• 23:52 – Tramp seçilsə, Avropanı İFLİC EDƏCƏK: "Qoca qitə" şoklara hazır olmalıdır 
  • 23:42 – Fransa universitetində Bakının siyasətindən danışıldı 
  • 19:48 – Ermənilər xəritə yaydı: Azərbaycan ordusu bu istiqamətlərdə irəliləyəcək - FOTO/VİDEO 
  • 19:43 – Rusiyadakı terror aktının bənzərini Türkiyədə törətmək istəyənlər var - Ərdoğan 

® “OBA” Dövlət Məşğulluq Agentliyi tərəfindən birinci yerə layiq görüldü

Yaxın və qənaətli qonşu konsepsiyası ilə Azərbaycanın dörd bir yanında fəaliyyət göstərən “OBA Market” MMC Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən təltif olunub.

Artıq ikinci ildir ki, DMA tərəfindən həssas qruplara dəstək proqramlarının icrasına öz töhfəsini verən sosial tərəfdaşların müxtəlif nominasiyalar üzrə mükafatlandırılması mərasimi həyata keçirilir.

Fevralın 23-də DOST Agentliyində keçirilən növbəti mükafatlandırma tədbirində 2022-ci ildə fəal iştirakı ilə seçilən tərəfdaşların təqdimat mərasimi baş tutub.

“OBA Market” MMC “Müharibə iştirakçılarının məşğulluğunun təmin olunmasına dəstək verən ən aktiv özəl sosial tərəfdaş” nominasiyasında birinciliyə layiq görülüb. Belə ki, 2022-ci il ərzində 373 nəfər müharibə iştirakçısı “OBA” tərəfindən işlə təmin olunub.

Mükafatı şirkətin İdarə Heyətinin sədri Natəvan İbrahimovaya Milli Məclisin deputatı Məlahət İbrahimqızı təqdim edib.

Tədbir zamanı DMA rəsmiləri tərəfindən həssas qruplara dəstək proqramlarının icrasına öz töhfəsini verən sosial tərəfdaşlara təşəkkür olunub, digər özəl sektor nümayəndələri KSM tədbirlərində aktiv iştiraka dəvət edilib.

Qeyd edək ki, Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA Market” MMC ölkə üzrə 1160-dan çox marketi və 6000-ə yaxın əməkdaşı ilə vətəndaşlarımıza xidmət etməkdən qürur duyur!
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →