Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Bir dövlət müəssisəsində 9 şübhəli tender müqaviləsi - FOTO
  • Qarabag əlillərinə qarşı böyük haqsızlıq.
  • Nəşi tapılan hərbçimizin şəxsiyyəti bəlli oldu - Foto
  • SON DƏQİQƏ: Operativ Qərargah məlumat yaydı - YÜZLƏRLƏ YOLUXMA, 14 ÖLÜ VAR
  • İcra Hakimiyyətlərində baş verən tender "maxenasiya"ları
  • ŞOK! Ailəsi ilə təhdid olunan şəxs sifarişin kim tərəfindən olduğunu bəyan etdi - VİDEO
  • Göyçayda 27 sentyabr – Anım Günü ilə bağlı ümumrayon tədbiri keçirildi
  • Öz nəfsimizin şərindən amanda olmadığımızı unutmayaq
  • Şəhid adına verilən küçə bərbad haldadır
  • Mobil operatorlarla bağlı yenilik
  • Büdcədə kəskin artım: Hökumət iki milyardı hardan yığacaq?
  • Koronavirusu yarım saatdan az müddətdə təyin etmək mümkün olacaq
  • Paşinyandan Zəngəzur dəhlizi açıqlaması: Hazırıq!
  • Bu şəxslərə soğan yemək olmaz
  • İstəyənin əlini qaytarmayın
  • Ölümdən qaçmaq olsaydı…
  • Yoxsulları öz qonaqlığına buraxmayan varlının aqibəti
  • Ustad jurnalist - Nəriman Bəxtiyarovun əziz xatirəsinə
  • Hərbçilər, qazilər, şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar.
  • Dünyanın yeni düzəni: pisdir, ancaq çarə yoxdur
  • Yerli məmurlardan əli üzülən Gəncə sakini Ukrayna prezidentindən imdad diləyir - VİDEO
  • Adı korrupsiyada hallanan məmur başqa bölgəyə "transver" edilib ?... - VİDEO
  • Canı və malı düşmən zərbəsinə tuş gəlib, halal haqqını isə məmurlar mənimsəyir - VİDEO
  • Deputatın qohumları vətəndaşı ölümcül döyüblər
  • TEMPERATUR ENİR: külək, yağış, dolu olacaq - BU GÜNÜN HAVASI
  • 26 Oca 2019, 08:03   
        612
    Beyləqanda bazar üstündə "dava"- Xəqani Əhmədov mətbuata yalan məlumat ötürür?-İddia
    Beyləqanda bazar üstündə "dava"- Xəqani Əhmədov mətbuata yalan məlumat ötürür?-İddia
    Beyləqan rayonunda iki sahibkar arasında mübahisəli torpaq üstündə gərginləşən münasibətlər üzündən yaranmış xoşagəlməz situasiya ilə bağlı araşdırmalarımızın növbəti nəticələrini dəyərli oxucularımızın və aidiyyatı orqanların diqqətinə çatdırırıq.
    Belə ki,Beyləqan rayonunda fəaliyyətdə olan bazarın sahibi Xəqani Əhmədov, həmin bazarın yaxınlığında torpaq sahəsi alaraq biznes fəaliyyəti ilə məşğul olmaq istəyən digər sahibkar Vahid Abdullayevə müxtəlif vasitələrlə mane və əngəl yaradır.O, əvvəlcə Heydər Əliyev adına parkın ərazisinin qanunsuz olaraq Vahid Abdullayevə satılması barədə mətbuata məlumat ötürür ictimai rəyi çaşdırmağa cəhd edir,və ikinci halda dövlət qurumlarının diqqətini çəkmək istəyir.Vəziyyətlə barışmayan keçmiş icra başçısının oğlu,həmçinin qeyri-qanuni vasitələrə əl ataraq ƏMDK-nin Beyləqan rayonundakı ərazi şöbəsinin müdiri Nazim adlı əməkdaşına qeyri iş günü -04.01.2019-cu il tarixdə saat 19.00 radələrində telefon zəngi etdirərək Vahid Abdullayevi idarəyə çağırtdırır. Bununla sahibkara bir növ hədə-qorxu gəlinir, o sıxışdırılır və ona bildirilir ki, məhkəmə qətnaməsi kağız parçasıdır, ərazi yenidən ölçüləcək.

    Vahid Abdullayevin guya Heydər Əliyev adına parkın bir hissəsini alması barədə yayılan informasiyalar təsdiqini tapmadı.

