Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Putin leysana baxmayaraq naməlum əsgərin məzarına çiçək qoydu – FOTO
  • Son dəqiqə! Prezident təsdiq etdi: Bundan sonra sim kartlar..
  • Elə şeydən elektrik enerjisi hazırladılar ki...
  • Gürcüstanda benzin və dizel yanacağı daha da ucuzlaşacaq.
  • Azərbaycanda yeni dövlət qurumu yaradıldı – RƏHBƏRİ KİMDİR, HANSI İŞLƏRƏ BAXACAQ?
  • “Türkiyədə evlənmə verilişinə qatılan azərbaycanlılar heç demə….
  • Qarabağa Könüllü yığılır
  • Almaniya qərarını verdi: Ordu Türkiyədən geri çəkilir
  • NASA yaşayış ehtimalı olan 10 planet tapdı
  • "...bütün əraziləri qısa müddət ərzində bərpa edəcəyik" - PREZİDENT
  • Müdafiə Nazirliyindən xəbərdarlıq — Telefonla danışarkən... Müdafiə nazirliyi vətəndaşlarla xəbərdarlıq edib.
  • Müsəlman sərxoş olmadıqca içki içə bilər — FƏTVA
  • Alimlərdən xəbərdarlıq: Planeti ölümcül istilər gözləyir
  • Həmsədrlər Qarabağda savaş ehtimalını artırdı
  • Suşi haqda bilmədiyimiz DƏHŞƏTLİ FAKT
  • İki günə 6 erməni əsgəri məhv edilib - Ölənlərin adları
  • “WhatsApp” internetsiz də işləyir — Telefonunuzda bunu edin
  • Rusiyadan açıqlama: Suriyanın taleyi bu tarixdə həll edilir
  • Rusiya Qərbi silkələdi: ABŞ-dan qisas alınacaq
  • Son dəqiqə! İlham Əliyev FƏRMAN imzaladı
  • “Bu içkiləri içən heyvanlaşır” - Şok iddia
  • DƏHŞƏT: eyni otaqda 42 nəfərin cəsədi bir-birinə sarılmış halda tapıldı
  • III Dünya müharibəsi müzakirə edilir - Türkiyəli ekspert
  • Leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
  • Türk ordusu Qətərə girdi
  • Bakıda və Xaçmazda aşkar edilən ətlərdə bakteriya tapıldı

    12 Haz 2017, 18:22   
        34
    Bakıda və Xaçmazda aşkar edilən ətlərdə bakteriya tapıldı




    Bakıda və Xaçmazda aşkar edilən ətlərdə bakteriya tapıldı
    Daxili İşlər Nazirliyinin Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının iyunun 9-da "Mercedes-Benz” markalı 31-BE-643 dövlət nömrə nişanlı minik avtomobilinə baxış zamanı İsmayıllı rayonu, Qubaxəlilli kənd sakini Həsənov Saleh Əmirxan oğluna məxsus ümumi çəkisi 100 kq olan sümükdən ayrılmış at ətinin müayinələrinin nəticələri məlum olub.
    Dövlət Baytarlıq Nəzarəti Xidmətindən Publika.az-a daxil olan məlumata görə, Respublika Baytarlıq Laboratoriyasında aparılan bakterioloji müayinələrin nəticəsinə əsasən, götürülən nümunələrdə bakterioloji çirklənmə (BÇQB, salmonella abortusequi) aşkar edilib. Salmonella abortusequiilə çirklənmiş ətlər, hətta, emal edildikdən sonra insan sağlamlığına, səhhətinə zərər yetirir. Biokimyəvi müayinələrin nəticəsinə əsasən, həmin ətlərin öldükdən sonra kəsilmiş at əti olması müəyyən edilib.
    Hazırda Binəqədi Rayon Polis İdarəsi tərəfindən müvafiq araşdırmalar aparılır. Ətlərdən götürülən nümunələrin laboratoriya müayinələrinin nəticələri Binəqədi Rayon Polis İdarəsinə təqdim ediləcək və müayinənin nəticələrinə müvafiq tədbirlər görüləcək.
    Bundan başqa, iyunun 9-da qida təhlükəsizliyi ilə əlaqədar alınan məlumat əsasında Dövlət Baytarlıq Nəzarəti XidmətininXaçmaz Rayon Baytarlıq İdarəsinin və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Karantin tədbirlərini təmin edən əlahiddə polis taboru əməkdaşlarının iştirakı ilə qida təhlükəsizliyinin qorunması, insan həyat və sağlamlığına təhlükə törədən, mənşəyi məlum olmayan heyvandarlıq məhsullarının satışının qarşısını almaq məqsədi ilə Xaçmaz rayonu, Xudat şəhəri, H.Əliyev küçəsi 29B, mənzil 16-da yaşayan Məmmədyarov Eynulla Balaşərif oğluna məxsus “PEKAP” markalı 10-PE-327 dövlət nömrə nişanlı avtomobilinə Xaçmaz rayonu ərazisində baxış keçirilib.
    Baxış zamanı avtomobilin yük yerində qeyri-qanuni, antisanitar şəraitdə, üst-üstə yığılmış vəziyyətdə daşınan, mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan, şaqqalara bölünmüş 500 kq çəkisində olan heyvan əti, 2 ədəd kəsilmiş malın baş-ayağı və daxili orqanları aşkar olunub.
    Avtomobildə aşkar edilmiş ətlərdən və daxili orqanlardan baytarlıq qanunvericiliyinə müvafiq nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.
    Respublika Baytarlıq Laboratoriyasının müvafiq ekspertizasına əsasən, yoxlanılan nümunələrdə bakterioloji çirklənmə (Bağırsaq Çöpləri Qrupu Bakteriyalar) aşkar edilib. Biokimyəvi müayinənin nəticəsinə əsasən, həmin ətlərin iribuynuzlu heyvan əti olması müəyyən edilib. Heyvanların kəsimi və daşınması zamanı baytarlıq-sanitariya qaydalarına riayət edilmədiyi üçün ətlər bağırsaq çöpləri qrupu bakteriyaları ilə çirklənib.
    Laboratoriya müayinələrinin nəticələrinə əsasən, Məmmədyarov Eynulla Balaşərif oğluna məxsus “PEKAP” markalı 10-PE-327 dövlət nömrə nişanlı avtomobildə aşkar edilən ətlər barəsində qanunvericiliklə müəyyən olunmuş qaydada tədbirlər görüləcək.