Xəbər lenti
Axtar
Ən çox oxunan
  • DİN-dən dəfn icazəsi ilə bağlı AÇIQLAMA
  • DSX Keşikçidağdakı vəziyyət barədə məlumat yaydı
  • Deputat seçicilərinə müraciət etdi
  • Koronavirusla bağlı virusa yoluxma riskinin daha yüksək olduğu hava limanlarının siyahısı açıqlanıb.
  • Əlvida kapitalizm! - Yeni sistem yaradılır
  • Şok iddia: Yadplanetlilər burnumuzun ucundadır
  • Tramp kütləvi etirazlar zamanı BUNKERDƏ GİZLƏNİB
  • Azərbaycanda tikinti zamanı qədim əşyalar tapıldı
  • Koronavirus Uhan bazarından yayılmayıb - İDDİA
  • Bu gün Uhud döyüşü və həzrət Həmzənin şəhadət günüdür
  • Rayonlara gediş-gəlişin bərpası ilə bağlı açıqlama
  • İranda silahlı qruplaşma üzvləri ilə sərhədçilər arasında atışma olub, ölənlər var
  • Osmanlı dövləti haqda mobil oyun avstraliyalı qızı müsəlman etdi...-İBRƏTAMİZ-VİDEO
  • Azərbaycanda Respublika Günü qeyd edilir
  • İran şokda: Pulların üzərində "Yaşasın Azərbaycan" şüarı - FOTO
  • Ermənilərin atdığı ehtimal edilən top mərmisi tapıldı
  • Pakistanda baş verən “A-320” qəzasının şok sirləri – Elmi-lədun
  • Bakıda mağazalara girdi, hamının borcunu ödədi - Video
  • "Ermənilər Şuşada törətdikləri təxribatla xalqımızın əsəblərini tarıma çəkmək istədilər"
  • Ermənistanı yerlə-yeksan edəcək sistem: Azərbaycanın elə gizli silahları var ki... - General SİRLƏRİ AÇDI
  • Ramazanda fitrə nə vaxtadək verilməlidir? - VİDEO
  • Deputat: Əhali təkidlə müharibə istəyir... – Video
  • Azərbaycan əsgəri, Şuşanı Vur, Xankəndini Vur!
  • Araikdən yeni provokasiya: “məclis”i Şuşaya köçürür
  • Mumiyalarla bağlı yeni kəşf
  • 11 Nis 2020, 23:11   
        71


    BAKI-XEBERTV.AZ
    Göyçayda Aznar QSC tərəfindən 1600 ailəyə yardım paylandı

    Xəbər verdiyimiz kimi, Azərbaycan əsilli rusiyalı iş adamı Fərhad Əhmədov da prezidentin çağırışına qoşularaq bu kampaniyaya dəstək verib, iş adamının sahibi olduğu “AzNar” QSC həmin fonda 1 milyon manat vəsait köçürüb.

    Fərhad Əhmədovun bununla bağlı yaydığı bəyanatda deyilir: “Azərbaycan da bütün dünya ölkələri kimi COVİD-19 koronavirus pandemiyası ilə bağlı yaranmış mürəkkəb vəziyyətlə üzləşib. Ölkə rəhbərliyi qətiyyət və uzaqgörənlik nümayiş etdirərək ölkənin həyat əhəmiyyətli maraqlarının müdafiəsi və onun vətəndaşlarının qorunmasına yönəlmiş preventiv xarakterli kompleks tədbirlər həyata keçirir. Bu gün bütün xalqın səylərinin təhlükəli xəstəliyin yayılmasına qarşı mübarizəyə cəmləşdirilməsi heç vaxt olmadığı kimi zəruridir. O cümlədən bu gün biznesin də sosial məsuliyyət nümayiş etdirməsi heç vaxt olmadığı kimi zəruridir. Bununla əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin çağırışını dəstəkləyərk T. Əhmədov adına “AzNar” QSC-nin Direktorlar Şurası koronavirusla mübarizəyə dəstək Fonduna 1 milyon manat vəsaitin köçürülməsini qərara alır”.

    Xatırladaq ki, Koronavirusla Mübarizəyə Dəstək Fondunun məqsədi koronavirus infeksiyasının Azərbaycan Respublikasında yayılmasının qarşısını almaqdan və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarətdir.

    Biznesmen Fərhad Əhmədov bundan əvvəl də Azərbaycanda geniş xeyriyyəçilik fəaliyyəti həyata keçirib, o cümlədən manatın iki dəfə devalvasiyaya məruz qalması ilə bağlı yaranan iqtisadi böhran zamanı “AzNar” QSC-nin işçilərinin bütün kredit borclarını ödəmişdi.

    Respublikamızda elan olunan karantin rejiminə görə evdə qalan 65 yaşdan yuxarı insanlara, əlillərə, şəhid ailələrinə, Qarabağ və Böyük Vətən Müharibələrinin iştirakçılarına və onların ailə üzvlərinə, tənha qocalara, yataq xəstələrinə, məcburi köçkünlərə, aztəminatlı ailələrə, karantin dövründə işləmədiyi üçün sosial durumu ağır olan şəxslərə, çoxuşaqlı kasıb ailələrə ərzaq yardımı göndərib. Bu gün ərzaq bağlamaları ilə dolu olan avtomobillər “AzNar”ın qarşısından çıxaraq evlərə yola düşüb.

    “AzNar” QSC-nin Baş direktoru hörmətli Teymur Əhmədovun rəhbərliyi ilə şəhər və kəndlərdə yaşayan ümumilikdə 1600 ailəyə ərzaq bağlamalarının paylanılmasına başlanılıb. Hər ailəyə toyuq, kərə yağı, düyü, qarabaşaq, makaron, qarğıdalı yağı, qatılaşdırılmış süd, un, yumurta, duz, kartof, soğan, çay, salfetka, qənd və “AzNar”ın meyvə şirələri hədiyyə olunub. Məhsulların qablaşdırılması və evlərə çatdırılması prosesi aprelin 10 və 11-də davam edəcək. Həmçinin, Fərhad müəllimin adından bu gün Göyçayda 10 imkansız ailəyə dərman almaq və müalicə üçün maddi yardım göstərilib. Vətəndaşlar bu çətin günlərdə onlara göstərilən qayğıya və verilən ərzaq yardımına görə Fərhad Əhmədova təşəkkür ediblər.

    Qeyd edək ki, Fərhad Əhmədov bir neçə gün öncə Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1 milyon manat maddi yardım göndərib. Koronavirusla mübarizə aparan dövlətimizə və xalqa bundan sonra da dəstək olacağını bildirən xeyriyyəçi iş adamı Fərhad Əhmədov Göyçayda sahibkarlığın, meyvəçiliyin, balıqçılığın, turizmin, narçılığın, üzümçülüyün, sənayenin inkişafı, “AzNar” zavodunda meyvə şirələrinin istehsalının və xarici ölkələrə “Made in Azerbaijan” brendi ilə nar şirələri və digər məhsulların ixracının artırılması və yeni iş yerlərinin açılması üçün tədbirlər görür, ayrı-ayrı insanlara hər zaman maddi dəstək olur, xəstələrin müalicəsinə köməklik edir.
    Bildirək ki. 50 il bundan əvvəl-1969-cu ildə Teymur Əhmədov tərəfindən yaradılan zavodu 2005-ci ildə oğlu, keçmiş Rusiya senatoru və biznesmen Fərhad Əhmədov alıb. O, 100 milyon dollardan çox investisiya qoymaqla zavodun yerində müasir texnologiyalara əsaslanan, dünya standrtlarına cavab verən yeni emal zavodu yaradıb. Qısa vaxt ərzində zavodun istehsal etdiyi təbii nar şirələri və digər məhsulları dünya bazarında özünə yer tutub, bir çox beynəlxalq sərgilərdə qızıl medallar qazanıb.

    “AzNar” QSC hazırda Göyçay ərazisində nar plantasiyalarına malikdir, zavodda nar və digər meyvə şirələri ilə yanaşı xüsusi seçilmiş üzümdən müxtəlif növlərdə şərab, o cümlədən araq istehsal edilir. Habelə “AzNar” QSC özünün törəmə müəssisəsi olan “Kənd” MMC vasitəsilə İsmayıllı rayonuna da böyük yatırım qoyub. Orada, Kürdmaşı kəndinin ərazisində Yekəxana gölü də daxil olmaqla minlərlə hektar ərazidə balıqçılıq təsərrüfatı yaradıb, üzüm, alma bağları salıb, hətta zəfəran yetişdirməyə başlayıb. F.Əhmədovun qoyduğu yatırımların nəticəsi olaraq Göyçay və İsmayıllı rayonlarında mövsümi işləri də nəzərə almaqla bir neçə min adam üçün iş yeri, qazanc imkanı yaranıb.

    Göyçay Şəhər Stadionu “AzNar” QSC-nin hesabına tam təmir olunub, 2016-cı ildən bu yana stadionda əsaslı təmir, yenidənqurma işləri görülüb. Süni ot örtüyü təbii ot örtüyü ilə əvəzlənib, FİFA-nın standartlarına uyğun olaraq stadionda iki ədəd mini futbol meydançası yaradılıb. Habelə bir voleybol və basketbol meydançaları da qurulub. Dünya standartlarına cavab verən üç ədəd müasir trenajor meydançaları quraşdırılıb.

    O cümlədən FİFA standartlarına cavab verən, hərəsi 20 nəfərlik olmaqla iki soyunub-geyinmə otaqları, hakim heyəti üçün müasir bina tikilib. Komandaların istifadə etməsi üçün tam təchizatlı sanitar qovşaq, duş kabinələri (20 nəfər eyni vaxtda istifadə edə bilir), yeni, yaraşıqlı kafe, mansard tipli açıq ictimai bina, gözətçi otağı tikilib. Fəxri tribuna da gözəl dizaynla yenidən tikilib, tamaşaçılar üçün yerlərin sayı 1500-dən 2500-ə qədər artırılıb. Stadionda böyük monitor da quraşdırılıb, ətrafa minlərlə şam və çinar ağacları, bəzək kolları əkilib. Asfalt örtüyü (5500 kv.m) yenilənib, digər təmir və yenidənqurma işləri görülüb. Biznesmen bütün bu işlərə 3 milyon manatdan çox vəsait ayırıb.

    “AzNar” QSC-nin ərazisində inşa edilən 50 yerlik “Nar Hotel”in (ulduz kateqoriyası 4+ ) təntənəli açılışı həmin gün-noyabrın 9-da olacaq. Bu, rayonda ilk belə müasir oteldir. Otellə yanaşı müasir ticarət-əyləncə kompleksi də tikilir və kompleksin açılışı gələn ilə nəzərdə tutulur. Habelə investor gələn ilki Nar bayramına qədər oteli genişləndirməyi və yerlərin sayını ikiqat artırmağı da nəzərdə tutur.

    “AzNar” QSC-nin sahibi, Rusiyada yaşayan azərbaycanlı iş adamı, xeyriyyəçi Fərhad Əhmədov şəxsi vəsaiti ilə Potu kənd tam orta məktəbinin binasında əsaslı təmir və yenidənqurma işləri həyata keçirib. Xeyriyyəçi Fərhad Əhmədov hər il öz ad günündə rayonda bir orta məktəbi əsaslı təmir etməyi qərara alıb. Ötən il onun maddi köməkliyi ilə Göyçay şəhər 2 saylı orta məktəb əsaslı təmir edilib, gələn il isə şəhər 7 saylı orta məktəbin əsaslı təmir edilməsi nəzərdə tutulur.







    /devlet.info.az/
    loading...