• 18:48 – Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqladı 
  • 23:47 – Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan 
  • 23:07 – Qırğızıstandan sonra Qazaxıstanda da “TikTok” qadağan edilə bilər 
  • 22:54 – Rusiya sülhməramlıları Qarabağdan Ermənistana getdi 

Gürcüstanda ucqar kəndin sonuncu sakini 82 yaşında dünyasını dəyişib

Gürcüstanın Xevsureti bölgəsində, ucqar dağ yamacındakı Zeistexo kəndinin yeganə və sonuncu sakini Mixa ata kimi tanına Mixail Arabeli 82 yaşında dünyasını dəyişib.

AZƏRTAC xəbər verir ki, son 20 ili tək yaşayan M.Arabeli kəndin yeganə sakini olub.

Qeyd edək ki, Zeistexo kəndi dəniz səviyyəsindən 2000 metr yüksəklikdə yerləşir.

Zeistexo kəndi ilə qonşu Borisakxo yaşayış məntəqəsi arasında məsafə 25 kilometr, Duşeti turizm bölgəsinə qədər olan məsafə isə 75 kilometrdir.

1926-cı ildə aparılan siyahıyaalmaya görə, kənddə 54 nəfər - 33 qadın və 21 kişi yaşayıb. 2002-ci ildən bəri Mixail Arabeli kəndin yeganə sakin idi.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →