• 23:52 – Tramp seçilsə, Avropanı İFLİC EDƏCƏK: "Qoca qitə" şoklara hazır olmalıdır 
  • 23:42 – Fransa universitetində Bakının siyasətindən danışıldı 
  • 19:48 – Ermənilər xəritə yaydı: Azərbaycan ordusu bu istiqamətlərdə irəliləyəcək - FOTO/VİDEO 
  • 19:43 – Rusiyadakı terror aktının bənzərini Türkiyədə törətmək istəyənlər var - Ərdoğan 

SOCAR innovativ trendlərin, qazanılan nailiyyətlərin müəssisələrində tətbiqinə önəm verir

Azərbaycanın enerji brendi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) inteqrasiya olunmuş enerji şirkəti kimi son 15 ildə dəyər zənciri üzrə biznes coğrafiyasını uğurla genişləndirib.

Ötən ilin yanvarında Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında” Fərman imzalayıb. SOCAR fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün SOCAR-ın Müşahidə Şurası yaradılıb. Müşahidə Şurası qabaqcıl təcrübə və müasir idarəetmə tələbləri çərçivəsində Dövlət Neft Şirkətinin fəaliyyətində səmərəliliyi artırmaq, onun idarə edilməsini müasir korporativ idarəetmə standartları nəzərə alınmaqla təkmilləşdirmək məqsədilə yaradılıb.

AZƏRTAC xəbər verir ki, son iki ildə SOCAR-ın fəaliyyətinə diqqət yetirdikdə qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olunduğunu görmək mümkündür. Belə ki, idarəetmədə tətbiq edilən yeniliklər, təkmilləşmə şirkətin xərclərinin optimallaşdırılması, maliyyə imkanlarının artması, həyata keçirilən layihələrin coğrafiyasının genişlənməsi ilə müşayiət olunur. Əldə edilən uğurlarda kadrların düzgün yerləşdirilməsi, karyera imkanlarının artırılması da öz müsbət rolunu oynayır.

Şirkətin bir sıra ölkələrdə törəmə və birgə müəssisələri fəaliyyət göstərir və bu, həmin ölkələrin iqtisadiyyatında mühüm rol oynayır. Ticarət ofisləri nəzərə alınmasa, SOCAR Türkiyə, Gürcüstan, Rumıniya, Ukrayna, İsveçrə və Avstriya kimi ən azı 6 ölkədə fəaliyyət göstərir.

SOCAR qlobal şirkət kimi rəqabətin kəskin, müxtəlif ölkələrin hüquqi tələblərinin olduğu bazarlarda innovativ trendləri izləmək və rəqabətədavamlı qalmaq üçün müvafiq bacarıqlara malik olmalıdır. Bu səbəbdən şirkət öz müəssisələrində innovasiyanın tətbiqinə xüsusi önəm verir və bunu gələcəkdə dayanıqlı inkişafının əsas elementlərindən biri kimi dəyərləndirir. Bununla bağlı SOCAR-ın xaricdəki törəmə müəssisələrinin innovasiya sahəsindəki təcrübələrini sadalamaq olar. Belə ki, şirkətin xaricdəki ən böyük investisiyaları Türkiyədədir. Buraya neft emalı, neft-kimya, qazın nəqli və paylanması, həmçinin digər əməliyyatlar daxildir. Həmçinin innovasiya sahəsində “SOCAR Türkiyə” mühüm nailiyyətlər qazanıb və şirkətin nəzdində “SOCAR Araşdırma, Tədqiqat (R&D) və İnnovasiya Mərkəzi” fəaliyyət göstərir. Bu mərkəz 2019-2021-ci illər ərzində tərəfdaşlarla birlikdə Türkiyə dövləti və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən bir neçə layihədə uğurla iştirak edib.

Hazırda “SOCAR Türkiyə” “Değer benim” adlı transformasiya və optimallaşdırma proqramını uğurla həyata keçirir. Proqram çərçivəsində 2016-cı ildən başlayaraq 5000-dən çox ideya toplanıb, onlardan 600-ə yaxını “SOCAR Türkiyə” tərəfindən təsdiq edilib. Bu ideyaların həyata keçirilməsi nəticəsində şirkət üçün böyük dəyər yaradılıb.

Təsadüfi deyil ki, “SOCAR Türkiyə” Türkiyə İnnovasiya Həftəsi çərçivəsində texnologiya və innovasiya sahəsində uğurlu fəaliyyətinə görə “Strateji Tərəfdaşlıq” mükafatına layiq görülüb və mükafat Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təqdim edilib.

Bu gün dünyada enerji sektorunda innovativ trendlərdən biri də enerjiyə keçid və “yaşıl texnologiya”ların tətbiqidir. Bu, təkcə qlobal enerji bazarının yeni çağırışları deyil, eyni zamanda, müxtəlif ölkələrin və Aİ-nin hüquqi tələbidir. Enerji keçidi və təmiz enerji kontekstində “yaşıl hidrogen” aşağı emissiya və karbonsuzlaşmanın əsas yollarından biri sayılır.

SOCAR-ın korporativ strategiyasında innovasiya “yeni üfüqlərdən” biri kimi müəyyənləşdirilib və innovativ yanaşmalar vasitəsilə mütəmadi olaraq dəyər yaratma imkanları araşdırılır və tətbiq edilir. Bundan əlavə, SOCAR-ın araşdırma və tədqiqat sahəsində fəaliyyət göstərən Neftqazelmitədqiqatlayihə İnstitutunda və Bakı Ali Neft Məktəbində (BANM) pilot innovativ layihələr üçün müasir avadanlıq və texnologiyalarla təchiz edilmiş bir neçə laboratoriyanın mövcud olduğunu qeyd etmək olar.

SOCAR innovativ trendlərin və bu sahədə əldə edilən nailiyyətlərin müəssisələrində tətbiqinə xüsusi önəm verir.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →