Xəbər lenti
Axtar
Ən çox oxunan
  • İradə Mehrinin efirdə halı pisləşdi.
  • Bu ölkələr razılaşdı: Vahid bazar yaradılır
  • Proqnoz: NATO Kalininqradı iki günə ələ keçirə bilər – Moskvanın cavabı ağır olacaq
  • Rusiya, Türkiyə və Çinin dollara qarşı planı BAŞ TUTDU: bundan sonra...
  • "Gör, nə günə qalmışıq ki, ərəblər ölkəmizdə xoruzlanırlar!" - Tanınmış yazıçı
  • Bu müharibə 125 milyon insanın ölümünə səbəb olacaq
  • Bayraq günü: BDU tələbələri yürüş keçirdi - Foto
  • Köçəryan Paşinyanı Azərbaycanın ovcuna qoydu - Dağlıq Qarabağ və Rusiya...
  • 42 il əvvəl kosmosa göndərilən gəmidən SİQNAL GƏLDİ - 2030-cu ildə...
  • Qadınlar Şurası müharibə çağırışı edib - Bəyanat
  • İran televiziyasında yayımlanan serialda Azərbaycan türkləri təhqir olunub – VİDEO
  • “Yaramaz məmurlara qarşı ən ciddi sanksiyalar və tədbirlər görüləcək”
  • Bakıda çəkilən və möhtəşəm döyüş səhnələri olan bu HİND FİLMİ REKORD QIRIR - VİDEO
  • İlham Əliyevdən məmurlara SƏRT XƏBƏRDARLIQ: “Kabinetdə oturub...”
  • 80 min azarkeş "Azərbaycan" deyərək stadionu inlətdi - MÖHTƏŞƏM GÖRÜNTÜLƏR
  • Rus tədqiqatçıdan İrəvanın Azərbaycan ərazisi olmasına etiraf
  • Sperma sayı və aktivliyini artıran maddə tapıldı
  • Azərbaycanlılardan Türkiyəyə möhtəşəm dəstək - Video
  • ABŞ nəşri Ermənistanın hərbi cinayətlərindən yazdı
  • Adil Komutan! - Aygün Attar yazır
  • Yaxın 10 il ərzində dünyada... - QORXUNC PROQNOZLAR
  • Zəngilanın işğalından 26 il ötür
  • Tovuzda dağlar partladılır - Video
  • “Pakistan əsl qardaşdır” – İlham Əliyev
  • Ermənilərdən Azərbaycana qarşı növbəti təxribat
  • 30 Eki 2019, 19:31   
        111


    Azərbaycanda 81 yaşlı icra başçısı istefa verir?

    Prezident İlham Əliyevin bir neçə həftə öncə hakimiyyət daxilində islahatların aparılacağı ilə bağlı verdiyi açıqlamalarının ardınca baş verən istefalar artıq ənənəyə çevrilib. Dövlət başçısının məlum anonsundan sonra Baş Nazirin iki müavininin istefa ərizəsi yazması, prezidentin onları qəbul edərək yüksək ehtiramla yola salması və həmin görüşlərdə səsləndirdiyi fikirlər hakimiyyət komandasında ciddi proseslərin başlamasına rəvac verib.

    Xatırladaq ki, İlham Əliyev həmin görüşlərdə yaşı 70-dən yuxarı olan yüksək vəzifəli məmurların öz istəkləri ilə tutduğu postdan ayrılmalarının və yerlərini gənc nəslə ötürmələrinin nümunəyə çevriləcəyinə inandığını bildirmişdi. Məhz bu görüşün ardınca dövlətdə ən yüksək vəzifələrdən birini tutan Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri postundan getdi.

    Bu qədər ciddi prosesin ardından ölkə mediası və ictimaiyyəti diqqəti yüksək vəzifə tutan və yaşı 70-i haqlamış şəxslərin üzərinə çəkməyə başladı və onların adları açıqlandı.

    Ötən gecə isə gözlənilmədən Xarici İşlər nazirinin müavini Hafiz Paşayev istefa estafetini qəbul edərək vəzifəsindən ayrıldığını bəyan edib. H.Paşayev dövlət başçısının rəhbərliyi altında Azərbaycanda aparılan islahatların effektiv şəkildə həyata keçirilməsi üçün dövlət qulluğuna yeni və cavan kadrların gətirilməsi çağırışını nəzərə alaraq öz istəyi ilə belə bir addım atdığını açıqlayıb.
    XEBERTV.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, baş verən sonuncu istefa prosesin müvəqqəti xarakter daşımadığını və son dərəcə ciddi şəkildə davam edəcəyini göstərir.

    Görünən odur ki, ilkin mərhələdə yaşı ötmüş məmurların istefaları könüllü şəkildə qəbul olunacaq, sonra bu prosesin məcburi xarakter də daşıyacağı istisna deyil. Bu isə onu göstərir ki, hökumət öz içində islahat aparmaq istəyində israrlıdır. Bu prosesin bir çox ekspertlərin şərh etdiyi kimi kosmetik əhəmiyyət daşımadığı göz qabağındadır.

    Bu arada, yeni istefa xəbərlərinin bu gündən gec olmayaraq yayılacağı, ən əsası isə yerli icra orqanlarına da keçəcəyi gələn xəbərlər sırasındadır.

    Məlumata görə, bir neçə icra başçısı məlum trendə qoşularaq öz istəkləri ilə vəzifələrindən ayrılmaqla bağlı ərizə yazıblar.

    Onlardan birinin Xaçmazın icra başçısı 81 yaşlı Şəmsəddin Xanbabayevin olduğu bildirilir. İcra başçısının istəyinin qəbul olunduğu və vəzifəsindən azad olunacağı ilə bağlı sərəncamın yaxın vaxtlarda açıqlanacağı gözlənilir. Eyni zamanda, yaşı 70-i keçən digər icra başçıları da prosesdən kənarda qalmayacaq.
    loading...