• 16:44 – Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər 
  • 23:54 – Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO 
  • 23:48 – “Haber Global”: “Azərbaycan həm meydanda, həm də masada qələbə qazandı” - VİDEO 
  • 23:43 – Bakcell bütün ölkəni Bulvardakı konsertə çağırır 

İki kapitan, iki yubiley matç

Azərbaycan Premyer Liqasının XVII turu iki futbolçunun ölkə çempionatında 350-ci oyununu keçirməsi ilə əlamətdar olub.

AZƏRTAC xəbər verir ki, “Qarabağ”ın müdafiəçisi Maksim Medvedev “Qəbələ” (1:0), “Sumqayıt”ın arxa xətt oyunçusu Vurğun Hüseynov “Səbail”lə qarşılaşmada (2:0) yubileyini qeyd edib. Hər iki kapitan 350-ci görüşünü doğma meydanda keçirib. Bununla da 1992-ci ildən keçirilən yarışda 350 və daha çox oyuna çıxanların sayı 12-yə çatıb. M.Medvedev və V.Hüseynovadək 10 futbolçu buna nail olub.

Debütü 2006-2007-ci il mövsümünə təsadüf edən M.Medvedev bu müddətdə 12 qol vurub. Otuz üç yaşlı müdafiəçi yalnız “Qarabağ”da forma geyinib. O, bir klubda ən çox oyun keçirən futbolçudur.

İlk oyunu 2005-2006-cı il mövsümünə təsadüf edən V.Hüseynovun hesabında 10 qol var. Otuz dörd yaşlı müdafiəçi debüt etdiyi “Turan” və indi şərəfini qoruduğu “Sumqayıt”dan başqa “Qəbələ”də də çıxış edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
1
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →