçidən korona haqda şok: Hər gün 200 nəfər öləcək
  • “Onu heç vaxt bezdirmirdim ki...” - Şəhid generalın xanımı - VİDEO
  • Suda həll olan plastik torbalar yaradıldı
  • “Elə ki, evə çatdım məni bərk qucaqla” - 18 yaşlı şəhidimizin son sözləri
  • 30 May 2020, 21:42   
        83


    Xaçmaz rayonunda koronavirus (COVİD - 19) pandemiyasına qarşı mübarizə məqsədilə preventiv tədbirlər həyata keçirilir.

    XEBERTV.AZ xəbər verir ki, Rayonda infeksiyaya yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədi ilə rayonun ticarət, xidmət, ictimai iaşə və s. sahələrində sanitar-epidemioloji işlər görülməkdədir. Aparılan dezinfeksiya tədbirləri rayonun bütün yaşayış məntəqələrini əhatə edir. Görülən qabaqlayıcı-profilaktik tədbirlər çərçivəsində rayon ərazisindəki küçə və prospektlər, parklar, yollar, inzibati binaların, ticarət obyektlərinin ətrafı, yaşayış binalarının girişləri, sərnişindaşıma xidməti göstərən avtonəqliyyat vasitələri və məişət tullantı konteynerləri zəruri avadanlıqlarla təchiz olunmuş işçi qrupları tərəfindən dezinfeksiyası edilib.

    Görülən işlərlə bərabər, Xaçmaz rayonunda mobil qruplar tərəfindən Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun qaydada əhali arasında fərdi izahetmə-xəbərdarlıq işləri həyata keçirir. Yaradılmış mobil qruplar koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının qarşısının alınması, sosial təcridin gücləndirilməsi, karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət məqsədilə ictimaiyyət arasında maarifləndirmə tədbirlərini davam etdirir. Maarifləndirmə qrupları əhali ilə söhbət zamanı rayon sakinlərinin diqqətinə çatdırıb ki, Operativ Qərargahın qəbul etdiyi qərarlara riayət etmələri hər kəs tərəfindən məcburidir. Cəmiyyətin sağlamlığının qorunmasında hər bir vətəndaşın maskalardan və digər qoruyucu vasitələrdən istifadə etməsinin vacibliyi izah edilmişdir.

    İcra edilmiş önləyici tədbirlərin keyfiyyəti Xaçmaz Rayon İcra Hakimiyyəti tərəfindən diqqət mərkəzində saxlanılır.










    xachmaz-ih.gov.a
    loading...