• 18:48 – Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqladı 
  • 23:47 – Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan 
  • 23:07 – Qırğızıstandan sonra Qazaxıstanda da “TikTok” qadağan edilə bilər 
  • 22:54 – Rusiya sülhməramlıları Qarabağdan Ermənistana getdi 

Beynəlxalq “Təhsil” turnirində ilk qaliblər müəyyənləşib

Bakı İdman Sarayında yunan-Roma və sərbəst güləş üzrə yeniyetmələr (U-17) arasında beynəlxalq “Təhsil” turniri keçirilir.

Azərbaycan Güləş Federasiyasından (AGF) AZƏRTAC-a bildiriblər ki, AGF-nin Elm və Təhsil Nazirliyi ilə birgə təşkil etdiyi yarışın ilk günündə güləşçilər 45, 51, 60, 71 və 92 kiloqram çəki dərəcələrində çıxış ediblər.

Yarışın ilk günündə Azərbaycan təmsilçiləri Elgün Məmmədov (45 kq), Sədrəddin Həsənov (51 kq), Camal Abbasov (60 kq), qazaxıstanlı Nurdaulet Seilbekov (71 kq), Novruz Əhmədxanov (92 kq) bütün rəqiblərinə qalib gələrək çempion olublar.

Qeyd edək ki, Dünya Güləş Birliyinin təqvimində yer alan yarışda Azərbaycanla yanaşı, Qazaxıstan, Tacikistan, Fransa, Böyük Britaniya və İsraildən ümumilikdə 200-dən artıq idmançı iştirak edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →