• 23:52 – Tramp seçilsə, Avropanı İFLİC EDƏCƏK: "Qoca qitə" şoklara hazır olmalıdır 
  • 23:42 – Fransa universitetində Bakının siyasətindən danışıldı 
  • 19:48 – Ermənilər xəritə yaydı: Azərbaycan ordusu bu istiqamətlərdə irəliləyəcək - FOTO/VİDEO 
  • 19:43 – Rusiyadakı terror aktının bənzərini Türkiyədə törətmək istəyənlər var - Ərdoğan 

Əfqanıstan-Pakistan sərhədində atışma: ölən və yaralananlar var

Əfqanıstan və Pakistan sərhədində atışma olub, Pakistan tərəfindən bir nəfər ölüb, daha 15 nəfər yaralanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə The News qəzeti hakimiyyət orqanlarına istinadla məlumat yayıb. Məlumata görə, Əfqanıstan sərhədçiləri Çaman rayonunda (Bəlucistan əyaləti) yaşayış məntəqəsini atəşə tutublar. Nəticədə mülki əhali zərər çəkib. Pakistan tərəfi buna ağır artilleriya atəşi ilə cavab verib.

Aamaj News agentliyi bildirir ki, insident “Taliban”ın Şiro Ubu bölgəsində nəzarət-buraxılış postu qurmağa cəhd göstərməsi səbəbindən baş verib. Pakistan ordusu buna mane olub.

Bu, son günlər Əfqanıstan-Pakistan sərhədində ikinci silahlı münaqişədir. Dekabrın 11-də baş verən atışma nəticəsində 6 pakistanlı həlak olmuş, 17 nəfər yaralanmışdı. “Taliban” isə həmin atışmada Əfqanıstan tərəfdən bir nəfərin öldüyünü və 13 nəfərin yaralandığını bildirmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →