Xəbər lenti
Axtar
Ən çox oxunan
  • DTX-dan sosial şəbəkələrlə bağlı MÜHÜM ADDIM
  • “Bu yol çox böyük bir yolun davamıdır” Aqil Acalov
  • Millət vəkili Q.Paşayeva AŞPA-da çıxış edərək Ermənistan baş naziri Paşinyanın öz oğlunu hərbi xidmət üçün Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarına göndərməsindən danışdı.
  • Görünməyən silah HAZIRLANIR – Hamı yüksək radiasiyaya MƏRUZ QALACAQ
  • Piramidalar haqda şok: 1922-ci ildə araşdırma zamanı...
  • Rəsmi Bakıdan Əliyev-Paşinyan görüşü ilə bağlı açıqlama
  • İnfarkta səbəb olan energetik içkilər - Video
  • SON DƏQİQƏ: Azərbaycan ordusu irəliləyir - Ermənilər Dağlıq Qarabağı boşaldır - VİDEO
  • Ayın bu görüntüsü böyük maraq doğurdu - Foto
  • Millət vəkili Q.Paşayeva Dünya Müsəlman-Türk və Suriya Türkmənləri qurultayında çıxış edib
  • Qadınlar niyə kişilərdən çox yaşayır? Təəccüblü səbəb
  • 7 ilə 58 milyon iş yeri açılacaq - Hesabat
  • İnsan bədənində gələcəyi görən vəzi - Üçüncü göz
  • Ərdoğan: Türkiyə Azərbaycana hər cür dəstəyi göstərməkdə davam edəcək
  • Ənvər Paşanın nəvəsi,Nuru Paşanın qardaşı nəvəsi Arzu Ənver Bakının işğaldan azad edilməsinin 100-cü ildönümündə iştirak etmək üçün ölkəmizdədir
  • Azərbaycanda Bilik Günüdür
  • Azərbaycan düşməni lərzəyə salan yeni qırıcılar alır
  • "Hər kəs ayıq-sayıq və dövlətin yanında olmalıdır" - Cavid Qurbanov
  • Həsənbəy Zərdabi küşəsi çirkab suları işində
  • Gənc Kikbokscu qadın Gunay Sun Moon Haciyeva niyə qəzəbləndi?
  • Ermənilər Abdal- Gülablıda da qaz yandırdılar... - Bu saatlarda isə Bərdə qaza həsrət qalıb
  • ÖLKƏDƏ TƏLATÜM: Rüşvətxor məmurların HƏBSİ başlayır - Prezidentin yeni proqramının şok sirri
  • Azərbaycan Türkmənistandan "hava hücumuna" məruz qaldı
  • Kastamonu şəhərinin gənc fəalları Bakının gəzməli-görməli yerlərilə tanış oldular
  • Astronomlardan xəbərdarlıq: “Planetimizi qara dəlik uda bilər”
  • 22 Şub 2018, 06:10   
        447

    Xaçmaz rayon Mərkəzi Kitabxanasının Uşaq Şöbəsində “Beynəlxalq Ana dili günü”-nə həsr olunmuş ədəbi-bədii kompozisiya keçirilmişdir.

    Xaçmaz rayon Mərkəzi Kitabxanasının Uşaq Şöbəsində “Beynəlxalq Ana dili günü”-nə həsr olunmuş ədəbi-bədii kompozisiya keçirilmişdir.


    XEBERTV.AZ xəbər verir ki, Xaçmaz rayon Mərkəzi Kitabxanasının Uşaq Şöbəsində fevral ayının 21-də M.Babayev adına 1 saylı məktəbin müəllim və şagird kollektivlərinin iştirakı ilə “Beynəlxalq Ana dili günü”nə həsr olunmuş ədəbi-bədii kompozisiya keçirilmişdir. Tədbir uşaqların ifasında “Dövlət himni”nin səslənməsi ilə başlanmışdır. Fəal oxucularımızdan olan Xaləddinova Aysu demişdir: “Analarımız bizə beşik başında ən həzin sinfoniya olan laylanı bu dildə demişdir. Bu o dildir ki, Füzuli eşqi, Nəsimi dözümü, Vurğun şirinliyi, Üzeyr dünyası bu dildə ifadə olunmuş, zaman-zaman qanımıza, canımıza hopmuşdur. Digər oxucumuz Qocayev Elmar “Beynəlxalq Ana dili günü”nü Yuneskonun baş konfransının qərarı ilə, 21 fevral 1999-cu ildən qeyd olunduğunu tədbir iştirakçılarının nəzərinə çatdırdı. Sonra oxuculardan Mirzəyeva Ayşən, Babayeva Türkanə, Mərdanova Aygün, Əhmədov İlkin, Mirzəyeva Aysu, Dəmirova Ayşən, Məstanov Taleh, Əsgərov Ramazan, Nağıyeva Nəzrin, Ə.Cavadın “Çırpınırdı qara dəniz”, B.Vahabzadənin “Ana dili”, C.Novruzun “Vətənimdir”, R.Zəkanın “Vətən”, Ülvü Bünyadzadənin “Vətən üçün ölməliyik”, B.Vətənoğlunun “Azərbaycan”, “Yurdum sabahın xeyr” və s. şeirlərini söylədilər.Tədbirdə çıxış edən Uşaq Şöbəsinin müdiri R.Hətəmova uşaqlara “Beynalxalq Ana dili”nin yaranma tarixi barədə, həmçinin, milli dilimizin dövlət statusu almasında, ulu öndərimiz Heydər Əliyevin xüsusi qayğısı və fəaliyyəti haqqında və möhtərəm prezidentimiz İlham Əliyevin müxtəlif vaxtlarda dövlət dilinin qorunması haqqında verdiyi sərəncamlar barədə tədbir iştirakçılarına məlumat vermişdir. O həmçinin qeyd etmişdir ki, “Əziz balalar dilimizin saflığının qorunması üçün hər birimiz məsuliyyət daşıyırıq. Gələcəyin qurucuları kimi bu işdə siz daha fəal iştirak etməlisiz”. Sonda məktəbin dərs hissə müdiri Fəridə Həmidova belə tədbirlərin keçirilməsinin uşaqların dünyagörüşünün formalaşmasında mühüm əhəmiyyət daşıdığını qeyd etmiş və kitabxana kollektivinə öz təşəkkürünü bildirmişdir.

    Xaçmaz rayon Mərkəzi Kitabxanasının Uşaq Şöbəsində “Beynəlxalq Ana dili günü”-nə həsr olunmuş ədəbi-bədii kompozisiya keçirilmişdir.
    Xaçmaz rayon Mərkəzi Kitabxanasının Uşaq Şöbəsində “Beynəlxalq Ana dili günü”-nə həsr olunmuş ədəbi-bədii kompozisiya keçirilmişdir.
    Xaçmaz rayon Mərkəzi Kitabxanasının Uşaq Şöbəsində “Beynəlxalq Ana dili günü”-nə həsr olunmuş ədəbi-bədii kompozisiya keçirilmişdir.
    Xaçmaz rayon Mərkəzi Kitabxanasının Uşaq Şöbəsində “Beynəlxalq Ana dili günü”-nə həsr olunmuş ədəbi-bədii kompozisiya keçirilmişdir.

    Sevda İsmayilova
    Xaçmaz Rayon Mərkəzi Kitabxanası,İnformasiya Resurs şöbəsi
    loading...