• 22:48 – NATO Ukraynanın Rusiya ərazisinə zərbələrinə icazə verdi 
  • 22:39 – İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi 
  • 22:35 – Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi 
  • 20:22 – Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu 

Azərbaycan Animasiya Assosiasiyasının saytı fəaliyyətə başlayıb

Azərbaycan Animasiya Assosiasiyasının saytı - www.anima.az fəaliyyətə başlayıb.

AZƏRTAC xəbər verir ki, assosiasiyanın əsas məqsədi Azərbaycan animasiya kinosunun inkişafına yardım etməkdir. Bu məqsədlə assosiasiya müntəzəm olaraq yerli və beynəlxalq layihələr, festivallar, tədris proqramları, konfranslar və digər ictimai tədbirlər həyata keçirir.

Təşkilat, həmçinin animasiya vasitəsilə uşaqlarda, yeniyetmələrdə və böyüklərdə kreativliliyi təşviq etmək, animasiya studiyalarına, animasiya peşəkarlarına və həvəskarlara dəstək olmaq, milli animasiya maraqlarını müdafiə etmək və milli animasiyanı Azərbaycanda və xaricdə təbliğ etməyi qarşısına hədəf qoyub.

Sayt iki - Azərbaycan və ingilis dillərində fəaliyyət göstərir.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →