• 23:52 – Tramp seçilsə, Avropanı İFLİC EDƏCƏK: "Qoca qitə" şoklara hazır olmalıdır 
  • 23:42 – Fransa universitetində Bakının siyasətindən danışıldı 
  • 19:48 – Ermənilər xəritə yaydı: Azərbaycan ordusu bu istiqamətlərdə irəliləyəcək - FOTO/VİDEO 
  • 19:43 – Rusiyadakı terror aktının bənzərini Türkiyədə törətmək istəyənlər var - Ərdoğan 

Ümumdünya Ərzaq Proqramının rəhbəri 2023-cü ildə ciddi ərzaq qıtlığı proqnozlaşdırır

Bu il dünyada kəskin qida çatışmazlığından əziyyət çəkən insanların sayı 349 milyona çata bilər.

AZƏRTAC xəbər verir ki, bunu Ümumdünya Ərzaq Proqramının icraçı direktoru Devid Bisli bildirib.

O, buna səbəb kimi, aclıq, quraqlıq, tədarük zəncirlərinin pozulması, yüksələn yanacaq qiymətləri və nəqliyyat xərcləri, səhiyyə sisteminin hazırki ağır yükü fonunda qiymətlərin artmasını göstərib.

Devid Bisli qeyd edib ki, altı il əvvəl vəzifəyə gələndə dünyada 80 milyon insan aclıqdan əziyyət çəkirdi. Koronavirus pandemiyası başlamazdan əvvəl münaqişələr və iqlim şokları səbəbindən bu say 135 milyona çatdı. Pandemiya ilə əlaqədar, kifayət qədər qida qəbul edə bilməyənləri də burayaəlavə etsək, bu say indi 276 milyondur. Efiopiya, Yəmən, Ukrayna və Əfqanıstandakı vəziyyət də buna mənfi təsir göstərir.

Qeyd edək ki, FAO da daxil olmaqla, bir sıra təşkilatların son hesabatında 30 milyon uşağın kəskin qida çatışmazlığından əziyyət çəkdiyi bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →