Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Moskvada möhtəşəm Novruz tədbiri kecirilr
  • Azərbaycan XİN-dən Paşinyanın bəyanatına sərt reaksiya
  • Türkmənistan blokada elan etdi: Tacikistan Azərbaycana üz tutdu
  • Prezident yeni islahat anonsu verdi - Bu sahələrdə...
  • Şimali Koreya haqda “yaxşı” film çəkməyə gedən rus rejissor gördüklərindən dəhşətə gəldi
  • "Cahangir Hacıyev türmədə BİR DƏFƏ ÖLÜRDÜ..."-Təzyiqi aşağı düşmüşdü
  • Səmada yaranan qorxunc “dəlik” insanları həyəcanlandırdı – VİDEO
  • İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
  • Bu gün İlaxır çərşənbədir
  • Əli İnsanov dünən və bu gün: nələr deyir? - Video
  • 27 kilometrlik gizli tunel tapıldı - BÖYÜK TƏHLÜKƏ
  • Türk əsgərlər xüsusi təhlükəli terrorçunu məhv etdilər
  • Maykl Ceksonun qızı özünü öldürmək istəyir
  • Feysbuk və Yutub Yeni Zelandiya terrorunun videolarını silir
  • Azərbaycanda genişmiqyaslı təlim - Video
  • Bəs, Avropa ölkələrində edam qadağan idi? - Ərdoğan
  • NASA iki qalaktikanın toqquşmasını göstərdi - FOTO
  • Yəhudilərin varlanmaqla bağlı MÖHTƏŞƏM ÜSULLARI: əgər kasıbsınızsa...
  • SON DƏQİQƏ: Qaz və elektrik enerjisi ilə bağlı limitin ləğv olunması təklif edildi
  • Türkiyədə yayımlanan "Savaşçı" serialında Xocalı şəhidləri anılıb.
  • Rus alim xəritə yaydı - İrəvan Azərbaycan ərazisidir - VİDEO
  • Fəzail İbrahimli: “Televiziyanı neçə dəfə ərdə olub ana kimi əxlaq dərsi keçənlərdən təmizləmək lazımdır"
  • Ermənilər Kəlbəcərdən Cəbrayıladək avto-yürüş edəcək - “Bir qarış da torpaq verməyəcəyik!..”
  • Soyqırım qurbanları Ankara Qazi Universitetində də yad edildi!
  • “Facebook” onlayn ödənişlər sahəsində inqilaba hazırlaşır
  • 05 Mrt 2019, 20:15   
        118
    Biləsuvarda 5 Mart-Bədən Tərbiyəsi və İdman Günü münasibətilə silsilə tədbirlər keçirildi.

    Biləsuvarda 5 Mart-Bədən Tərbiyəsi və İdman Günü münasibətilə silsilə tədbirlər keçirildi.
    2019-03-05
    XEBERTV.AZ xəbər verir ki, 05 mart 2019-cu il tarixdə Biləsuvar rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 5 Mart-Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş gənclər arasında 4 km məsafəyə qaçış marafonu keçirildi. 200 nəfərə yaxın idmançının qatıldığı yarışın sonunda Xırmandalı 1 saylı tam orta məktəbin şagirdi Rusif Ağazadə I yerə, Bağbanlar kənd tam orta məktəbin şagirdi İsmayıl Axundzadə II yerə və Biləsuvar Peşə liseyinin şagirdi Adıgözəl Həziyev isə III yerə layiq görüldülər.
    Qaliblərə Gənclər və İdman İdarəsinin kubok, diplom və qiymətli hədiyyələri təqdim edildi.
    Daha sonra Biləsuvar Gənclər evində rayon idmançıları və müəllimlərinin iştirakı ilə tədbir keçirildi.
    Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyəti başçısının müavini Ləman Yüzbaşova, Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov, məşqçi-müəllimlər, respublika yarışlarının qalibləri və gənc idmançılar iştirak etdilər.
    Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyəti başçısının müavini Ləman Yüzbaşova və rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov idmançıları bayram münasibəti ilə təbrik edərək qeyd etdilər ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə idmanın və bədən tərbiyəsinin inkişafı sahəsində ardıcıl olaraq görülən tədbirlər Azərbaycanı həm də idman dövləti kimi tanıdıb. Ölkə rəhbərinin idmanı sevməsi, idmançılara xüsusi həssaslıqla yanaşması, yeni olimpiya idman komplekslərinin və idman bazalarının yaradılması haqqında qərarları bu sahədə hər kəsi səfərbər edir. İndi nəinki paytaxt Bakıda, demək olar ki, ölkəmizin bütün bölgələrində, o cümlədən Biləsuvar rayonunda müasir olimpiya idman kompleksləri fəaliyyət göstərir. Elə bunun nəticəsidir ki, idmançılarımızın dünya çempionatlarında, olimpiya oyunlarında uğurları getdikcə artmaqdadır. Azərbaycan idmanının ayrılmaz bir parçası olan Biləsuvar rayon idmançıları da yaradılmış şəraitdən maksimum bəhrələnərək respublika və dünya çempionatlarında idmanın müxtəlif növləri üzrə yüksək nailiyyətlər əldə edirlər.
    Tədbirdə çıxış edən məşqçi və idmançılar onlara göstərilən diqqət və qayğıdan danışdılar, daha böyük idman uğurlarına imza atacaqlarını bildirdilər.
    Tədbirin sonunda idman sahəsində, respublika çempionatlarında uğurlar qazanmış bir qrup məşqçi-müəllim və idmançılar Biləsuvar rayon İcra Hakimiyyətinin və Gənclər və İdman İdarəsinin Fəxri Fərmanları ilə təltif edildi.

    Biləsuvarda 5 Mart-Bədən Tərbiyəsi və İdman Günü münasibətilə silsilə tədbirlər keçirildi.
    Biləsuvarda 5 Mart-Bədən Tərbiyəsi və İdman Günü münasibətilə silsilə tədbirlər keçirildi.
    Biləsuvarda 5 Mart-Bədən Tərbiyəsi və İdman Günü münasibətilə silsilə tədbirlər keçirildi.
    Biləsuvarda 5 Mart-Bədən Tərbiyəsi və İdman Günü münasibətilə silsilə tədbirlər keçirildi.
    Biləsuvarda 5 Mart-Bədən Tərbiyəsi və İdman Günü münasibətilə silsilə tədbirlər keçirildi.
    Biləsuvarda 5 Mart-Bədən Tərbiyəsi və İdman Günü münasibətilə silsilə tədbirlər keçirildi.
    Biləsuvarda 5 Mart-Bədən Tərbiyəsi və İdman Günü münasibətilə silsilə tədbirlər keçirildi.
    Biləsuvarda 5 Mart-Bədən Tərbiyəsi və İdman Günü münasibətilə silsilə tədbirlər keçirildi.
    Biləsuvarda 5 Mart-Bədən Tərbiyəsi və İdman Günü münasibətilə silsilə tədbirlər keçirildi.
    mənbə icra hakimiyyətinin saytı
    loading...