Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Azərbaycana 33 sm qar yağdı
  • Tıxaclardan necə xilas olmaq mümkündür?
  • Vəkillər Kollegiyasına yeni sədr seçilir
  • Diqqət: Bu yollarda sürət həddi endirildi
  • TƏHLÜKƏ: 50 gün ərzində övladınızı öldürə bilər... - "Mavi balina" bəlası...
  • QƏNIRƏ PAŞAYEVANIN TƏHSİL NAZİRİ OLACAGI XƏBƏRİ YAYILDI - Son Dəqiqə!!!
  • Mikayıl Cabbarov vergilər naziri təyin edilib
  • Mixail Saakaşvili belə həbs edildi — FOTO
  • Azərbaycan 2 gün sonraya hazırlaşır - QAR YAĞACAQ!
  • İran parlamentinin üzvü: “Biz Dağlıq Qarabağı Azərbaycan torpağı sayırıq”
  • Erməni əsirliyində olan bir qızımızın Azərbaycana məktubu
  • Bakıda neçə milyon adam yaşayır? (RƏSMİ)
  • Gözü beynindən böyük dəvəquşu, vurma cədvəlini bilən donuz... - QƏRİBƏ FAKTLAR - FOTO
  • Yuxu ilə bağlı inanılmaz həqiqətlər
  • Astroloji proqnoz - 4 dekabr
  • Erməni Rimma Sarkisova 30 ildən sonra Gəncəyə qayıtdı
  • Evinizdə bu gülü saxlayırsızsa, dərhal ondan qurtulun - FOTO
  • Qatarda oturmaq üçün görün NƏ OYUNDAN ÇIXDI - VİDEO
  • Pedofili yaxaladılar –Rüsvay olduğu üçün başını... (Video)
  • NASA yadplanetlilərə görə məhkəməyə verildi - Sirrin üstü açılır
  • İsrail İranın hərbi bazasını bombaladı — GƏRGİN ANLAR
  • Günün şoku: Səudiyyə kralı erməni imiş – Bakıdakı ən məşhur otel ermənilərə məxsusdur?
  • Turan Birliyi yaranarsa, nə baş verəcək? - Video
  • 2024-cü ildə Marsa ilk insan gedəcək
  • Kompüterinizi bu üsulla format edin - VİDEO
  • Azərbaycanda dəhşət: Avtomobili cərimə meydançasına salınan sürücü özünü yandırdı

    19 Kas 2017, 17:16   
        201
    Azərbaycanda dəhşət: Avtomobili cərimə meydançasına salınan sürücü özünü yandırdı

    Ağdamda avtomobili cərimə meydançasına salınan rayon sakini özünü yandırıb.

    XEBERTV.AZ Trend-a istinadən xəbər verir ki, hadisə rayonun Xıdırlı kəndində baş verib. Kənd sakini, 1970-ci il təvəllüdlü Bəhlul Əmirov avtomobili ilə hərəkət edərkən Ağdam rayon Yol Polisi şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, avtomobilin sənədləri yoxdur və maşının külli miqdarda ödənilməmiş cəriməsi var. Avtomobil B.Əmirovdan alınaraq cərimə meydançasına salınıb.

    B.Əmirov avtomobili cərimə meydançasından çıxarmaq istəsə də, mümkün olmayıb. Şöbədən bildiriblər ki, avtomobilin cərimələri ödənilməli və sənədləri qaydasına salınandan sonra sahibinə qaytarılmalıdır.

    B.Əmirov isə cəriməni ödəmədən avtomobili almağa cəhd edib. Cəhdləri boşa çıxan B.Əmirov evinə qayıdaraq yaşadığı evin həyətində üzərinə benzin tökərək özünə od vurub. O, ailə üzvlərinin köməkliyi ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanada yaralıya 2-ci dərəcəli yanıq xəsarətləri diaqnozu təyin edilib. Hazırda onun vəziyyəti orta ağır qiymətləndirilir.

    Ağdam rayon Polis Şöbəsindən Trend-ə bildiriblər ki, B.Əmirovun avtomobili qanunsuz idarə edildiyi üçün cərimə meydançasındadır: "Şikayətçi bununla bağlı Baş Prokurorluğa və Ağdam rayon Prokurorluğuna müraciət edib. Müraciət araşdırılıb və avtomobilin qanun çərçivəsində saxlanıldığı müəyyən edilib. Lakin vətəndaş şikayətin araşdırılması ilə razılaşmayıb".
    loading...