    Redaksiyaya təqdim olunan rəsmi sənədlərə istinadən qeyd edirik ki, Beyləqan rayon İcra hakimiyyəti başçısının 28 dekabr 2013-cü il tarixli 244 nömrəli sərəncamında Beyləqan şəhər sakini Abdullayev Vahid Cəmil oğluna S.İmrəliyev küçəsi döngə 2A ünvanında yerləşən ərazidən ayrılmış 3440,0 (üç min dörd yüz qırx) kv.metr torpaq sahəsində təsdiq edilmiş layihə əsasında birmərtəbəli qeyri yaşayış binasının tikintisinə icazə verilib.Həmçinin, İcra hakimiyyətinin baş memarı Ə.X.Vəliyev tərəfindən Abdullayev Vahid Cəmil oğluna məxsus qeyri yaşayış yerinin yerləşdiyi ərazinin topoqrafik planı təsdiqlənərək layihələndirilib. Həmin rəsmi sənəddə çəkilən koordinatlarda nəzərdə tutulan ərazinin açıq-aydın Heydər Əliyev adına parkın hüdudlarına heç bir aidiyyatı olmadığı görünür. Eyni zamanda Azərbaycan Respublikasının Əmlak Məsələlri Dövlət Komitəsinə Beyləqan rayon Mənzil İstismar Sahəsinin rəisi T.Sarıyev tərəfindən göndərilmiş məktubda qeyd olunur ki, qeyri yaşayış binasının Abdullayev Vahid Cəmil oğlu tərəfindən özəlləşdirilməsinə etiraz olunmur. Eləcə də ,Beyləqan rayonu İcra Hakimiyyəti başçısı tərəfindən 02 fevral 2015-ci il tarixdə Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin rəisi Əsgər Həsənova ünvanlanan məktubda tikinti layihəsinin müvafiq qaydada ekspertizadan keçirilməsi və nəticəsinə dair ekspert rəyinin göndərilməsinin təmin edilməsi xahiş edilir. Daha sonra Beyləqan rayonu İcra hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin böyük məsləhətçisi (mühəndis) R.B.Abbasov tərəfindən sahibkara tikinti quraşdırma işlərinin aparılmasına dair 12 aprel 2016-cı il tarixində №003 icazə vərəqəsi də təqdim olunub.

    Oğru elə bağırdı ki... Xəqani Əhmədov Beyləqan bazarını hansı qaydalarla idarə edir?! – FOTO, VİDEO, FAKTLAR - İcra başçısının diqqətinə

    Oğru elə bağırdı ki... Xəqani Əhmədov Beyləqan bazarını hansı qaydalarla idarə edir?! – FOTO, VİDEO, FAKTLAR - İcra başçısının diqqətinə

    Sahibkar Vahid Abdullayev Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən №0434573 saylı çıxarış alıb. Göründüyü kimi sahibkar Vahid Abdullayev bütün işlərini müvafiq qanunlar çərçivəsində həyata keçirməsinə baxmayaraq onun adı qanunsuz əməllərdə hallanır.

    Oğru elə bağırdı ki... Xəqani Əhmədov Beyləqan bazarını hansı qaydalarla idarə edir?! – FOTO, VİDEO, FAKTLAR - İcra başçısının diqqətinə

    Oğru elə bağırdı ki... Xəqani Əhmədov Beyləqan bazarını hansı qaydalarla idarə edir?! – FOTO, VİDEO, FAKTLAR - İcra başçısının diqqətinə

    Dövlətə məxsus torpaqları zəbt edərək, heç bir hüquqi sənədləşmə aparılmadan qanunsuz tikililərə sahiblik edən Xəqani Əhmədovdur kimdi?

    Xəqani Əhmədovun "rəhbəri" olduğu bazarın ərazisində apardığımız araşdırmalar zamanı gördüyümüz mənzərə və əldə etdiyimiz məlumatlar müvafiq dövlət qurumlarının bazara müdaxiləsini şərtləndirir. Bazarda hökm sürən antisanitariya hər addımda diqqət çəkir. Burada çalışan insanların narazılıqları isə bitib-tükənmir. Xəqani Əhmədovun rəhbərliyi ilə insanlardan fantastik məbləğdə vergi adı altında rüsumlar yığılır. Gündəlik çörəkpuluna möhtac olan və kənd təsərrüfatı məhsullarının satışını həyata keçirən vətəndaşlar isə qanunsuz tələblərin qarşısında diz çökməyə məcbur edilir.

    Oğru elə bağırdı ki... Xəqani Əhmədov Beyləqan bazarını hansı qaydalarla idarə edir?! – FOTO, VİDEO, FAKTLAR - İcra başçısının diqqətinə

    Oğru elə bağırdı ki... Xəqani Əhmədov Beyləqan bazarını hansı qaydalarla idarə edir?! – FOTO, VİDEO, FAKTLAR - İcra başçısının diqqətinə

    Oğru elə bağırdı ki... Xəqani Əhmədov Beyləqan bazarını hansı qaydalarla idarə edir?! – FOTO, VİDEO, FAKTLAR - İcra başçısının diqqətinə

    Oğru elə bağırdı ki... Xəqani Əhmədov Beyləqan bazarını hansı qaydalarla idarə edir?! – FOTO, VİDEO, FAKTLAR - İcra başçısının diqqətinə

    Beyləqan rayonu İcra Hakimiyyəti hara baxır?

    Araşdırmalarımız zamanı o da məlum oldu ki, Xəqani Əhmədova məxsus bazarın böyük bir hissəsinə aid olan torpaq sahəsi zəbt olunaraq çoxlu sayda ticarət obyektləri inşa edilib. Obyektlərin bir qismi vaxtilə Xasay Əhmədovun hökmranlığı dövründə inşa olunsa da, sonrakı başçıların zamanında da o qanunsuz işlərini davam etdirib. Nəticədə bazardakı qanunsuz tikililərin sayı artıb.

    Araşdırmalarımız davam edir…

    Adekvat.az
    loading...