Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Körpə Niyə ” İNQƏ” Deyir? İNQƏ sözünün mənası bu imiş...İnanılmaz
  • ABŞ mediası Xocalıdan yazdı: “Boko Haram”ın vəhşilikləri...
  • "Erməni isə uşağın qışqıraraq ağlamasına məhəl qoymadan bıçaqla qulağını kəsib sırğanı götürdü" — Xocalı sakinləri danışır
  • “Bordo bereli”dən hücum: Hədəflər darmadağın edildi
  • Azərbaycanda prezidentliyə namizədlikləri təsdiq olunanların sayı 13-ə çatdı
  • Qadınları xoşbəxt etməyin YOLLARI
  • Afrində ən vacib döyüş: Ordu hazırdır...
  • Bəşəriyyətdən gizlədilən 5 gizli kəşf - Video
  • Qaradağ rayonuna ulu öndər Heydər Əliyevin adının verilməsi təklif edilir
  • Məktəbdə nələr baş verir: valideynlər danışdı - Video
  • Bayıldakı sürüşmə anının VİDEOSU
  • Şok tapıntı: Bu bakteriya qızıl istehsal edir
  • Xəzərdə qasırğa: NASA görüntüləri yaydı - Foto
  • Qarabağda azərbaycanlıların əsir düşərgələri - FOTO
  • Borçalını 2018-də nələr gəzləyir?
  • Türkiyə F-35 qırıcıları ilə Ermənistana zərbə endirəcək?
  • Alimlərdən bədbin proqnoz: 21-ci əsrin ortalarında...
  • Yeni müharibə başlayır? – Orduya əmr verildi
  • İsveçrə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir
  • “Aprel seçkisindən sonra Əliyev Qarabağı azad edəcək” – Erməni ekspert
  • Qlobal faciə baş verə bilər
  • Növbədənkənar seçki qərarının - Əsas səbəbləri
  • Növbədənkənar seçki qərarının - Əsas səbəbləri
  • Azərbaycanlı polkovnik iranlı həmkarı ilə körpüdə - Foto
  • ABŞ-Rusiya savaşını yadplanetlilər dayandırıb - ŞOK
  • 13 Şub 2018, 03:42   
        102
    Yardımlı rayonunda 2017-ci ildə sosial-iqtisadi inkişafının yekunları və 2018-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi.


    Yardımlı rayonunda 2017-ci ildə sosial-iqtisadi inkişafının yekunları və 2018-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi.
    2018-02-10
    XEBERTV.AZ xəbər verir ki, 10 fevral 2018-ci il tarixdə rayon Mədəniyyət Mərkəzində 2017-ci ildə Yardımlı rayonunun sosial-iqtisadi inkişafının yekunları və 2018-ci ildə qarşıda duran vəzifələr barədə rayon icra hakimiyyəti başçısının hesabat yığıncağı keçirilmişdir.
    Tədbir iştirakçıları öncə Ümummilli Liderimiz Heydər Əliyev adına Parkda Ulu Öndərin abidəsini ziyarət etmiş, önünə gül dəstələri qoymuşlar. Sonra Mədəniyyət Mərkəzində rayonun sosial-iqtisadi inkişafını əks etdirən guşə, kənd təsərrüfatı və rayonda istehsal olunan sənaye məhsullarından ibarət sərgiyə baxış keçirilmişdir. Hesabat yığıncağında rayon İcra hakimiyyətinin başçısı Ayaz Əsgərov dövlətimizin uğurlu inkişafından, rayonumuzda həyata keçirilən infrastruktur layihələrin icrası, eləcə də qazanılmış nailiyyətlərdən , ötən hesabat dövründə sahibkarlıq və kənd təsərrüfatının inkişafı, tikinti-abadlıq-quruculuq işləri, yerli əhəmiyyətli avtomobil yollarının yenidən qurulması və ya təmiri, əhalinin içməli su ilə təmini, tibb müəssisələrinin əsaslı tikintisi, kommunal yaşayış binalarının təmiri və həyətyanı sahələrin abadlaşdırılması, əhalinin sosial rifah halının daha da yaxşılaşması və digər infrastruktur layihələrinin icrasının həyata keçirilməsindən geniş məruzə ilə çıxış etmişdir.
    Tədbirdə Milli Məclisin deputatı Musa Qasımlı, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-Təşkilat Məsələləri şöbəsinin baş məsləhətçisi Habil Əzənmədov çıxış edərək bildirmişlər ki, ölkə başçısının yürütdüyü uğurlu siyasət nəticəsində iqtisadiyyatın şaxələndirilməsi ilə qeyri neft sektoru inkişaf etdirilmişdir. Ölkə rəhbəri iqtisadiyyatının əsas sahələrindən sayılan kənd təsərrüfatının inkişafı ilə bağlı konkret tapşırıq və tövsiyələrini vermiş, istehsalın artırılması ilə bağlı fermerlərə lazımı dövlət dəstəyinin göstərilməsi tapşırılmışdır.
    Daha sonra əhalinin həyat şəraitinin yaxşılaşdırılması məqsədilə bir sıra qanunlara dəyişiklərin edilməsi, Dövlət Proqramlarının uğurlu icrası nəticəsində respublikada aparılan tikinti-quruculuq işləri haqqında geniş məlumat verdilər. Rayonda görülən işləri qeyd etdilər, qarşıda duran vəzifələrlə bağlı tövsiyələrini bildirdilər.
    Sonda genişləndirilmiş şura iclasının gündəliyində duran məsələ ilə bağlı müvafiq qərar, yığıncaq iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olundu.


    Yardımlı rayonunda 2017-ci ildə sosial-iqtisadi inkişafının yekunları və 2018-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi.


    mənbə.icra hakimiyyətinin saytı
    loading...