Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Bakının düşmən işğalından azad edilməsinin 101 illiyi münasibətilə mərasim keçirilib
  • İbtidai insanların mükəmməl alətləri tapıldı - İsraildə
  • Əhaliyə ölmüş heyvan ətləri satan “Leş Tofiq” və dəstəsi ifşa edildi – FOTOLAR
  • TARİXİ KƏŞF: insanlar Yer kürəsindən başqa planetdə yaşaya biləcək
  • 10 UŞAQ ATASI ÖLKƏ BAŞÇISINDAN ONA YARDIM OLUNMASINI İSTƏDİ
  • Süni intellekt sistemləri üçün qlobal xərclər 98 milyard dollara çatacaq
  • Gürcüstan işğal olunmuş Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkiləri” və onun nəticələrini tanımır
  • İnsanlar ölümdən əvvəl nə hiss edir - Alimlərdən AÇIQLAMA
  • Bakıda üç saat əvvəl alınmış telefonu mağaza geri qaytarmadı - Qanun kimin tərəfindədir?
  • "Nə? Harada? Nə zaman?" 15 il sonra Azərbaycana qayıdır — Rekord sayda ölkə iştirak edəcək
  • Qara dəliyin şəklini çəkənlərə 3 milyon dollar verdilər
  • Bu gün bəzi yerlərə leysan yağacaq, dolu düşəcək
  • Ermənistan Rusiyadan yeni hərbi texnika aldı
  • Türkiyə dəhşətli raketini sınaqdan keçirdi - Video
  • İsrail kəşfiyyatı Türkiyənin S-400 komplekslərini görüntülədi- FOTO
  • "Rayonlarda qohumlar arasında seks inanılmaz dərəcədədir" — Yazıçı Aysel Əlizadə
  • Çingizxan harada dəfn olunub? – Qəbrini 800 ildir axtarırlar
  • ŞOK !!! Göygöl rayonunda iki erməni tutuldu, kəndin fotolarını çəkirmişlər
  • Azərbaycanda təhlükəsizlik orqanına rəhbərlik edənlərin yarısı azərbaycanlı olmayıb - TAM SİYAHI
  • Rusiyada meyvə mübahisəsi: Azərbaycan şirkətindən 9 min dollardan çox pul alındı
  • Əgər bizdə toxunulmazlıq ləğv edilsəydi... – Sensasion şərh
  • Aztəminatlı ailələrin birinci sinif şagirdlərinə hədiyyələr veriləcək
  • Rusiya hərbi bazasına hücum oldu
  • Feysbukla bağlı inanılmaz iddia: "Layk" sayı gizlədiləcək
  • "Bütün qız uşaqlarının təhsil haqqı dövlət tərəfindən ödənilsin" - deputatdan təklif
  • 18 Ağu 2019, 21:30   
        83


    Azərbaycan Respublikası Təhsil Nazirinin əmrinə əsasən rayonun ümumi təhsil müəssisələrinin beş məzunu qızıl və gümüş medalla təltif olunub.
    BAKI-XEBERTV.AZ


    2018-2019-cu tədris ili Qəbələ Rayon Təhsil Şöbəsinin məzunları üçün uğurlu il olmuşdur. Belə ki, Azərbaycan Respublikası Təhsil Nazirinin 30 iyul 2019-cu il tarixli F-474 nömrəli əmrinə əsasən rayonun ümumi təhsil müəssisələrindən 4 nəfər məzun qızıl medala, 1 nəfər məzun isə gümüş medala layiq görülmüşdür. Bu məqsədlə rayon Təhsil şöbəsində tədbir keçirilmişdir. İlk öncə toplantı iştirakçıları Qəbələ şəhərinin mərkəzindəki dahi şəxsiyyət Heydər Əliyevin adını daşıyan parkda ucaldılmış abidəsi önünə gül dəstələri qoyaraq xalqımızın Ümummilli liderinin əziz xatirəsinə böyük ehtiramlarını bildirmişlər.
    Daha sonra rayon Təhsil şöbəsinin akt zalında tam orta təhsil səviyyəsini medalla başa vuran məzunlarla və onların valideynləri ilə görüş keçirilmişdir.
    Görüşdə çıxış edən rayon Təhsil şöbəsinin müdiri Arifə Bayramova diqqətə çatdırmışdır ki, təhsilin inkişafı hər bir ölkədə dövlət siyasətinin mühüm tərkib hissəsini təşkil edir. Qeyd olunmuşdur ki, Azərbaycan da təhsillə bağlı siyasəti uğurla həyata keçirən ölkələr sırasındadır. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir. Ən əsası da Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı bir daha təsdiqləyir ki, bu mühüm amil son dövrlərdə dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil edilib.
    Daha sonra məzunlara mükafatları və attestatları təqdim olunma mərasimi keçirilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirinin müvafiq əmrinə əsasən Qəbələ şəhər 4 saylı tam orta məktəbin məzunu Səfərəliyeva Jalə Müşfiq qızına, Vəndam qəsəbə 1 saylı tam orta məktəbin məzunu Pənahlı Sona Sənan qızına, Həmzəlli kənd tam orta məktəbin məzunu Tahirova Turac Eldar qızına və Mıxlıqovaq kənd tam orta məktəbin məzunu İsmayılov Röyal İlqar oğluna qızıl medal, Qəbələ şəhər 5 saylı tam orta məktəbin məzunu Gözəlov Asif Vasif oğluna isə gümüş medal təqdim olunmuşdur.
    Toplantıda çıxış edən məzun və valideynlər göstərilən diqqətə görə öz minnətdarlıqlarını ifadə etmişlər./qebele-ih.gov.az

    Foto qalereya








    ←əvvəlki
    loading...