Xəbər lenti
Axtar
Ən çox oxunan
  • İsmayılovlar erməni casusun "qolları arasında" - Foto
  • Ailə qurarkən ən əsas amil - əqidə və dünyagörüşü ümumiliyidir
  • Bakının düşmən işğalından azad edilməsinin 101 illiyi münasibətilə mərasim keçirilib
  • İbtidai insanların mükəmməl alətləri tapıldı - İsraildə
  • Əhaliyə ölmüş heyvan ətləri satan “Leş Tofiq” və dəstəsi ifşa edildi – FOTOLAR
  • TARİXİ KƏŞF: insanlar Yer kürəsindən başqa planetdə yaşaya biləcək
  • 10 UŞAQ ATASI ÖLKƏ BAŞÇISINDAN ONA YARDIM OLUNMASINI İSTƏDİ
  • Süni intellekt sistemləri üçün qlobal xərclər 98 milyard dollara çatacaq
  • Gürcüstan işğal olunmuş Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkiləri” və onun nəticələrini tanımır
  • İnsanlar ölümdən əvvəl nə hiss edir - Alimlərdən AÇIQLAMA
  • Bakıda üç saat əvvəl alınmış telefonu mağaza geri qaytarmadı - Qanun kimin tərəfindədir?
  • "Nə? Harada? Nə zaman?" 15 il sonra Azərbaycana qayıdır — Rekord sayda ölkə iştirak edəcək
  • Qara dəliyin şəklini çəkənlərə 3 milyon dollar verdilər
  • Bu gün bəzi yerlərə leysan yağacaq, dolu düşəcək
  • Ermənistan Rusiyadan yeni hərbi texnika aldı
  • Türkiyə dəhşətli raketini sınaqdan keçirdi - Video
  • İsrail kəşfiyyatı Türkiyənin S-400 komplekslərini görüntülədi- FOTO
  • "Rayonlarda qohumlar arasında seks inanılmaz dərəcədədir" — Yazıçı Aysel Əlizadə
  • Çingizxan harada dəfn olunub? – Qəbrini 800 ildir axtarırlar
  • ŞOK !!! Göygöl rayonunda iki erməni tutuldu, kəndin fotolarını çəkirmişlər
  • Azərbaycanda təhlükəsizlik orqanına rəhbərlik edənlərin yarısı azərbaycanlı olmayıb - TAM SİYAHI
  • Rusiyada meyvə mübahisəsi: Azərbaycan şirkətindən 9 min dollardan çox pul alındı
  • Əgər bizdə toxunulmazlıq ləğv edilsəydi... – Sensasion şərh
  • Aztəminatlı ailələrin birinci sinif şagirdlərinə hədiyyələr veriləcək
  • Rusiya hərbi bazasına hücum oldu
  • 03 Mar 2019, 17:24   
        186
    Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Aşağı Cürəli kəndində vətəndaşlarla növbəti səyyar qəbulu və görüşü keçirildi.

    Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Aşağı Cürəli kəndində vətəndaşlarla növbəti səyyar qəbulu və görüşü keçirildi.
    BAKI-XEBERTV.AZ
    XEBERTV.AZ xəbər verir ki, Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Aşağı Cürəli kəndində vətəndaşlarla növbəti səyyar qəbulu və görüşü keçirildi.
    Səyyar qəbulda rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərləri, kənd ictimaiyyətinin nümayəndələri və ağsaqqallar iştirak etdi.
    Tədbirdə Aşağı Cürəli kənd İcra nümayəndəsi Qalib Bağırov çıxış edərək bildirdi ki, Aşağı Cürəli kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi Aşağı-Cürəli və Muğan kəndlərindən ibarətdir. Nümayəndəlikdə 851 təsərrüfat, 3580 nəfər əhali yaşayır.Nümayəndəlik üzrə bir tam orta məktəb, bir əsas məktəb, müasir tələblərə cavab verən həkim ambulatoriyası, klub, poçt, 2 kitabxana fəaliyyət göstərir.
    Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası ilə əlaqədar Aşağı Cürəli inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə ötən dövr ərzində kəndin mərkəzi avtomobil yolu asfaltlaşdırılmış, yeni təbii qaz xətləri çəkilmiş, 450 şagird yerlik yeni məktəb binası, tibb məntəqəsi və poçt binası inşa olunmuş, elektrik təsərrüfatı yeniləşdirilmiş, “Modul” tipli su durulducu qurğu quraşdırılmış, əkin sahələrinə xidmət göstərən şor kollektorları lildən təmizlənmişdir. Bundan əlavə Aşağı Cürəli kəndində yeni elektron ATS və Muğan kəndində yeni məktəb binası inşa olunmuşdur.Əhali fasiləsiz olaraq elektrik enerjisi və təbii qazla təmin olunur. Əhali əsasən əkinçilik və heyvandarlıqla məşğuldur.Ötən təsərrüfat ilində kənd əhalisi tərəfindən 490 hektar pambıq əkilmiş və 1303 ton məhsul əldə olunmuşdur.2019-cu ildə mülkiyyətçilər tərəfindən 630 hektar sahədə pambıq əkilməsi üçün zavodlarla müqavilələr bağlanılmış və demək olar ki, birinci şum vurulub qurtarmışdır.
    Q.Bağırov ölkə Prezidenti cənab İlham Əliyevin rayonumuza göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirərək, görülən abadlıq və quruculuq işlərinə görə kənd əhalisi adından ölkə başçısına öz minnətdarlığını bildirdi.
    Rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev çıxış edərək respublikamızın və rayonumuzun bu günkü hərtərəfli inkişafı barədə ətraflı danışdı. Qeyd etdi ki, “Regionların Sosial İqtisadi inkişafı Dövlət proqramının” icrasının nəticəsidir ki, bu gün hər bir bölgəmizdə,o cümlədən rayonumuzda durmadan tikinti-abadlıq işləri aparılır, yeni yollar çəkilir, təhsil, səhiyyə müəssisələri inşa olunur,uşaq bağçaları tikilir,sosial layihələr həyata keçirilir. Bu gün kənd təbii qazla təmin olunur, kəndin mərkəzi yoluna asfalt örtük qoyulmuşdur, əhalinin içməli su ilə təminatını yaxşılaşdırmaq üçün “Modul” tipli sudurulducu qurğu tikilmişdir.Yeni məktəb binası tikilmiş, səhiyyə müəssisəsi inşa olunmuşdur. Bu gün respublikamızın elə bir ərazisi yoxdur ki, orada əhalinin güzəranının yaxşılaşmasına xidmət edən mühüm layihələr həyata keçirilməsin.
    Görüş zamanı rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev Aşağı Cürəli və Muğan kəndlərinin əhalisini narahat edən problemləri dinlədi və qaldırılan məslələlərin həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını verdi.
    Tədbirdə kənd sakinləri çıxış edərək göstərilən bu diqqət və qayğıya görə Ölkə rəhbəri cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.İcra hakimiyyətin saytı

    Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Aşağı Cürəli kəndində vətəndaşlarla növbəti səyyar qəbulu və görüşü keçirildi.
    Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Aşağı Cürəli kəndində vətəndaşlarla növbəti səyyar qəbulu və görüşü keçirildi.
    Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Aşağı Cürəli kəndində vətəndaşlarla növbəti səyyar qəbulu və görüşü keçirildi.
    loading...