• 22:48 – NATO Ukraynanın Rusiya ərazisinə zərbələrinə icazə verdi 
  • 22:39 – İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi 
  • 22:35 – Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi 
  • 20:22 – Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu 

Xankəndi-Laçın yolu: Aksiyaya vətəndaş dəstəyi artır

Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması, yataqlarda monitorinq aparılmasına icazə verilməsi məqsədilə Xankəndi-Laçın yolunda keçirilən aksiya davam edir.

AZƏRTAC-ın hadisə yerinə ezam olunmuş müxbiri xəbər verir ki, dekabrın 23-də günün ikinci yarısında bir neçə qeyri-hökumət və könüllü təşkilatından 20-dək şəxs aksiyaya qoşulub.

Onlar hazırda Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarından irəli gələn ekoloji fəlakət və digər fəsadlarla bağlı ilkin monitorinqin aparılmalı olması barədə şüarlar səsləndirirlər. Aksiya iştirakçılarının fəallığı onların tələbləri yerinə yetirilməyənədək ərazini tərk etməyəcəklərini göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →