• 20:22 – Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu 
  • 19:58 – Türkiyənin güclü zəlzələ silkələdi bu Şəhərdə dağıntılar var 
  • 19:53 – Konfrans Liqasında 1/4 finala yekun vurulur 
  • 19:46 – Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb” 

Karyera inkişafına dəstək məqsədilə 69 mindən çox şəxsə peşəyönümü məsləhət xidməti göstərilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən ötən il 69 min 104 şəxsə düzgün peşə seçimi və karyera inkişafına dəstək məqsədilə peşəyönümü məsləhət xidməti göstərilib.

Agentliyin Strateji kommunikasiya departamentindən AZƏRTAC-a verilən məlumata görə, onlardan 2 min 460 nəfəri “Alo Karyera” dəstək xidməti çərçivəsində, 66 min 644 nəfəri isə agentliyin Regional Məşğulluq filialları tərəfindən peşəyönümü məsləhət xidmətlərinə cəlb olunaraq karyera planlaması, düzgün ixtisas/peşə seçimi, iş axtarışı yolları, CV, istək məktubunun hazırlanması, müsahibəyə hazırlıq kimi mövzular barədə məlumatlandırılıblar.

Agentliyin Mərkəzi Karyera filialı tərəfindən 2022-ci il ərzində Bakıda və bölgələrdə vebinarlar, konfranslar, karyera sərgiləri, “Açıq qapı” günləri və yarmarkalar da təşkil olunub. İşsiz şəxslər, şagirdlər, tələbələr, abituriyentlər və başqalarının iştirak etdiyi tədbirlərdə ümumilikdə 18 min 823 şəxsə peşəyönümü xidməti göstərilib.

Agentlik tərəfindən, eyni zamanda yeniyetmə və gənclərin müasir əmək bazarı barədə məlumatlılığının və peşələrə marağının artırılması, əmək bazarının tələblərinə uyğun peşə seçiminə dəstək məqsədilə Peşələr Festivalı keçirilib. Festival çərçivəsində 29,7 mindən çox iştirakçı ilə maarifləndirmə söhbətləri aparılıb.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →