Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Qiyamət günü insanın əməllərinə şəhadət verən 9 şahid
  • Rusiyada müəllim və şagirdlərə məktəbdə telefon qadağan ediləcək
  • "BİZ ERMƏNİLƏRİN YANINDAYIQ, BİR QARIŞ DA TORPAQ VERMƏYƏCİK!" - Əziz Tonoyan
  • Nümayişçilərə qarşı “dəhşətli nəhəng” silah tapıldı
  • Azərbaycanda yol polisi ləğv edilə bilər – Vilayət Eyvazovdan inqilabi dəyişiklik
  • Gürcüstanın Azərbaycana borcu açıqlandı.
  • Bakıda Milli Qəhrəmana hörmətsizlik edildi - FOTO
  • DİN NAZİRİ OLİQARX-POLKOVNİKİ İŞDƏN QOVDU! – Dövlət Yol Polisində şok dəyişiklik
  • Putin Mehriban Əliyevaya orden verdi
  • Azərbaycan-Gürcüstan sərhədindən Türkiyəyə qədər məsafə 30 kilometr qısalacaq
  • Yeni kiçikölçülü antena “5G” şəbəkələrinin işini 10 dəfələrlə sürətləndirəcək
  • Yer kürəsinə “təhlükəli” asteroid yaxınlaşır
  • Dünyanı cənginə alan “Tik Tok” nədir? – Maraqlı faktlar
  • Tankçılarımız finalın bir addımlığında - Video
  • Günün ulduz falı: 11 avqust, 2019
  • Yağış sürüşmə zonalarını aktivləşdirdi
  • Çavuşoğlu: Azərbaycanın vizaları ləğv etməsi mühüm hadisədir
  • İsmayıllı: Böyük faciənin astanasındayıq – FAKT
  • İnstagram və WhatsApp-ın adı dəyişiləcək
  • Prezident tapşırıq verdi: Bu məsələ təhlil edilməlidir
  • Ərdoğan gizli silahını ortaya çıxardı: “Atom” bombası…
  • Günün ulduz falı: 27 iyul, 2019
  • İşğal olunmuş torpaqlarda ermənilər tərəfindən yeni yolun çəkilməsinə XİN-dən REAKSİYA
  • Dahilər dahisi
  • Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür
  • 03 Ağu 2019, 22:20   
        129


    Ağdam rayonunda 2 Subartezian quyu və 2 Bulağın açılış mərasimi keçiriləcək

    Azərbaycan Respublikası “Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinin sədri, sahibkar Hacıxanım Mahirə Əsədova qürur duyduğumuz insanlardandır. Əslən Şabran rayonun Dağbilici kəndindən olan M.Əsədova hazırda Bakı şəhərində yaşayır. Mahirə xanım dahi şəxsiyyət Heydər Əliyev ideyalarına sadiqdir. O, ölkəmizdə fəaliyyət göstərən uşaq evlərində ata-ana himayəsindən çox erkən məhrum olmuş azyaşlılar üçün dəfələrlə iftar süfrələri açmış, imkansızlar üçün sünnət mərasimləri təşkil etmiş, döyüşən hərbi hissələrdə, habelə, xarici ölkələrdə milli vətənpərvərlik ruhunda maraqlı tədbirlərin təşkilatçılarından və ya iştirakçılarından biri olmuşdur.
    Mahirə Əsədova bəzi sahibkarlar kimi qazandıqlarını yalnız özünə və ailəsinə sərf etmir.O, qazancın böyük bir hissəsini xeyriyyəçilik işlərinə sərf edir. Mahirə xanımın maliyyə dəstəyilə Ağdam rayonunun Əhmədalı kəndində şəhid Şəmsəddin İsgəndərov adına Subartezian quyu və bulaq, Quzanlı qəsəbəsində Azərbaycanın Milli Qəhrəmanı,şəhid Şirin Mirzəyev adına Subartezian quyu və bulaq, yenə Quzanlı qəsəbəsində şəhid Milli Qəhrəman Allahverdi Bağırov adına Subartezian quyu və bulaq, həmin rayonun Baharlı kəndində, şəhid Milli Qəhrəman Asif (Fred) Məhərrəmov, Milli Qəhrəman Muxtar Qasımov, Milli Qəhrəman Canpolad Rzayev, Milli Qəhrəman Nadir Əliyev və 2016-cı ilin aprel savaşı zamanı şəhid olmuş Raqub Orucov adına Subartezian quyu və bulaq inşa etdirib. Məhz bu xeyirxahlığına görə və Ağdam rayon İcra Hakimiyyəti Başçısının müvafiq Sərəncamına əsasən Mahirə Əsədova rayonun Fəxri vətəndaşı seçilib.
    2019-cu il avqustun 7-də xanım Mahirə Əsədovanın maliyyə dəstəyilə inşa edilmiş 2 Subartezian quyu və 2 Bulağın açılış mərasimi keçiriləcək. “Xocalı Soyqırımını Tanıtma”ictimai birliyi, “Yeni Yurd” Sosial İnkişaf ictimai birliyi və “Azərbaycanın Milli Qəhrəmanı Asif(Fred) Məhərrəmov adına İnkişaf Fondu”nun birgə təşkilatçılığı ilə təşkil olunacaq tədbirdə Ağdam rayon İcra Hakimiyyətinin Başçısı cənab Vaqif Həsənovun, şəhid ailələrinin, müharibə əlil və veteranlarının, habelə, rayon ziyalılarının iştirakı gözlənilir.
    Tədbir daha sonra Ağdam rayonundakı Muğam Mərkəzində davam etdiriləcək.
    Dəyərli dostlar, Mahirə Əsədova kimi xeyirxahları göz bəbəyimiz kimi qorumalıyıq! Çünki bu cür səxavətli insanlar xalqımıza hava-su kimi lazımdır.









    Şamil Sabiroğlu,
    Gilə Əliqızı,
    Türkanə Səfərova,
    “Ana harayı”qəzetinin, “fact-info.az” və “xebertv.az”
    saytlarının xüsusi müxbirləri.
    loading...