• 20:22 – Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu 
  • 19:58 – Türkiyənin güclü zəlzələ silkələdi bu Şəhərdə dağıntılar var 
  • 19:53 – Konfrans Liqasında 1/4 finala yekun vurulur 
  • 19:46 – Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb” 

Türkiyənin Ukraynada qalan iki hərbi təyyarəsi geri dönüb

Hava məkanı bağlandığı üçün Ukrayna ərazisində qalan Türkiyə Silahlı Qüvvələrinə məxsus “A400M” markalı iki ədəd hərbi yük təyyarəsi geri qayıdıb.

AZƏRTAC Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, “Koca Yusif” kimi tanınan təyyarələr Ukraynanın Borispol Hava Limanından Kayseriyə uçuş həyata keçiriblər.

Xatırladaq ki, təyyarələr Rusiyanın hücumu səbəbindən Ukraynaya humanitar yardım çatdırmaq və münaqişə bölgəsindən təxliyə etmək məqsədilə Ukraynaya uçuş etmiş, hava məkanı bağlandığı üçün təhlükəsizlik baxımından orda qalmışdılar.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →