Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Yaz gəlibdir.
  • Orta ümumtəhsil məktəbində soyqırım qurbanları yad edildi!
  • Azərbaycan İranla sərhədi niyə bağlamır? - Açıqlama
  • Azərbaycanda koronavirus var? - ÜST AÇIQLADI
  • "Allah qorxu üzündən iman gətirən bəndələrini sevməz- Onların imanının faydası olmaz..."
  • Türk professordan koronavirusla bağlı şad xəbər
  • 5,8 ballıq zəlzələ Azərbaycanda da hiss edildi - Yeniləndi
  • SON DƏQİQƏ: Rusiya bazasına İRİMİQYASLI HÜCUM - Ordu hərəkətə keçdi
  • Koronavirusa görə Azərbaycan İranla sərhəddə nəzarəti GÜCLƏNDİRİLDİ
  • İrandan dəhşətli XƏBƏR GƏLDİ - Ölüm addım-addım yaxınlaşır
  • Günün ulduz falı: 22 fevral, 2020
  • Koronavirusdan necə qorunmalı? - TÖVSİYƏLƏR
  • Vanqanın toqquşma öngörüsü: Sabah nə baş verəcək?
  • Zaur Darabzadə “3D” verilişində parlament seçkilərindən danışdı - VİDEO
  • Ordumuz Xocalıdakı qadınları əsirlikdən necə xilas etdi? - Kəşfiyyatçı Xocalı barədə heç kimin bilmədiyi faktların üstünü açdı
  • Yer kürəsinə sürətlə yaxınlaşan 11 TƏHLÜKƏ - Alimlərdən ŞOK ARAŞDIRMA
  • SON DƏQİQƏ: İranda 2 nəfər koronavirusdan öldü
  • Türkiyədə azərbaycanlı qadınlar saxlanıldı - İş adıyla gedib... (FOTOLAR)
  • Turistlər orbitə səyahət üçün milyonlarından keçməli olacaqlar
  • Naxçıvandan görüntülər: Azərbaycan əsgəri qarlı dağlarda..
  • Xocalı soyqırımını dünyaya necə tanıtdıq?
  • "Ermənilərin bədbəxtliyi odur ki, onlar öz tarixlərindən bixəbərdir" - Ermənişünas alim
  • Cinsi gücü artıran həblər mavi görməyə səbəb olur - AÇIQLAMA
  • Iqbal Ağazadə Rauf Arifoğlu üzərində ilk mənəvi qələbəsini çaldı
  • Koronavirusu alimlər hazırlayıb? (İDDİA)
  • 03 Şub 2020, 18:49   
        135




    2020-ci il Azərbaycanda “Könüllülər ili” dir
    BAKI-XEBERTV.AZ

    2020-01-30


    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə qərara alıram:

    1. 2020-ci il Azərbaycan Respublikasında “Könüllülər ili” elan edilsin.
    2. Azərbaycan Respublikasının Nazirlər Kabineti 2020-ci ilin Azərbaycan Respublikasında “Könüllülər ili” elan edilməsinə dair tədbirlər planını bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 30 dekabr 2019-cu il.

    Prezident İlham Əliyevin 2020-ci ilin Azərbaycanda “Könüllülər ili” elan edilməsi haqqında Sərəncam imzalaması dövlət başçısının ölkəmizdə könüllülük hərəkatına verdiyi yüksək dəyərin nümunəsidir. Bu sərəncam gənclərin fərdi inkişafına, onlarda sosial məsuliyyət hissinin yüksəlməsinə təkan verəcək, gəncliyin potensialından xalqın rifahı və ölkənin dayanıqlı inkişafı üçün səmərəli istifadə edilməsinə şərait yaradacaqdır.
    Könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir.
    Cənab Prezident İlham Əliyevin 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş Respublika toplantısındakı çıxışında dövlət orqanlarının qarşısına qoyduğu vəzifələrə uyğun olaraq Neftçala rayonu İcra Hakimiyyəti ölkədə gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsi ilə bağlı qarşıya qoyulmuş vəzifələrə uyğun olaraq bu gün də fəaliyyətini uğurla davam etdirir. Neftçala rayonu İcra Hakimiyyəti bu sahədə fəaliyyətini Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əlaqələndirməklə həyata keçirir. Qeyd edək ki, ötən il ərzində ümumilikdə Rayon İcra Hakimiyyətində könüllü kimi fəaliyyət göstərmiş və fəaliyyətlərini uğurla başa vurmuş 18 gəncə sertifikatlar təqdim edilmişdir. Məlumat üçün bildirək ki, həmin 18 gəncin 11 nəfəri oğlan, 7 nəfəri isə qız olmuşdur.

    2020-ci il Azərbaycanda “Könüllülər ili” dir

    Tərtib edilmiş “Tədbirlər planı” nında nəzərdə tutulmuş məsələlər gündəlik iş fəaliyyətində həyata keçirlimiş, tədbir və seminarlar barədə kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə məlumatlar yerləşdirilmişdir.
    Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə 5 dekabr Beynəlxalq Könüllülər Günü münasibəti ilə reallaşdırılmış və 1-9 dekabr 2019-cu il tarixlərində həyata keçirmiş “Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində Neftçala rayonu İcra Hakimiyyəti “Tədbirlər Planı” na uyğun olaraq müvafiq tədbirlər həyata keçirmişdir.
    Belə ki, “Könüllülük həftəsi” çərçivəsində Rayon İcra Hakimiyyətində könüllü kimi fəaliyyət göstərmiş gənclərlə Rayon rəhbərliyinin görüşü keçirilmiş, fəaliyyətlərində fərqlənmiş gənclər, Haxıyeva Sona Güləhməd qızı və Səfərova Əfsanə Allahverdi qızına Rayon İcra Hakimiyyətinin fəxri fərmanları təqdim edilmişdir.




    Bundan əlavə Neftçala şəhər Uşaq İncəsənət Məktəbinin şagirdlərinin iştirakı ilə konsert proqramı təşkil edilmiş, aidiyyəti idarə və təşkilatların nümayəndələrinin, könüllü gənclərin iştirakı ilə “Könüllülər: inkluziv gələcək üçün” mövzusunda dəyirmi masa ətrafında görüş keçirilmişdir.



    Könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir.



    Qürurverici haldır ki, öz könüllülük fəaliyyətlərini vətənə, dövlətə, xalqa dəstək, vətəndaşlıq mövqeyinin göstəricisi kimi görən azərbaycanlı könüllülər dünyanın inkişaf etmiş ölkələrinin könüllülərindən heç nə ilə geri qalmırlar. Bu insanların gördükləri işə sevgilərinin artması, gördükləri işdən zövq almaları və missiyanı özlərindən sonrakı nəsillərə sevə-sevə ötürmələrinə vəsilə olan bu addımı Neftçala rayonu İcra Hakimiyyəti olaraq alqışlayır və yeni gənc könüllüləri sıralarımızda gözləyirik. Rayon İcra Hakimiyyətində könüllü kimi çalışacaq gənclərimiz özlərində yeni xüsusiyyətlər kəşf etməklə böyük təcrübə qazanacaqlar. Bununla da şəxsi inkişaflarına böyük töhfələr verəcəklər.

    neftchala-ih.gov.az/




    loading...