• 23:52 – Tramp seçilsə, Avropanı İFLİC EDƏCƏK: "Qoca qitə" şoklara hazır olmalıdır 
  • 23:42 – Fransa universitetində Bakının siyasətindən danışıldı 
  • 19:48 – Ermənilər xəritə yaydı: Azərbaycan ordusu bu istiqamətlərdə irəliləyəcək - FOTO/VİDEO 
  • 19:43 – Rusiyadakı terror aktının bənzərini Türkiyədə törətmək istəyənlər var - Ərdoğan 

Əlcəzairin Baş naziri: Azərbaycanın sədrliyi sayəsində Qoşulmama Hərəkatının beynəlxalq münasibətlərdəki rolu daha da güclənib

Azərbaycanın sədrliyi sayəsində Qoşulmama Hərəkatının beynəlxalq münasibətlərdə oynadığı rol daha da güclənib.

AZƏRTAC xəbər verir ki, bu fikri Əlcəzair Xalq Demokratik Respublikasının Baş naziri Ayman Benabderrahman Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdə söyləyib.

Qoşulmama Hərəkatının Bakıda keçirilən Zirvə görüşünün yüksək səviyyədə təşkilinə və Azərbaycanın Qoşulmama Hərəkatında uğurlu sədrliyinə görə Prezident İlham Əliyevi təbrik edən Baş nazir Əlcəzairin Azərbaycanla qarşılıqlı münasibətlərin hərtərəfli inkişafında maraqlı olduğunu deyib. Hazırda parlamentlərarası əməkdaşlıq və ədliyyə sahəsində əlaqələrimizin inkişaf etdiyi vurğulayan qonaq qeyd edib ki, Xarici İşlər nazirlikləri səviyyəsində siyasi dialoq mexanizmi başlayıb və yaxın vaxtlarda siyasi məsləhətləşmələr keçiriləcək.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →