• 23:52 – Tramp seçilsə, Avropanı İFLİC EDƏCƏK: "Qoca qitə" şoklara hazır olmalıdır 
  • 23:42 – Fransa universitetində Bakının siyasətindən danışıldı 
  • 19:48 – Ermənilər xəritə yaydı: Azərbaycan ordusu bu istiqamətlərdə irəliləyəcək - FOTO/VİDEO 
  • 19:43 – Rusiyadakı terror aktının bənzərini Türkiyədə törətmək istəyənlər var - Ərdoğan 

Prezident İlham Əliyev: Azərbaycan Küveytlə dostluq və əməkdaşlıq əlaqələrinə böyük önəm verir

Azərbaycan Küveytlə güclü İslam həmrəyliyinə əsaslanan dostluq və əməkdaşlıq əlaqələrinə böyük önəm verir.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Küveyt Dövlətinin milli bayramı münasibətilə Küveyt Əmiri Şeyx Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabaha ünvanladığı məktubda bildirib.

Dövlətimizin başçısı əmin olduğunu vurğulayıb ki, Azərbaycan-Küveyt münasibətlərini möhkəmləndirmək, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə qarşılıqlı maraq doğuran əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün bundan sonra da birgə səylər göstəriləcək.

Azərbaycan Prezidenti Küveyt Əmirinə möhkəm cansağlığı, xoşbəxtlik, işlərində uğurlar, dost Küveyt xalqına daim əmin-amanlıq və rifah arzulayıb.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →