• 22:48 – NATO Ukraynanın Rusiya ərazisinə zərbələrinə icazə verdi 
  • 22:39 – İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi 
  • 22:35 – Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi 
  • 20:22 – Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu 

Beynəlxalq Muğam Mərkəzində sənətşünas alimin yubileyi qeyd edilib

Beynəlxalq Muğam Mərkəzində Milli Konservatoriyanın professoru, sənətşünaslıq üzrə elmlər doktoru Abbasqulu Nəcəfzadənin 65 illik yubileyi qeyd edilib.

Muğam Mərkəzindən AZƏRTAC-a bildirilib ki, gecədə tanınmış incəsənət xadimləri və yubilyarın sənət dostları iştirak ediblər.

Yubiley tədbirində mədəniyyət xadimləri musiqiçini təbrik edərək yaradıcılıq yolundan söz açıblar. Bildirilib ki, 1976-cı ildən etibarən günümüzə qədər əmək fəaliyyətini bir musiqiçi kimi fasiləsiz olaraq davam etdirən ifaçı-müəllim həm də müxtəlif ansamblların rəhbəri kimi fəaliyyət göstərir. Bu gün Milli Konservatoriyanın professoru olaraq bilik və bacarığını peşəkar musiqiçilərin yetişdirilməsinə sərf edir. Onun müxtəlif mövzularda elmi məqalələri, araşdırmaları sənət tariximizi zənginləşdirib. Abbasqulu Nəcəfzadənin yaradıcılığına, o cümlədən elmi-akademik araşdırmalarına maraq böyükdür.

Yubiley gecəsində sənətkara həsr olunan sənədli filmlərdən kadrlar nümayiş olunub, müəllifi olduğu musiqilər səslənib.

Yubilyar çıxışı zamanı tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →