Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Bakının düşmən işğalından azad edilməsinin 101 illiyi münasibətilə mərasim keçirilib
  • İbtidai insanların mükəmməl alətləri tapıldı - İsraildə
  • Əhaliyə ölmüş heyvan ətləri satan “Leş Tofiq” və dəstəsi ifşa edildi – FOTOLAR
  • TARİXİ KƏŞF: insanlar Yer kürəsindən başqa planetdə yaşaya biləcək
  • 10 UŞAQ ATASI ÖLKƏ BAŞÇISINDAN ONA YARDIM OLUNMASINI İSTƏDİ
  • Süni intellekt sistemləri üçün qlobal xərclər 98 milyard dollara çatacaq
  • Gürcüstan işğal olunmuş Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkiləri” və onun nəticələrini tanımır
  • İnsanlar ölümdən əvvəl nə hiss edir - Alimlərdən AÇIQLAMA
  • Bakıda üç saat əvvəl alınmış telefonu mağaza geri qaytarmadı - Qanun kimin tərəfindədir?
  • "Nə? Harada? Nə zaman?" 15 il sonra Azərbaycana qayıdır — Rekord sayda ölkə iştirak edəcək
  • Qara dəliyin şəklini çəkənlərə 3 milyon dollar verdilər
  • Bu gün bəzi yerlərə leysan yağacaq, dolu düşəcək
  • Ermənistan Rusiyadan yeni hərbi texnika aldı
  • Türkiyə dəhşətli raketini sınaqdan keçirdi - Video
  • İsrail kəşfiyyatı Türkiyənin S-400 komplekslərini görüntülədi- FOTO
  • "Rayonlarda qohumlar arasında seks inanılmaz dərəcədədir" — Yazıçı Aysel Əlizadə
  • Çingizxan harada dəfn olunub? – Qəbrini 800 ildir axtarırlar
  • ŞOK !!! Göygöl rayonunda iki erməni tutuldu, kəndin fotolarını çəkirmişlər
  • Azərbaycanda təhlükəsizlik orqanına rəhbərlik edənlərin yarısı azərbaycanlı olmayıb - TAM SİYAHI
  • Rusiyada meyvə mübahisəsi: Azərbaycan şirkətindən 9 min dollardan çox pul alındı
  • Əgər bizdə toxunulmazlıq ləğv edilsəydi... – Sensasion şərh
  • Aztəminatlı ailələrin birinci sinif şagirdlərinə hədiyyələr veriləcək
  • Rusiya hərbi bazasına hücum oldu
  • Feysbukla bağlı inanılmaz iddia: "Layk" sayı gizlədiləcək
  • "Bütün qız uşaqlarının təhsil haqqı dövlət tərəfindən ödənilsin" - deputatdan təklif
  • 18 Ağu 2019, 21:23   
        75


    “İsmayıllı və İto şəhəri arasında Şagird Mübadilə Proqramı” çərçivəsində Yaponiyadan İsmayıllıya səfər

    BAKI-XEBERTV.AZ

    Bir neçə ildir ki, Yaponiyanın İto şəhəri ilə İsmayıllı şəhəri arasında imzalanmış dostluq və əməkdaşlıq müqaviləsi əsasında qarşılıqlı səfərlər, müxtəlif məzmunlu proqramlar həyata keçirilir.
    Avqust ayının 1-dən 13-dək İsmayıllıdan iki şagird və bir proqram rəhbəri (ingilis dili müəllimi) “Şagird Mübadilə Proqramı” çərçivəsində İto şəhərində səfərdə olublar. Nümayəndə heyətimiz İto şəhərindən 2 şagird və 1 nəfər proqram rəhbəri ilə birgə İsmayıllıya qayıdıblar. Qonaqlar 13-26 avqust günlərində İsmayıllıda olacaq. Proqrama uyğun olaraq ailələrdə qalacaq, rayonun tarixi yerləri, coğrafiyası, ekologiyası, milli tərkibi, inkişaf səviyyəsi, adət-ənənələri, mətbəx mədəniyyəti ilə tanış olacaqlar.
    İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov 15 avqust 2019-cu il tarixdə qonaqları qəbul edib, İsmayıllı, onun dünəni və bu günü haqqında ətraflı məlumat verib, proqramlarında nəzərdə tutulan bütün tədbirlərin həyata keçirilməsi üçün hər cür şərait yaradılacağını deyib.
    Proqram rəhbəri xanım Mari İnaqaki səmimi qəbul üçün təşəkkürünü bildirib, proqramın başlanğıcından onlara xüsusi diqqət və qayğı ilə yanaşan ailələrə minnətdarlıq edib.
    2018-ci ildə şagird olarkən (indi tələbədirlər) “İsmayıllı və İto şəhəri arasında Şagird Mübadilə Proqramı” əsasında Yaponiyaya səfər etmiş Suğra Ağamalıyeva yapon və Nilufər Məmmədova ingilis dilində qonaqları salamlayıb, ölkə və rayon haqqında məlumat veriblər.
    Qonaqlara Azərbaycanı, İsmayıllını simvolizə edən hədiyyələr təqdim olunub. Qonaqlar da İsmayıllı Rayon İcra Hakimiyyətinin rəhbərliyinə xatirə hədiyyələri veriblər.
    Qəbulda Yaponiyanın İto şəhərində indi və əvvəllər səfərdə olmuş şagirdlər, onların müəllimləri və valideynləri, rayon icra hakimiyyəti başçısının müavinləri, ictimaiyyət nümayəndələri iştirak ediblər./ismayilli-ih.gov.az



    loading...