• 22:48 – NATO Ukraynanın Rusiya ərazisinə zərbələrinə icazə verdi 
  • 22:39 – İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi 
  • 22:35 – Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi 
  • 20:22 – Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu 

Polşa Prezidenti NATO-nu münaqişədən sonra Ukraynaya təhlükəsizlik zəmanəti verməyə çağırıb

NATO hazırkı münaqişə bitdikdən sonra Ukraynaya təhlükəsizlik zəmanəti verməlidir.

AZƏRTAC xəbər verir ki, bunu Polşa Prezidenti Anjey Duda "Financial Times" qəzetinə verdiyi müsahibəsində deyib.

Onun fikrincə, alyansın təhlükəsizlik zəmanətləri ilə bağlı vədləri Ukrayna və hərbçilərin mənəviyyatında mühüm rol oynaya bilər, çünki bu, “NATO-nun onların yanında olduğunu” göstərəcək.

Prezident bildirib ki, Kiyev hazırda NATO-ya qoşulmağın qeyri-mümkünlüyünü anlayaraq, alyansla "müəyyən növ təhlükəsizlik təminatları" şəklində tərəfdaşlıq gözləyir.

Nəşrin fikrincə, NATO-nun Ukrayna üçün təhlükəsizlik təminatları alyansın ABŞ, Böyük Britaniya və Fransa kimi aparıcı ölkələrinin Kiyevə qarşı gələcəkdə mümkün təcavüz halında hərbi yardım göstərməklə bağlı hüquqi öhdəliyi kimi görünə bilər.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →