Xəbər lenti
Axtar
Ən çox oxunan
  • ABŞ-ın Əliyevə açıq dəstəyi İrəvanı silkələyir...
  • Əliyevin o cür qarşılanması Nikola siqnal idi - Solonnikov
  • Nikolun Bakıya qarşı 15 may hazırlığı - Yıldırım işarə etdi
  • Səfirliyimizə hücum təşkil edilmiş terror aktı idi
  • İranda hər kəs anlamalıdır ki... - Prezident
  • Vəkillər Kollegiyası bu assosiasiyaya üzv qəbul olundu
  • Dini radikalizmin təbliğinə cəlb olunan 16 nəfər həbs olundu
  • Cocuq Mərcanlıda çoban minaya düşdü
  • Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatı qəti surətdə təkzib edirik.
  • Laçın yolunda ekofəallar bu işi görəcəklər
  • Bu ölkə TÜRKPA-ya müşahidəçi üzv seçildi
  • Anar Bağırov vəkillərə xəbərdarlıq etdi
  • Rəsmən təsdiqləndi: Qarabağda yeni rus komandan...
  • İrəvan son 43 gün ərzində heç bir cavab verməyib
  • İran casus şəbəkəsinə qarşı əməliyyat gedir: həbs var
  • Azərbaycan türk dünyasının gücünü göstərdi - Çavuşoğlu
  • FETÖ-nün Azərbaycan üzrə rəhbərlərindən biri həbs edildi
  • Hansısa yolla bu tələdən çıxa biləcəyimizi düşündük
  • Ermənistanla sülh müqaviləsi üzərində iş başlanıb - Prezident
  • Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şurası yaradılır
  • Azərbaycanda Qazaxıstan telekanalları yayımlanacaq
  • ham Əliyevin Qazaxıstana səfəri başa çatdı
  • Azərbaycanla İran arasında razılıq əldə olundu
  • Bayramov Abdullahianla danışdı: İki ölkə arasında ixtilaflar...
  • Ermənilərin minaları məcburi köçkünlərə əngəldir - Ekspress
  • 21 Şub 2020, 20:38   
        737



    XEBERTV.AZ xəbər verir ki, “Azərişıq “ Beyləqan rayonu Əmirzeyidli kəndini tez –tez işıqsız qoyur və elektrik xətlərinin bərpası zamanı istismara yararsız materiaıllardan istifadə edir.
    1-ci Şahsevən kəndindən Əmirzeyidli kəndinə elektrik xətti çəkilişi kəndin yaşlı sakinlərinin dediyinə görə təxminən 60-cı ildən öncə çəkilib və indiyə qədər heç vaxt təmir- yeniləmə işləri aparılmayıb. Mənim şahidlik etdiyim təxminən 30 ildə tez –tez naqillərdə qırılmalar olduğundan elektrik cəryanının verilməsində fasilələr olurdu.,küləkli ,yağışlı hava şəraitində kənd camaatı həsrətlə qonşu kəndlərdə yanan lampalara baxırdılar,hətta 2010-cu ilə qədər sutka ərzində kənd cəmi 5-6 saat elektriklə təmin olunan vaxtlar olub . Hər dəfə qəza baş verdikdə kənd sakinləri maliyyə və ya bir başa köməkliyi ilə elektrik verilməsi qaydasına düşürdü. Elektrik dirəklərinin çoxu və naqillər istismar müddətini çoxdan başa vurub və istifadəyə yararsızdır.İndinin özündə də səbəbsiz yerə ,hətta günəşli hava şəraitində elektrik təminatında fasilələr olur və bəzən bu 5-7 saat və daha artıq davam edir.
    Dünən 20.02.2020 il tarixində,təxminən saat 19-20 rədələrində normal hava şəraitində elektrikdə fasilə yarandı və saat 22-yə qədər bərpa olunmadığı üçün bəzi kənd sakinlərinin yanında azərişığın 199 çağrı mərkəzinə zəng etdim.Elektrik kəsilməsinin səbəbini soruşdum,məlumatsız olduğunu bildirdilər,sonra Azərişığın Beyləqan şöbəsindən aparıcı mütəxəsissinin (Vasif müəllim) telefon nömrəsini verdilər,həmin şəxs də sualıma cavab verə bilmədi və məlumatsız olduğunu bildirdi.Azərişığın Beyləqan şöbəsində belə hallar adidir, heç bir ölçü götürülmədiyi üçün davam edir.Nəhayət ki,dünəndən elektriksiz qalan kəndə elektrik verilişi bu gün saat 11-də bərpa olundu.Qəzanın səbəbi 1 ədəd yararsız dirəkdə elə yararsız nazik naqilin qızması səbəbindən qırılması ,işıqsız qalma səbəbi isə qəza xidmətinin olmaması və ya özlərini işə verməmələri və əsasən də rəhbərliyin vəzifə səlahiyyətlərini yerinə yetirməməsidir.
    Bu haqda RİH başçısı Asıf Ağayev kənd sakinləri ilə görüşü zamanı (2019-cu ildə) şikayətlər oldu.“Azərişıq “ Beyləqan rayonu elektrik şəbəkəsinin rəhbərindən izahat istəyərkən həmin şəxs 1 (bir ) ay müddətində problemin düzələcəyinə söz versə də,nəhayət 8-10 aydan sonra 01.02.2020-ci il tarixdə həmin xətlərin yenilənməsinə başlanıldı.
    1-ci Şahsevən kəndi ilə Əmirzeyidli kəndinin arasındakı elektrik xəttinin uzunluğu təxminən 6-7 km –dir.Bu xəttin təxminən 2 km-lik hissəsində elektrik dirəkləri dəyişdirilib,1 km-lik hisəsində isə naqillər yenilənib,qalan hissələrdə isə istismarını başa vurmuş naqil və dirəklər istifadə olunub və olunmaqda davam edir.Dirəklərin bəziləri hələ də əyilmiş vəziyyətdə qalmaqdadır,naqillərdə isə bəzi dirəklər arasında hətta 13 ədəd calaq var,cəmi 2-3 aluminium tel ilə çalanıb (6 və ya 7 qat və əlavə olaraq özəyində qalın tel olmalıdır),bəzi dirəklər arası naqillər yerdən təxminən 4 metr hündürlükdən keçir.
    Mən iş davam edən əraziyə çatan zaman usta (rəhbər şəxs)Fəxrəddin İbadullayev orada idi.Ona niyə istismarını başa vurmuş materialları istifadə edirsiniz?-sualıma cavabında bildirdi ki,bizə bu iş üçün cəmi 3000 metr naqil,15-20 ədəd isə dirək veriblər.Mən inanıram ki, bu iş üçün lazım olan vəsait ayrılıb,sadəcə olaraq iş keyfiyyətli aparılmır və ya başqa səbəbləri var..Bunu aydınlaşdırmaq məqsədi ilə 199 çağrı mərkəzindən Azərişığın Beyləqan rayon nümayəndəliyindən bəzi rəhbər şəxslərin telefon nömrələrini verdilər,lakin hər zamankı kimi zəngimə cavab verən olmadı. Qısası Azərişığın yarıtmaz fəaliyyəti səbəbindən yenə də qəzaların baş vermələri qaçılmazdır.

    NAZİM CAMALOV
    loading...