• 16:03 – Lunyev “Qarabağ”dakı maaşından danışdı 
  • 15:52 – Ukrayna ABŞ-ı hədələdi: Verməsəz, vuracağıq! 
  • 15:47 – İrəvanda təlaş: Azərbaycan bu əraziləri götürəcək 
  • 15:10 – Bu gün qadın və kişi voleybolçular arasında Azərbaycan çempionatlarında pley-off mərhələsinə start verilib. 

Prezident İlham Əliyev: Azərbaycanda Tofiq Quliyevin xatirəsi əbədiləşdirilib

Tofiq Quliyevin xatirəsi Azərbaycanda əbədiləşdirilib. Onun yaşadığı binaya xatirə lövhəsi vurulub, Bakının küçələrindən birinə onun adı verilib. Eyni zamanda, musiqi məktəbi də onun adını daşıyır və bu gün bu gözəl abidə ucaldılır.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev fevralın 8-də görkəmli bəstəkar Tofiq Quliyevin abidəsinin açılış mərasimində çıxışında bildirib.

“Atam Heydər Əliyevi Tofiq Quliyevlə sıx dostluq əlaqələri bağlayırdı. Onlar onilliklər ərzində bir-birinə böyük hörmət göstərən insanlar idi. Baxmayaraq ki, Heydər Əliyev Azərbaycanın ovaxtkı Kommunist Partiyasının rəhbəri idi, ondan sonra müstəqil Azərbaycanın Prezidenti idi, Tofiq Quliyev isə ömrü boyu siyasətdən uzaq bir insan idi”, - deyə dövlətimizin başçısı əlavə edib.

Prezident İlham Əliyev, həmçinin bildirib: “Tofiq Quliyev, sadəcə olaraq, öz yaradıcılığı ilə Azərbaycana həm sovet dövründə, həm müstəqillik dövründə o qədər böyük töhfə vermişdi ki, hamımız, hətta onu tanımayanlar da onun obrazını özümüz üçün çox əziz və yaxın tuturduq. Atam isə onu yaxından tanıyan insan kimi bilirdi ki, Tofiq Quliyev nə qədər böyük insani keyfiyyətlərə malik idi”.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →