Xəbər lenti
Axtar
Ən çox oxunan
  • "BİZ ERMƏNİLƏRİN YANINDAYIQ, BİR QARIŞ DA TORPAQ VERMƏYƏCİK!" - Əziz Tonoyan
  • Nümayişçilərə qarşı “dəhşətli nəhəng” silah tapıldı
  • Azərbaycanda yol polisi ləğv edilə bilər – Vilayət Eyvazovdan inqilabi dəyişiklik
  • Gürcüstanın Azərbaycana borcu açıqlandı.
  • Bakıda Milli Qəhrəmana hörmətsizlik edildi - FOTO
  • DİN NAZİRİ OLİQARX-POLKOVNİKİ İŞDƏN QOVDU! – Dövlət Yol Polisində şok dəyişiklik
  • Putin Mehriban Əliyevaya orden verdi
  • Azərbaycan-Gürcüstan sərhədindən Türkiyəyə qədər məsafə 30 kilometr qısalacaq
  • Yeni kiçikölçülü antena “5G” şəbəkələrinin işini 10 dəfələrlə sürətləndirəcək
  • Yer kürəsinə “təhlükəli” asteroid yaxınlaşır
  • Dünyanı cənginə alan “Tik Tok” nədir? – Maraqlı faktlar
  • Tankçılarımız finalın bir addımlığında - Video
  • Günün ulduz falı: 11 avqust, 2019
  • Yağış sürüşmə zonalarını aktivləşdirdi
  • Çavuşoğlu: Azərbaycanın vizaları ləğv etməsi mühüm hadisədir
  • İsmayıllı: Böyük faciənin astanasındayıq – FAKT
  • İnstagram və WhatsApp-ın adı dəyişiləcək
  • Prezident tapşırıq verdi: Bu məsələ təhlil edilməlidir
  • Ərdoğan gizli silahını ortaya çıxardı: “Atom” bombası…
  • Günün ulduz falı: 27 iyul, 2019
  • İşğal olunmuş torpaqlarda ermənilər tərəfindən yeni yolun çəkilməsinə XİN-dən REAKSİYA
  • Dahilər dahisi
  • Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür
  • Pivə alkoqollu içkilər siyahısından çıxarılır – Bu qərarı heç kim gözləmirdi
  • Gürcüstanda 146 nəfər itkin düşdü
  • 24 Haz 2019, 08:22   
        301



    Füzuli rayon İcra Hakimiyyətinin Başçısı cəbhə bölgəsinə səfər edən qonaqlarla görüşdü

    Füzuli rayonu 1930-cu ildə yaradılıb. Sahəsi 1386 km 2, əhalisi 125.400 nəfərdir. Rayonun bəzi yaşayış məntəqələri 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Füzuli rayonu Qarabağ dağ silsiləsinin cənub Şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələrini əhatə edir. O, Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İran İslam Respublikası ilə həmsərhəddir.
    Rayonun işğaldan azad edilmiş ərazilərində 13 qəsəbə və 20 kənd vardır.Qəsəbələrdən 12-si işğaldan azad olunmuş ərazidə yeni salınmış və məcburi köçkün ailələri müvəqqəti olaraq burada yerləşdirilmişlər. Hazırda həmin ərazilərdə 51.000 (əlli bir min) nəfər məcburi köçkün məskunlaşmışdır.
    İyulun 22-si sübh tezdən Milli Mətbuat və Jurnalistika günü ilə əlaqədar ”Xocalı Soyqırımını Tanıtma” birliyinin sədri, “Tərəqqi” medalının və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018) yubiley medalının mükafatçısı, Vətən müharibəsi veteranı, jurnalist Şamil Sabiroğlunun rəhbərlik etdiyi nümayəndə heyəti Füzuli bölgəsinə yollandı. Qonaqlar öncə düşmən tapdağından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə baş çəkdilər, Məscidlə tanış oldular. Onlar Horadiz şəhərində 2016-cı ilin aprel savaşı zamanı şəhid olmuş soydaşlarımızın xatirəsinə həsr edilən abidə kompleksini və Füzuli rayonunun Alıxanlı kəndində erməni terrorçularının atdığı minomyot qəlpələrindən həlak olmuş 2 yaşlı Zəhra və onun nənəsi Sahibə Quliyevanın məzarlarını ziyarət etdilər. Daha sonra Horadiz şəhərindəki Muğam Mərkəzində ”Xocalı Soyqırımını Tanıtma” birliyi və Azərbaycanın Milli Qəhrəmanı Asif(Fred) Məhərrəmov adına İnkişaf Fondunun birgə təşkilatçılığı ilə Milli Mətbuat və Jurnalistika gününə həsr olunmuş tədbir keçirildi.Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, “N” saylı hərbi hissədə xidmət edən zabit, gizir və əsgərlər, habelə qonaqlar iştirak edirdilər.Tədbirdən sonra rayon icra hakimiyyətinin Başçısı qonaqları qəbul etdi.
    Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev qonaqları salamladı. Rayon ərazisində aparılan abadlıq işləri haqqında geniş məlumat verdi. Cənab Alı Alıyev Vətən müharibəsi veteranı, jurnalist Şamil Sabiroğlunun şəxsində bütün media əməkdaşlarını Milli Mətbuat və Jurnalistika günü ilə əlaqədar təbrik etdi.
    Şamil Sabiroğlu rəhbərlik etdiyi Təşkilatın fəaliyyətindən danışdı.Qeyd etdi ki, cəbhə bölgəsinə səfərin baş tutmasında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbərliyi, o cümlədən, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Milli Məclisin deputatı Rövşən Rzayev zəruri dəstək göstərmişdir. Ş.Sabiroğlu qonaqları qəbul etdiyinə və qonaqpərvərliyə görə Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevə təşkilatçılar adından təşəkkür etdi. Azərbaycanın Milli Qəhrəmanı Asif(Fred) Məhərrəmov adına İnkişaf Fondunun sədri, II dərəcəli müharibə əlili Hacı Ədalət Məhərrəmov, Beyləqan rayon sakini, şair-publisist Bəhram Fərmanzadə, “Həyat” Beynəlxalq Humanitar Təşkilatının layihə rəhbəri, sosioloq Zəminə Səfərova, ”Xocalı Soyqırımını Tanıtma” birliyi sədrinin müavini xanım Dilbər Sultanova, həmin Təşkilatın Nəzarət-Təftiş Komissiyasının sədri, II dərəcəli müharibə əlili Hacı Zahid Qarayev, Respublikanın qabaqcıl təhsil işçisi, Bakıdakı 269 nömrəli tam orta məktəbin müəllimi Firduz Əhmədov, “xebertv.az” saytının baş redaktoru, müharibə veteranı və əlili Əvəz Bəşiroğlu, Füzuli rayon sakini, Respublikanın Əməkdar həkimi, ehtiyatda olan tibb xidməti kapitanı Əhəd Məmmədov, ”Xocalı Soyqırımını Tanıtma” birliyinin üzvü, xanım Arzu Əliyeva, “İnterpol”un Ümumi Azərbaycan üzrə İnformasiya Təhlükəsizliyinə Nəzarət şöbəsinin əməkdaşı İlkin Abbasov və başqaları cəbhə bölgəsində keçirilən görüşlərdən hədsiz məmnun olduqlarını qeyd etdilər.
    Şamil Sabiroğlu təşkilatçılar adından Xüsusi Diplomu Füzuli rayon İcra Hakimiyyətinin Başçısı Alı Alıyevə təqdim etdi.
    Daha sonra İcra başçısı ilə xatirə fotoları lentə alındı.

    Türkan Səfərova,
    Gilə Əli qızı,
    Aygün Kazımova,
    ”Xocalı Soyqırımını Tanıtma” birliyinin İctimaiyyətlə Əlaqələr Departamentinin əməkdaşları
    Horadiz şəhəri, 22.07.2019.








    Fotolar: Füzuli rayon sakini Nizami Süleymanov və Bakı şəhər sakini Əvəz Bəşiroğluna məxsusdur.
    loading...