• 23:54 – Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO 
  • 23:43 – Bakcell bütün ölkəni Bulvardakı konsertə çağırır 
  • 23:36 – Zirə" finalada - Video 
  • 18:48 – Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqladı 

Xalq rəssamının yubiley sərgisi - “Bəyaz”

Müasir İncəsənət Muzeyində Xalq rəssamı, Dünya Rəssamlıq Akademiyasının həqiqi üzvü, professor, Əməkdar incəsənət xadimi Arif Əzizin 80 illik yubileyinə həsr olunmuş “Bəyaz” adlı sərgi açılıb.

AZƏRTAC xəbər verir ki, sərgi Müasir İncəsənət Muzeyi, Mədəniyyət Nazirliyi, Media FM, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetin təşkilatçılığı ilə keçirilib.

Tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və başqaları çıxış edərək rəssamın həyat və fəaliyyətindən söz açıblar.

Diqqətə çatdırılıb ki, ötən əsrin 70-ci illərindən başlayaraq Arif Əziz dizayn, dekorativ-tətbiqi sənət, bədii tərtibat, kitab qrafikası, teatr dekorasiyası, moda, rəngkarlıq sahələrində çalışaraq, Azərbaycan incəsənətinin müasir vəziyyətinin formalaşmasına böyük təsir göstərib. İlk bədii təhsilini Bakıda Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində alıb, daha sonra isə Moskvada S.Q.Stroqanov adına Ali Bədii-Sənaye Məktəbində “Qrafik dizayn” ixtisası üzrə davam etdirib. Uzun yaradıcılıq yolu keçən Arif Əziz zəhməti və istedadı nəticəsində çox böyük uğurlara imza atıb. Bugünkü sərgi rəssamın keçdiyi yola nəzər salır və onun ötən illər ərzində yaratdığı bənzərsiz sənət əsərlərinin daha geniş auditoriyaya çatdırılmasına xidmət edir.

Uzun illər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğul olan Arif Əziz ötən illər ərzində yüzlərlə rəssam, dizayner, qrafik, xalçaçının yetişməsinə böyük əmək sərf edib.

Arif Əzizin Azərbaycan təsviri sənətində orijinal bir yol kəşf edərək öz üslubunu müəyyən etdiyini bildirən natiqlər onun yaradıcılığını Azərbaycan avanqard rəssamlığının son yarım əsrdəki ən aparıcı istiqamətlərindən biri kimi səciyyələndiriblər.

Vurğulanıb ki, Arif Əziz ağ rənglərlə təsviri sənətimizin bəyaz dünyasını yaradıb.

Azərbaycan “Dədə Qorqud” Milli Fondunun prezidenti, “Azərbaycan dünyası” beynəlxalq jurnalının təsisçisi və baş redaktoru Eldar İsmayılov Arif Əzizə “Dədə Qorqud” mükafatını təqdim edib.

Xalq rəssamı Arif Əziz çıxış edərək yaradıcılığına göstərilən diqqətə görə tədbir iştirakçılarına təşəkkürünü bildirib.

Sonda qonaqlar 2023-cü il yanvarın 24-dək davam edəcək sərgi ilə yaxından tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →